Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1519/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, X2 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh X3 qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh X3 qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçıovun nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, 2(001)-1519/2023 saylı iş üzrə qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizələri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri aşağıdakılara görə baxılmamış saxlanılmalıdırlar. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflərin ilkin və qaşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılmasına dair müraciətləri nəzərə alan, məhkəmə hesab edir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən ilkin və qarşılıqlı iddia tələbləri baxılmamış saxlanılmalıdırlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh X3 qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsınlar. X4 tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Cavabdeh tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. İlkin və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1519/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1519/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver