Məhkəmə qərarları › İş №2(001)-1594/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1594/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1594/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış obyektinin boşaldılıb təhvil verilməsi” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış obyektinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası-qaraj sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası onun babası X4 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixində notarial qaydada Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən babası X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binasını ona bağışlamışdır və həmin qeyri-yaşayış binası hal-hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası-qaraja vermiş olduğu texniki pasport da onun adına rəsmiləşdirilmişdir. Bir müddət sonra o, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası-qarajdan istifadə etmək üçün həmin ünvana getdikdə ona məlum olmuşdur ki, həmin qarajın qapıları Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır və qaraj zəbt edilmişdir. Hal-hazırda qeyri-yaşayış obyektinin-qarajın açarı cavabdehdədir və cavabdeh həmin sahədən qanunsuz və əsassız olaraq istifadə edir, “zor” yolu ilə ona məxsus əmlakı əlinə keçirmək istəyir. Bu günədək ona aid mülkiyyətində olan sahə cavabdeh tərəfindən zəbt edilib. Cavabdeh, ona məxsus qeyri-yaşayış sahəsindən istədiyi kimi istifadə edir. Dəfələrlə o, cavabdehə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası-qaraj sahəsindən çıxması və sahənin boşaldılaraq ona təhvil verilməsi barədə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək, onun mülkiyyət hüquqlarını pozmaqda davam edir. Bununla da o, kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh heç bir hüququ olmadan, zor tətbiq etməklə onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası-qarajı qanunsuz və əsassız olaraq ələ keçirib. Qeyd edilənlərə əsasən, yaranmış mübahisə üzrə iddia tələbinin əsaslılığı müəyyən olunmaqla onun əmlak maraqlarının cavabdeh tərəfindən pozulması təsdiqini tapmışdır. Cavabdehin özünü “qanundan üstün” tutaraq özbaşınalıq etməsi yolverilməzdir. Bu hallar aradan qaldırılmalı, “fiziki zorun üstün olması” prinsipini rəhbər tutan bu şəxs onun mülkiyyətində olan obyektdən çıxarılmalı və mülkiyyətində olan həmin obyekt ona təhvil verilməlidir. Cavabdeh isə İddiaçı qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzillə birlikdə (mənzilin üstündə) aldığı sənədsiz qaraja dair X6 tərəfindən qardaşı X23 adına verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ 638073 nömrəli etibarmamə ilə xx.xx.2022-ci ildə düzəltdiyi Texniki Pasporta əsasən X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin və həmin “Bağışlama müqaviləsi” əsasında İddiaçı adına tərtib edilmiş Texniki Pasportun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Binəqədi rayonu Azadlıq metrostansiyası yaxınlığında mənzil almaq istəyirdi, bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan saytlarda və s. elanlara baxır, maklerlərdən məlumat toplayırdı. 2017-ci ilin dekabr ayında elanların birində ünvan 3 ünvanında yerləşən mənzilin daş qarajla birlikdə satıldığı yazılmışdı. Həmin mənzilin satılmasını həmçinin ərazidə olan makler vasitəsilə də öyrənmişdi. Elanda mənzilin daş qarajla birlikdə satıldığı qeyd edilmişdi. O, həmin mənzili satan şəxslə tanış oldu, o, adının X28 olduğunu, satılan ünvan 3 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı təxminən 17 il əvvəl 2000-ci ildə X6 adlı şəxsdən bacısı X9 adına aldığını bildirdi. O, Nüsrət Quliyevlə mənzilə və daş qaraja baxdı, mənzil və qaraj onun xoşuna gəldi, alqısatqı barədə Nüsrət Quliyevlə sövdələşdi. Sonda, Nüsrət Quliyevin vasitəsilə bacısı X11 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin və mənzillə birlikdə həmin mənzilə aid olan “Qarabağ” kooperativi tərəfindən inşa edilmiş 2 mərtəbəli (1 mərtəbə və qaraj altı qurunt sahə) sənədsiz daş qarajın alqı-satqı qiymətini ümumilikdə 147.000 manata razılaşdı. Nüsrət bildirdi ki, mənzili və sənədsiz daş qarajı təxminən 2000-ci ildə mənzilin üzərində almışlar, 17 ildir ki, qaraj onun və bacısının faktiki sahibliyində və istifadəsindədir, qaraja dair yalnız sərəncamın kopyası olduğunu dedi. Evi aldıqdan bir müddət sonra qonşulardan qaraj üçün nəzərdə tutulmuş sərəncama əlavə adlı siyahının surətini əldə etdi. 2019-cu ildə qaraja işıq çəkdirmək üçün Asan kommunala müraciət etdi, oradan ona bildirdilər ki, qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraj sahəsinə işıq çəkdirmək mümkün deyil. Sonra o, aldığı qarajı sənədləşdirmək üçün qonşulardan, tanışlardan maraqlandı, məlum oldu ki, 1991-ci ildə Kirov XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı əsasında “Qarabağ” kooperativi tərəfindən binada olan mənzillərə görə əlavə qaraj da inşa edilmişdir və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən binada yaşayan kooperativin üzvlərinə mənzillərinə görə əlavə qaraj da tikilib verilmişdir. Həmçinin öyrəndi ki, qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməlidir, sonra isə o, aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra o, qarajı sənədləşdirməklə bağlı satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxladı, bu barədə ona bildirdi, Nüsrət ona mənzilin ilk sahibi X6 ilə əlaqə saxlamağı bildirdi. 2021-ci ilin yanvar ayında o, mənzilin birinci sahibi X6 ilə və onun oğlu X10 ilə (***-***-**-**; ***-***-**-** mobil telefon nömrələri ilə) əlaqə saxladı, məsələni onlara izah etdi. Bildirdi ki, 2017-ci ildə Quliyev Nüsrətin vasitəsilə onun bacısı X8 ünvan 3 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı almış və hazırda qarajı adına sənədləşdirmək istədiyini Məzahirə və onun oğlu Mehmana bildirdi. Məzahir heç bir etiraz etmədi və dedi ki, heç bir problem yoxdu, oğlu Mehmanın adına etibarnamə verər, qarajın sənədləşdirilməsi üçün lazım olan sənədlərin toplanmasında, daha sonra qarajın onun adına keçirilməsində oğlu Mehman ona kömək edər. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz “Kapital Bank” hesab kartını ona göndərdi, o, Məzahirin oğlu Mehmanın “Kapital Bank” kartı hesabına 140 manat pul köçürtdü. Lakin, Mehman qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün aidiyyəti orqanlara gedib gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramadı. Ona görə də o, Məzahirdən qardaşının adına etibarnamə verməsini xahiş etdi. Məzahir qarajı sənədləşdirmək üçün Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə xx.xx.2022-ci ildə qardaşı X23 adına Baş etibarnamə verdi ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirsin, qaraja dair Texniki pasportu alsın və sonra qarajı öz adına keçirə bilsin. Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6588 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli həmin etibarnamədən görünür ki, X6 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDS-nin 12/263 saylı xx.xx.1991-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı üzrə bütün səlahiyyətlərini X30 etibar etmişdir. Etibarnamə əsasında qardaşı Talehin köməkliyi ilə öz vəsaiti hesabına həmin qaraja dair sənədləri toplamaq üçün Milli Arxivə müraciət etdi, arxivdən “Qarabağ” kooperativinə qarajın inşa edilməsinə icazə verilməsi barədə Binəqədi (Kirov) rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli, 12/263 nömrəli qərarının surətini əldə etdi. Qarajla bağlı digər sənədlər Milli Arxivə təhvil verilmədiyinə görə o, iki dəfə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdi, İcra Hakimiyyətindən sənədlərin onların arxivinə təhvil verilməyərək kooperativ üzvlərindən bir nəfərə və ya sədrə verildiyi cavab məktubunu verdilər. Bundan sonra qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra hakimiyyətinə müraciət etdi və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Məkanına sənədləşmə üçün müraciət etdi. Əmlak Məkanında sənədlərin hazırlanması üçün qardaşı X34 vasitəsilə tələb olunan 75,40 manat və 360.54 manat dövlət rüsumları, xidmət haqları ödədi və qaraja dair ilkin olaraq Məzahirin adına Texniki pasport aldı. Qarajın sənədi hazır olandan sonra, yəni Texniki pasport alınandan sonra o, təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirdi ki, məsələnin sonlandırılması üçün Məzahirin həyat yoldaşının razılığı lazım olacaq. Bundan sonra o, Məzahirə zəng etdi lakin, nə zənglərinə, nə də ki, səs yazılarına cavab gəlmədi. O, başa düşdü ki, Məzahir və arvadı onun etibarından suiistifadə ediblər, belə ki, Nüsrət Quliyevin vasitəsilə onun bacısı Səxavət Quliyevaya 25 il əvvəl mənzillə birlikdə mənzilin üstündə satdıqları sənədsiz daş qaraja dair 2022-ci ildə ona sənəd düzəltdirəndən sonra həmin qarajı onun əlindən alıb başqa bir şəxsə satmaq və ya bağışlamaq istəyirlər. Halbuki, o, həmin qarajı 2017-ci ildə Səxavət Quliyevadan 14.000 manata almış və 3500 manat pul xərcləyib təmir etdirmiş, bu günə qədər həmin qaraja onun 17.500 manat xərci çıxmışdır. Bu yaxınlarda isə Binəqədi rayon məhkəməsi tərəfindən ona məlum oldu ki, Məzahir Mustafayev təxminən 25 il əvvəl Quliyeva Səxavətə satdığı, 2017-ci ildə isə Səxavət Quliyevanın ona satdığı, yəni 25 il ərzində Səxavətin və onun faktiki sahibliyində olan qaraja dair Məzahir Mustafayevin qardaşı X23 adına verdiyi xx.xx.2022-ci il tarixli etibarnamə əsasında o, Texniki pasport düzəldəndən sonra həmin sənəd əsasında qarajı nəvəsi İddiaçı bağışlamışdır. Sadalananlardan göründüyü kimi, onun hüquqları cavabdeh və onun babası tərəfindən açıq-aşkar pozulur, ona görə də hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qətnaməsi ilə bərpa olunmalıdır, 25 ilə yaxın istifadəsində olan qaraja dair bağlanmış həmin bağışama müqaviləsi və onun əsasında verilmiş Texniki pasport etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh tərəfin (Cavabdeh) vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 8-ci blokda, o isə 9-cu blokda 4-cü mərtəbədə yaşayır. Alı 2017-ci ildən evi Nüsrət adlı şəxsdən almışdır. Alı evi alan zaman binanın həyətində olan qarajı da almışdır. Qarajın ilk sahibi Məzahir olmuşdur. O, Məzahiri 25 ildir ki, ümumiyyətlə görmür. Qaraj Nüsrətin istifadəsində, sonra isə Alının istifadəsində olmuşdur. Qarajın bütün təmir işləri, habelə sənədləşdirmə işləri Alı tərəfindən aparılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qarajın alqı-satqısında iştirak etməmişdir, ona görə də qarajın nə qədər pula alındığını bilmir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X24 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh qonşusudur, Alı 8-ci blokda, o isə 4-cü blokda qalır. Alı 2017-ci ildən evi və qarajı yaşadıqları binadan Nüsrət adlı şəxsdən almışdır. Evi alan zaman binanın həyətində qarajı da almışdır. O, qarajın ilk sahibini tanımır. 4-5 ay əvvəl bir dəfə qarajın ilk sahibinin – Məzahir müəllimin nəvəsini görmüşdür. X45 ilə mübahisə etmişdir ki, onun mülkiyyətində olan qarajı boşaltsın. Halbuki, Alı həmin qarajı pul verib alıb, bundan əlavə bütün sənədləşmə işlərini də Alının özü görmüşdür. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qarajın alqısatqısında iştirak etməmiş, nə qədər pula alındığını bilməmişdir. Hazırki ifadəsində bildirdiklərini qonşulardan və Alıdan eşitdikləri ilə öyrənmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 8-ci blokda, o isə 7-ci blokda 6-cı mərtəbədə yaşayır. Alı 2017-ci ildən evi və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. O, 1996-cı ildən həmin binada yaşayır. Nüsrət evi alan zaman qarajla birlikdə almışdır. Çünki Nüsrət “Mercedes” markalı avtomobilini həmişə həmin qarajda saxlayırdı. Qarajın bütün təmir işləri, habelə sənədləşdirmə işləri Alı tərəfindən aparılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qarajın alqı-satqısında iştirak etməmişdir, ona görə də qarajın nə qədər pula alındığını bilmir. Həmçinin, iş materiallarında olan: Kirov rayon XDİK-in 12/263 saylı, xx.xx.1991-ci il tarixli qərarına və “Qarabağ” Kooperativi üzvlərinin siyahısının 10-cu bəndinə əsasən Binəqədi rayonu, 8 mkr, ev 32, mənzil 147 X5 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 saylı, mənzil 147 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının vətəndaş Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, keçmiş Kirov XDS İKnin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 12/263 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət sonuncuya göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaş Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, 1991-ci ilə aid Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda ərizədə qeyd etdiyi adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bu səbəbdən müraciətə müsbət cavab verilməsi imkan xaricindədir. Qəbələ regional “Asan xidmət” mərkəzinin notariat ofisində verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 (etibar edən) bütün əmlakını idarə etməyi və digər səlahiyyətləri X7 (etibar edilən) etibar etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisində verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ 638073 nömrəli etibarnamənin surətindən görünür ki, X6 (etibar edən) Bakı şəhəri, Binəqədi (Kirov) rayonu, XDİK-nin 12/263 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİH-də, arxiv idarələrində, Bələdiyyələrdə, qəsəbə nümayəndəliyində, Asan X/Mdə, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Respulikanın Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud Asan X/M-nə təhvil verib, torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olub-olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alqı-satqı müqaviləsi imzalamağı, bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi, vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ona ayrılacaq kompensasiyanı almağı, bölgü eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacın digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyəti orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəriqaz” İB, "xxxx" ASC-də, rayon “QİS”-də, Asan X/M, Asan Kommunal mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələrində onu təmsil etməyi, adından ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatlar aparmağı və digər hərəkətləri etməyi X29 etibar etmişdir. Etibarnamə 3 il müddətinə, xx.xx.2025-ci il tarixədək qüvvədədir, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, X6 tərəfindən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ayrı ayrılıqda 75 manat və 360 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan-xidmət” mərkəzinin notariat ofisində X6 (hədiyyə verən) ilə İddiaçı (hədiyyə alan) arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası sonuncuya bağışlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının (qarajın) texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 22.2 kv.m, daxili hündürlüyü 2.30 m, xarici hündürlüyü 2.50 m-dir. Hüququn subyekti İddiaçıdur. RPA********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası sığortalı İddiaçı tərəfindən "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. X18, X15, X14, X24, X25, X19 və X26 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, onlar, onlarla qonşuluqda Binəqədi rayonu, 8 mkr, Azadlıq prospekti, ev 32, mənzil 147 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh və onların ailə üzvlərini çoxdan tanıyırlar. Cavabdeh yaşadığı ünvan 6 ünvanında yerləşən mənzil və həmin mənzilə aid olan 8243 nömrəli daş qaraj əvvəllər 17 il ərzində mənzilin köhnə sahibi X9 adına olsa da, mənzil və qaraj faktiki olaraq onun qardaşı X1 və istifadəsində olmuşdur. Eşitdiklərinə və bildiklərinə görə, 2017-ci ildə X20 özünə məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilni və həmin mənzilə aid olan və 17 il ərzində istifadəsində olan sənədsiz daş qarajı mənzillə birlikdə (mənzilin üstündə) qardaşı X28 vasitəsilə Cavabdeh satmışdır, bütün sövdələşmələr və alqı-satqı əməliyyatları onun qardaşı X28 tərəfindən həyata keçirilmişdir. Bundan sonra, yəni 2017-ci ildən etibarən artıq 5 ildir ki, ünvan 6 ünvanında yerləşən mənzil və həmin mənzilə aid olan kooperativ binanın arxasında yerləşən 8243 nömrəli sənədsiz daş qaraj Cavabdeh sahibliyində və istifadəsindədir. Onlar həmin qarajın 2000-ci ildən əsl sahibi kimi X12 və onun qardaşı X21 və 2017-ci ildən sonra isə həmin qarajın əsl sahibi kimi Əliyev Valeh oğlunu tanımışlar. Həmin qaraj son 22 ildə bu iki şəxsin istifadəsində və sahibliyində olmuşdur. 2000-ci ildən bu günə qədər X8, onun qardaşı X13 və Cavabdeh başqa heç kəsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Azadlıq prospekti, ev 32/196 nömrəli evin binanın arxasında yerləşən 8243 nömrəli qarajdan istifadə etdiyini, həmin qaraja sahiblik etdiyini görməmişlər. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-213/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Orxan Təhməzli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın ləğv edilməsi, Cavabdeh şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X6 izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti bina 32/196 mənzil 147 nömrəli evi 1979-cu ildə hərbi xidmətdə olan zaman dövlət tərəfindən ona verilmişdir. 1988-ci ildə isə binanın həyətində olan qeyri yaşayış təyinatlı qarajı tikdirmişdir. Qarajları qonşularda tikən zaman tikmişdir. 2000-ci ildə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti bina 32/196 mənzil 147 nömrəli evi Nüsrət adlı şəxsə 37000 (otuz yeddi min) ABŞ dollarına satmışdır. Evi Nüsrətə satan zaman binanın həyətində olan qeyri-yaşayış təyinatlı qarajı ona satmamışdır. Qarajıda müvəqqəti istifadəyə vermişdir. 2000-ci il tarixdə evi satdıqdan sonra ailəsi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. 2021-ci ilin sonlarinda keçmiş qonşusu olan Maarif onun mobil telefonuna zəng edib ona bildirmişdir ki, Alı adlı şəxs səninlə görüşmək istəyir. Həmin şəxs sizin evi alan şəxsdir. Alı ona zəng edib demişdir ki, mən evin sahibiyəm. Qaraja işıq çəkmək istəyirəm. O da Alıya demişdir ki, mən sizi tanımıram, evi sizə satmamışam. Alı da ona demişdir ki, siz evi Nüsrətə satmısınız, məndə Nüsrətdən almışam. Alı ona demişdir ki, sizin razılığınız lazımdır ki, qaraja işıq çəkilsin və bundan ötrüdə Azərişığa təqdim etmək üçün çıxarış lazımdır. Alı ondan etibarnamə istədi ki, çıxarışı düzəltsin. O da Qəbələ rayonunda yerləşən Asan xidmətdən Alının qardaşının Talehin adına etibarnamə vermişdir. Təxminən 4-5 ay sonra Alı yenidən ona zəng etmiş və ona həyat yoldaşının razılıq ərizəsi lazım oduğunu demişdır. O da Alıya ərizənin nə üçün lazım olduğunu soruşduqda sonuncu bildirmişdir ki, alqı-satqıda adına keçirmək üçün lazımdır. O da Alıya demişdir ki, Nüsrətə ev satmışam, qaraj satmamışam. Sənin adına nə səbəbə keçirməliyəm. Alı cavabında ona bildirmişdir ki, Nüsrətdən ev qarajla birlikdə almışam. O Alıya demişdir ki, sən get hesabını Nüsrət ilə elə o zaman. Bundan sonra Alı və qardaşı ayrı ayrı vaxtlarda Biləcəridəki evinə gəlməyə başlamışlar. Bu səbəbdən etibarnaməni ləvğ etdirmişlər. O evi Nüsrətə satmışdır. Həmin mənzilə aid olan qarajıda evdə yaşayan şəxsə müvəqqəti istifadəyə vermişdir. Mənzili kimə satmışdısa həmin şəxslərə müvəqqəti istifadə etmələri üçün vermişdir. Alı ona qaraja işıq çəkdirmək istədiyi üçün müraciət etmişdir. Azərişığa çıxarış təqdim etmək lazım olduğu üçün vermişdir. O, Nüsrətə evi satmış, qaraj satmamışdır. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X20 izahatında bildirmişdir ki, 1999-cu ildə tanışı qardaşı Nüsrət Binəqədi rayonu, 8-ci mkr, Azadlıq pr 32/196 mənzil 147 ünvanında olan mənzili X3 33500 ABŞ dolları müqabilində həm mənzili, həm də həyətdə olan 24 kvadratmetr qarajı onun adına almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar və mənzili isə sənədləşdirərək alınmışdır. İlkin olaraq 31500 ABŞ dolları mənzilə və 2000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Qardaşı həmin ünvanda yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında adına olan həmin mənzili və qarajı X35 147000 (yüz qırx yeddi min) manata satmışdır. Alı ilə 133000 (yüz otuz üç min) manat mənzilə razılaşmışlar və 14000 (on dörd min) manat isə həyətdəki sahəsi 24 kvadratmetr olan qaraja görə alqı-satqı etmişlər. Qaraja alqı-satqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb, Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmişdir və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X28 izahatında bildirmişdir ki, 1999-cu ildə tanışı ünvan 7 ünvanında olan mənzili X3 33500 ABŞ dolları müqabilində həm mənzili, həm də həyətdə olan 24 kvadratmetr qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar və mənzili isə sənədləşdirərək almışdır. İlkin olaraq 31500 ABŞ dolları mənzilə və 2000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdı. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi rayon məhkəməsinə müraciət etmişdi. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir ve ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qarajı X35 147000 (yüz qırx yeddi min) manata satmışdır. Alı ilə 133000 (yüz otuz üç min) manat mənzilə razılaşmışlar və 14000 (on dörd min) manat isə həyətdəki sahəsi 24 kvadratmetr olan qaraja görə alqısatqı etmişlər. Qaraja alqı-satqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X25 izahatında bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 2017-ci ildən evi və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Nüsrət isə 2000-ci il də evi Məzahirdən almışdır. Alı evi alan zaman binanın həyətində qarajı da almışdır. 2017-ci ildən Alı ilə qonşu kimi tanış olmuşdur. Həmin qarajıda özü istifadə edir. 2021-ci ilin yay ayında Alı ilə söhbət edərkən, Alı ona demişdir ki, qarajı almışdır, lakin, qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxsdir, Alı ona bildirmişdir ki, bütün sənədləri alıb Məzahir ilə görüşüb, Məzahirə çıxarış almaq lazım olduğunu bildiribdir. Məzahir isə Alıya deyib ki, mən halal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. Alıda Məzahirin dediklərini etmiş, çıxarışı aldıqdan sonra Məzahir Alıya qarajın ona məxsus olduğunu bildirmişdir. Alı bu günə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında polisə müraciət etdiyini bildirmişdir. Təxminən 3 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var.Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, o bunu qonşu və şahid kimi təsdiq edir. Nüsrət yaşayan müddət ərzində və daha sonra Alının istifadəsində olduğu müddətdə nə Məzahiri nə də onun ailəsindən kiminsə qarajla maraqlandığını və ya qarajdan istifadə etdiyini görməmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X14 izahatında bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 8-ci bokda, o isə 7-ci blokda 6-cı mərtəbədə yaşayır. Alı 2017-ci ildən evi və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Alı evi alan zaman binanın həyətində qarajıda almışdır. 1996-cı ildən həmin binada yaşayır. Nüsrət evi alan zaman qarajla birlikdə almışdır. X42 markalı avtomobilini həmin qarajda saxlayırdı. 2018-ci ildən Alı ilə qonşu kimi tanış olmuşdur. Həmin qarajıda özü istifadə edir. 2021-ci ilin yay ayında Alı ilə söhbət edərkən, sonuncu ona bildirmişdir ki, qarajı özü alıb, lakin, qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxsdir, Alı ona bütün sənədləri alıb Məzahir ilə görüşdüyünü demişdir. Məzahirə çıxarış almaq lazım olduğunu bildirmiş, Məzahir Alıya deyibki, mən halal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. Alı da Məzahirin dediklərini etmiş, çıxarışı aldıqdan sonra Məzahir ona qarajın məxsus olduğunu bildirmişdi. Alı bu günə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. 2022-cii ilin sentyabr ayında polisə müraciət etdiyini bildirmişdir. Təxminən 3 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var. Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, o bunu qonşu və şahid kimi təsdiq edir. Nüsrət yaşayan müddət ərzində və daha sonra Alının istifadəsində olduğu müddətdə nə Məzahiri nə də onun ailəsindən kiminsə qarajla maraqlandığını və ya qarajdan istifadə etdiyini görməmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X15 izahatında bildirmişdir ki, Cavabdeh qonşusudur. 2017-ci ildən onların yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Evi alan zaman binanın həyətində qarajıda almışdır. Beş ilə yaxındır ki, həmin qarajı da özü istifadə edir. 2022-ci ilin yay ayında Alıynan söhbət edərkən, Alı ona qarajı aldığını, lakin, qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxs olduğunu demişdir. Həmçinin Alı ona bütün sənədləri aldığını demiş və Məzahir ilə görüşmüşdür. Məzahirə çıxarış almaq lazım olduğunu bildirmiş və sonuncu isə ona demişdir ki, halal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. O da onun dediklərini etmiş, çıxarışı aldıqdan sonra Məzahir ona qarajın ona məxsus olduğunu bildirmişdir. Alı bugünə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır, çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. Təxminən 2 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var. Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, bunu qonşu və şahid kimi təsdiq edir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X26 izahatında bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 8-ci bokda, o isə 7ci blokda qalır. Alı 2017-ci ildən evi onların və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Evi alan zaman binanın həyətində qarajıda almışdır. Beş ilə yaxındır ki, həmin qarajıda özü istifadə edir. 2022-ci ilin yay ayında Alı ilə söhbət edərkən, Alı ona demişdir ki, qarajı mən almışam, lakin qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxsdir, Alı ona demişdir ki, bütün sənədləri alıb, Məzahir ilə görüşmüş, Məzahirə çıxarış almaq lazım olduğunu bildirmişdir. Məzahir isə ona demişdir ki, mən halal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. O da onun dediklərini etdib çıxarışı aldıqdan sonra Məzahir ona qarajın məxsus olduğunu bildirmişdir. Alı bugünə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır, çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. Təxminən 7 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var. Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, o bunu qonşu və şahid kimi təsdiq edir. Çünki Alı ilə onun qarajı eyni cərgədədir. 2021-ci ildən Alı qarajı təmirə başlamış və sənədləşmə işinin üstünə düşmüşdür. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X24 izahatında bildirmişdir ki, Cavabdeh qonşusudur, Alı 8-ci bokda, o isə 4-cü blokda qalır. Alı 2017-ci ildən evi onların və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Evi alan zaman binanın həyətində qarajıda almışdır. 2018-ci ildən Alı ilə qonşu kimi tanış olmuş, həmin qarajıda özü istifadə edir. 2021-ci ilin yay ayında Alıynan söhbət edərkən, Alı ona demişdir ki, qarajı alıb, lakin, qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxsdir, Alı ona bildirmişdir ki, bütün sənədləri alıb, Məzahir ilə görüşüb çıxarış almaq lazım olduğunu bildirib, sonuncu isə Alıya demişdir ki, mən halal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. O da Məzahirin dediklərini edib çıxarışı aldıqdan sonra Məzahir ona qarajın məxsus olduğunu bildirmişdir. Alı bugünə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında polisə müraciət etdiyini bildirmişdir. Təxminən 6 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var. Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, o bunu qonşu və şahid kimi təsdiq edir. Nüsrət yaşayan müddət ərzində və daha sonra Alının istifadəsndə olduğu müddətdə nə Məzahiri nə də onun ailəsindən kiminsə qarajla maraqlandığını və ya qarajdan istifadə etdiyini görməmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-də Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış X18 izahatında bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Alı 8-ci bokda, o isə 9-cu blokda 4-cü mərtəbədə qalır. Alı 2017-ci ifdən evi onların və qarajı yaşadığı binadan Nüsrət adlı şəxsdən almışdır. Nüsrət isə 2000-ci il də evi Məzahirdən, Alı evi alan zaman binanın həyətində qarajıda almışdır. 2017-ci ildən Alı ilə qonşu kimi tanış olmuş, həmin qarajıda özü istifadə edir. 2021-ci ilin yay ayında Alı ilə söhbət edərkən, Alı ona demişdir ki, qarajı mən almışam, lakin qarajın kökündə olan əsl sahibi Mustafayev Məzahir adlı şəxsdir, Alı ona demişdir ki, bütün sənədləri aldım, Məzahir ilə görüşdüm, Məzahirə çıxarış almaq lazım olduğunu bildirib, Məzahir isə Alıya deyibki, mən alal adamam gəl sənə etibarnamə verim get sənədləri topla işlərini həll et. Alı da Məzahirin dediklərini etmiş, çıxarışı aldıqdan sonra Məzahir Aıya qarajın ona məxsus olduğunu bildirmişdir. Alı bu günə kimi Məzahirdən qarajı ala bilməmişdir, Məzahir Alını aldatmışdır çünki, Alı sənədləri toplayan zaman hər dəfə qonşu kimi rastlaşdıqda nə qədər əziyyət çəkdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında polisə müraciət etdiyini bildirmişdir. Təxminən 3 aya yaxındır ki, Alının Məzahiri məhkəməyə verməsi ilə bağlı məlumatı var. Alı binadakı mənzili və qarajı birlikdə Nüsrətdən alıb halallaşıb. Məzahir isə Alıya qarşı dələduzluq etmişdir, o bunu qonşu və şahid kimi təsdiq edir. Nüsrət yaşayan müddət ərzində və daha sonra Alının istifadəsində olduğu müddətdə nə Məzahiri nə də onun ailəsindən kiminsə qarajla maraqlandığını və ya qarajdan istifadə etdiyini görməmişdir. Bakı şəhəri Binəqədi rayon 5-ci PB-nin təhqiqatçısı polis mayoru Orxan Təhməzli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddianın qaldırılması üçün ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, ev 32, mənzil 147 və mübahisəsi gedən qeyri-yaşayış binası (qaraj) Kirov rayon XDİK-in 12/263 saylı, xx.xx.1991-ci il tarixli qərarına əsasən X5 ayrılmışdır. Daha sonra göstərilən mənzil X6 tərəfindən özgəninkiləşdirilmiş, hazırda həmin mənzilin mülkiyyətçisi iş üzrə Cavabdehdur. Mübahisəsi gedən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası isə xx.xx.2022-ci il tarixdə X6 tərəfindən nəvəsi İddiaçı bağışlanmışdır. İlk iddiaçı məhz buna əsaslanaraq 1. pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyriyaşayış binası-qaraj sahəsindən çıxarılmasını və 2. qeyri-yaşayış binasının (qarajın) cavabdeh tərəfindən boşaldılaraq özünə təhvil verilməsini tələb edir. Qarşılıqlı iddiaçı isə ilk iddia tələbləri ilə razılaşmır və ilk iddiaçının babası X4 təxminən 17 il əvvəl – 2000-ci ildə sözügedən qaraj sahəsini həmin ünvandakı 147 saylı mənzil ilə birlikdə X2 (bacısı X9 adına rəsmiləşdirilməklə), onun isə 147 saylı mənzilə aid olan həmin sənədsiz daş qarajı Nüsrət Quliyevdən satın aldığını və dolayısı ilə mübahisəli qarajın həqiqi mülkiyyətçisi olduğunu, qarajın sənədləşdirilməsini özünün həyata keçirdiyini, lakin qaraja dair sənədin alınmasından sonra Məzahir Mustafayevin qarajı nəvəsi olan ilk iddiaçıya bağışlayaraq onu aldatdığını (ona aid qarajı ələ keçirtdiyini) iddia etməklə, X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsini istəyir. Onun təmin olunmasını xahiş etdiyi digər tələb – “Bağışlama müqaviləsi” əsasında İddiaçı adına tərtib edilmiş Texniki Pasportun etibarsız hesab edilməsi tələbi isə həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə, mübahisənin obyektiv həlli üçün ilk növbədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verməyi (xx.xx.2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin etibarlı olub-olmadığının araşdırılmasını) məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; Vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: Hüquq münasibəti əmələ gəlir; Hüquq münasibəti dəyişir; Hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: Münasibətin subyekti; Münasibətin obyekti; Münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırki işin hallarından görünür ki, mübahisələndirilən bağışlama müqaviləsinə əsasən X6 öz əmlakını İddiaçı bağışlamış, digər tərəf (hədiyyə alan) isə hədiyyəni qəbul etmişdir. Beləliklə, hazırki işdə əmlakın bağışlanması müqaviləsi X4 mülkiyyət hüququnun xitamına, İddiaçı üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aidiyyəti yoxdur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmetinin qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məsələn əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin qarşılıqlı iddia üzrə iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Belə olan halda, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə məhkəmə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. İddiaçının da “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbini qaldırmaqda subyektiv hüququ olmadığı müəyyən edildiyindən, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Bununla yanaşı məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, hətta qarşılıqlı iddiaçının qeyd edilən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olduğu fərziyyə olaraq qəbul edilsə idi belə, yenə onun iddiasının əsaslı hesab edilməsi mümkün olmayacaqdı. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, qarşılıqlı iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; belə ki, mübahisəli qaraj sahəsinin ilkin sənədləri məhz hədiyyə verən qismində çıxış edən X4 adına olmuş, həmin sənədlər əsasında həmin qaraj sahəsinə dair onun adına müvafiq texniki pasport tərtib edilmiş və məhz bundan sonra o, mülkiyyətində olan həmin qaraj sahəsini doğma nəvəsi olan İddiaçı (ilk iddiaçıya) bağışlamışdır. Həmçinin bağışlama müqaviləsinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçının, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi bu tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Məhkəmənin qənaətinə görə, digər tələb – “bağışlama müqaviləsi əsasında verilmiş texniki pasportun hesab edilməsi” tələbi həmin tələbdən törəmə tələb olduğundan, prosessual qənaət prinsipindən çıxış edərək, bu tələbin bağlı olduğu tələbin əsassız olduğu nəzərə alınmalı və bu tələb də rədd edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, ilk iddiaçının iddia tələbini əsaslı hesab edərək bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyriyaşayış binası (qaraj) iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh həmin qeyri-yaşayış binasını iddiaçının istifadəsinə verməməklə onun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası (qaraj) sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış binası (qaraj) boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə bu qənaətə cavabdehin ilk iddiaya qarşı irəli sürdüyü dəlillərinin əsassız olduğunu da nəzərə alır. Belə ki, cavabdeh sözügedən qeyri-yaşayış binasını (qarajı) ilk iddiaçının istifadəsinə verməməsinin səbəbini, həmin sahəni şifahi alqı-satqı müqaviləsi əsasında əvəzi ödənilməklə alması və həmin sahənin 2017-ci ildən etibarən onun sahibliyində olması, onun vəsaiti hesabına yaxşılaşdırma işlərinin görülməsi ilə izah etsə də, məhkəmə qeyd olunan dəlilləri əsassız hesab edir. Çünki mülki qanunvericiliyin normalarından göründüyü kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin məhkəmə araşdırması zamanı isə ilk iddia üzrə cavabdehin mübahisəli əmlaka hər hansı əmlak hüququnun olması müəyyən edilmədi. Çünki o, mübahisəli sahə ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında əqd bağlamamış, nəticə etibari ilə də mübahisəli əmlaka hər hansı hüquq əldə etməmişdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyri-yaşayış binası (qaraj) sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış binası (qaraj) boşaldılaraq İddiaçı təhvil verilməli, ilkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, Cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv.m olan qeyriyaşayış binası (qaraj) sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış binası (qaraj) boşaldılaraq İddiaçı təhvil verilsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar