Məhkəmə qərarları › İş №2(001)-162/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-162/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-162/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası və X13 cəlb edilməklə) qarşı Cavabdeh2 Tamiraz qızının nəvələri X18 və X19 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsinə həmin uşaqların onun himayəsinə verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası və X13 cəlb edilməklə) qarşı Cavabdeh2 Tamiraz qızının nəvələri X18 və X19 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsinə həmin uşaqların onun himayəsinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X13 ilə X2 birgə nigahlarından xx.xx.2007-ci il təvəllüdlü X20, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X25 anadan olmuş, bir müddət bir yerdə yaşadıqdan sonra, X13 xx.xx.2020-ci il tarixdə arvadı X3 ailə münaqişəsi zaminində çox saylı bıçaq zərbəsi ilə xəsarət yetirərək öldürmüşdür. Törətmiş olduğu cinayət əməlinə görə M.T.Şamilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkir. M.T.Şamilov cəza çəkdiyi müəssisədən müxtəlif dövlət orqanlarına müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 üzərində qəyyum təyin edilmiş uşaqların ana tərəfdən nənəsi Məmmədova Zamilə Təmiraz qızının qəyyumluğunun ləğv edilməsi və övladlarının üzərində öz bacısı İddiaçı qəyyum təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Uşaqların anası X11 vəfat etdiyindən, onların atası X13 isə həbs edildiyindən, Ailə Məcəlləsinin 114-cü maddəsinin tələbinə əsasən, valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinə zərurət yaranmışdır. Yetkinlik yaşına çatmayanlar X20, X24 və X19 üzərində qəyyum təyin edilməsinə köməklik göstərilməsi barədə Masallı rayon Mahmudavar kəndində yaşayan uşaqların ana tərəfdən nənəsi Cavabdeh2 xx.xx.2020-ci il tarixli M-339-099 saylı ərizə ilə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi döngə 3 ev 4/6 manzil 7-də yaşayan uşaqların bibisi İddiaçı xx.xx.2020-ci il tarixli N-78-099 saylı ərizə ilə Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmiş, komissiya uşaqların İddiaçı və Cavabdeh2 olan bağlılıq dərəcəsinə, eyni zamanda həmin şəxslər barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə uyğun müvafiq araşdırma aparıldıqdan sonra belə qənaətə gəlmişdir ki, yetkinlik yaşına çatmayanlar Tahir Şamilov, Ayla Şamil və Ayan Şamilin hazırda yaşadıqları qohumlarının himayəsində qalmalarını və həmin qohumların müvafiq olaraq onların üzərində qəyyum təyin edilməsini uşaqların mənafelərinə daha uyğun hesab etmiş, bu halın yetkinlik yaşına çatmayan bacı və qardaşın bir-biri və digər qohumları ilə ünsiyyətdə olmalarına mane olmamasını qeyd etməklə, Cavabdeh2 nəvələri X24 və X19 və həmçinin S.T.X1 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq olaraq xx.xx.2020-ci il tarixli, 164 nömrəli və xx.xx.2020-ci il tarixli 168 nömrəli sərəncamlar qəbul edilmişdir. Cavabdeh2 himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X18 ataları məhkum X13 ilə görüşmələrinə maneə törətməklə uşaqların hüquqlarını pozur. Ona görə də, Cavabdeh2 Tamiraz qızının nəvələri X18 və X19 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsinə həmin uşaqların İddiaçı himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, onun himayəsində olan X14 bacıları X24 və X25 ilə görüşüb ünsiyyətdə olmasını, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsində məqsədinin qardaşı qızlarının gələcəkdə ata tərfindən qohumlarının onlara qarşı laqeyid olmadığını bilmələri üçün qaldırılmasını bildirib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, nəvələri X25 və X24 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun himayəsinə verilmişdir. Mərhum qızı X4 həyat yoldaşı X13 vəhşicəsinə qətlə yetirərək öldürmüşdür. Qızı onun xəyanətlərinə, pis vərdişlərinə tab gətirməyərək nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişsə də, lakin dəfələrlə X13 ilə barışaraq evinə qayıdıb ailəsini bərpa eləməyə çalışsa da, kürəkəni sonda qızını qətlə yetirmişdir. Qızının 3 övladı anasız və atasız qalmışdır. O, yeganə qızının övladları olan nəvələrinə böyük sevgi ilə baxır. Nəvələrinin təhsili onun üçün önəmlidir, onların yaşayışları və şəraitləri çox yaxşıdır. O, nəvələrinin qayğısına həyat yoldaşı ilə bərabər qalır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh2 iddia iddia ərizəsini qəbul etməyib etirazının məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci təvəllüdlü X20, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X25 valideyn himayəsindən məhrum olduqları üçün onların üzərində qəyyum təyin edilmək məqsədilə uşaqların bibisi İddiaçı və uşaqların ana tərəfdən nənəsi Cavabdeh2 ərizə ilə komissiyaya müraciət etmiş, uşaqların faktiki olaraq himayəsində yaşadıqları qohumlarına bağlılıqları və qəyyum namizəd olan İddiaçı və Cavabdeh2 həyat şəraitinin müayinə olunmasının nəticələri nəzərə alınaraq, X24 və X19 ana tərəfdən nənələri Cavabdeh2, X14 isə bibisi İddiaçı qəyyumluğuna verilməsi barədə xx.xx.2020-ci il tarixli 164 nömrəli və xx.xx.2020-ci il tarixli 168 nömrəli sərəncamlar qəbul edilmişdir. Bundan sonra, komissiya tərəfindən aparılan araşdırma zamanı yetkinlik yaşına çatmayanlar Ayla Şamil və Ayan Şamilin faktiki olaraq Masallı rayonunun Mahmudavar kəndində yaşamaları, onların yaşayış yerinin rəsmi olaraq həmin kəndə dəyişdirilməsi və uşaqların Mahmudavar kənd ümumi orta məktəbində təhsil almaları nəzərə alınaraq, uşaqların komissiyadan uçotdan çıxarılmaları, onların valideyn himayəsindən məhrum olan uşaqlar kimi uçota alınmaları üçün şəxsi işlərinin ərazi aidiyyəti üzrə Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına göndərilməsi və xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamın qüvvədən düşməsi barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2021ci il tarixli 234 nömrəli sərəncam qəbul edilmişdir. İddiaçı “sərəncamın ləğvi və uşaqların himayəyə verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, yetkinlik yaşma çatmayanlar X24 və X19 üzərində Cavabdeh2 qəyyum təyin edilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamın ləğv edilməsi barədə artıq xx.xx.2021-ci il tarixli 234 nömrəli sərəncam qəbul edilmişdir. Hal-hazırda valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlar X24 və X19 yaşayış yeri Masallı rayonunda olduğundan onların üzərində qəyyum təyin edilmə məsələsinə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən baxılması qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də mülki iş üzrə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının əsl olmayan tərəf kimi qiymətləndirilməsi və əsl cavabdeh kimi Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 məhkəməyə ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, 2005-ci il tarixdə xx.xx.1985-ci il təvəllüdlü X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Əvvəllər o, Daxili İşlər Nazirliyində və Nəqliyyat Nazirliyində işləmiş, daha sonra Nəqliyyat Nazirliyində tutduğu vəzifədən ixtisara düşərək işdən azad edilmiş, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Taksi fəaliyyətindən qazandığı pullarla ailəsinin tələbatlarını ödəmiş, işdən sonra övladlarının təhsili və tərbiyyəsi ilə yalnız özü məşğul olmuş, hər həftə sonu ailəlikcə qohum-əqrəqa ziyarətlərinə və əyləncə mərkəzlərinə getmişlər. Həyat yoldaşının ailəsi normal həyat təzi sürmədiyindən o, qayınanası, qayınatası və qaynı ilə ailəsi arasında məsafəli münasibətin tərəfdarı olmuşdur. Bu səbəbdən həyat yoldaşı ilə mütəmadi olaraq mübahisələri yaranmış, həyat yoldaşı daimi olaraq öz ata və anasına haqq qazandırmışdır. Qayınanası Cavabdeh2 daim onun ailəsini dağıtmağa cəhd göstərmiş, ondan xəbərsiz 2 dəfə həyat yoldaşını boşanma ərizəsi verməyə məcbur etmişdir. Daha sonra o, həyat yoldaşını həmin ərizələri geri götürməyə razı salmışdır. O, məhkum olunduğu gündən qızları ilə görüşə və telefon əlaqəsi yarada bilməmişdir. O atası və qardaşı olmadığına görə bütün mülki etibarnamələri böyük bacısına verərək övladlarını öz himayəsinə və qəyyumluğuna götürməsini tapşırmışdır. Onda keçmiş qayınanasının əxlaqsızlığını sübut edən videolar vardır. Cavabdeh2 onun qızlarına pis örnək olduğundan, o, qızlarının gələcəyi üçün narahat olduğundan qızlarının bacısı İddiaçı himayəsinə verilməsini xahiş edir. Məhkəmə iclasında xx.xx.2010-cu il təvəllüdlü X24 izahatında göstərmişdir ki, o, qardaşı X20 ilə görüşüb ünsiyyətdə olur, nənəsi Cavabdeh2 ilə yaşamaq istəyir. Məhkəmə iclasında xx.xx.2015-ci il təvəllüdlü X24 izahatında göstərmişdir ki, o, qardaşı X20 ilə görüşüb ünsiyyətdə olur, nənəsi Cavabdeh2 ilə yaşamaq istəyir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına və X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi, 3-cü şəxs Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, 3-cü şəxs X13 məhkəmə iclasında iştirak etmək istəyini məhkəməyə bildirməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin, 3-cü şəxs Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin, 3-cü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və yetkinlik yaşına çatmayanların izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 114.2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq yerləşdirilməsini (övladlığa vermə istisna olmaqla) təmin edir. Madə 114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Madə 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Maddə 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Maddə 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Maddə 35.6.Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Maddə 35.7. Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Maddə 38.1.Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir. Maddə 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Maddə 38.5. Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ İ № 972214 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.2007-ci il tarixdə Lənkəran rayonu Şürük kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2067 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X6r. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 494839 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2410 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X6r. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 650976 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6076 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X6r. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 187191 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1060 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti baçşısının xx.xx.2020-ci il tarixli 168 saylı yetkinlik yaşına çatmayan X14 üzərində qəyyum təyin edilməsi haqqında sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi döngə 3, 4/6 saylı evin 7 saylı mənzilində yaşayan vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixli N-78-099 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edǝrǝk yetkinlik yaşına çatmayan qardaşı uşaqları xx.xx.2007-ci təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 üzərində qəyyum təyin edilməsinə köməklik göstərilməsini xahiş etmiş, komissiyaya təqdim edilən sənədlərlə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayanlar X14, X18 və X19 atası X13 xx.xx.2020-ci il tarixdə arvadı X3 çoxsaylı bıçaq zərbəsi ilə xəsarət yetirdiyi üçün uşaqların anası Şəhanə Şamilova vəfat etmiş, törətmiş olduğu cinayət əməlinə görə Murad Şamilov xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Uşaqların anaları X11 vəfat etdiyindən, onların ataları X13 barəsində həbs qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114-cü maddəsinin tələblərinə əsasən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinə zərurət yaranmışdır. Komissiya tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, yetkinlik yaşına çatmayanlardan X20 bibisi İddiaçı, X24 və X25 isə ana nənələri İddiaçı himayəsində yaşayırlar, uşaqlar birlikdə yaşadıqları qohumlarına daha çox bağlıdırlar. X15 Təmiraz qızı xx.xx.2020-ci il tarixli M-339-099 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, yetkinlik yaşına çatmayan nəvələri X14, X18 və X19 üzərində qəyyum təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Daxil olmuş müraciətlərlə əlaqədar valideyn himayəsindan məhrum olan uşaqların qohumları İddiaçı və Məmmədova X10 Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına dəvət olunmuş, söhbət zamani onlar uşaqların üçünü də öz himayələrində saxlamaq istədiklərini və digərinin qəyyum təyin olunmasına razı olmadıqlarını bildirmişlər. Ərizəçi İddiaçı həyat şəraitinin müayinə edilməsinin nəticələri göstərir ki, onun ailə və mənzil-məişət şəraiti yetkinlik yaşına çatmayan qardaşı uşaqları üzərində qəyyum təyin edilməsi üçün əlverişlidir. Yetkinlik yaşına çatmayan X20 bibisi İddiaçı himayəsində yaşayır, onun saxlanılması, təlim-tərbiyəsi və gündəlik qayğıları ilə İddiaçı məşğul olur. Ərizəçi uşaqların maddi tələbatlarını ödəmək iqtidarındadır və praktiki olaraq sağlamdır. Habelə müəyyən edildi ki, yetkinlik yaşına çatmayan X20 mütəmadi olaraq bibisi İddiaçı himayəsində yaşayır, bacıları və nənəsi Cavabdeh2 ilə ünsiyyətdə olur. İşin araşdırılan hallarına əsasən Qəyyumluq və himayəçilik komissiyası belə qənaəta gəlir ki, yetkinlik yaşına çatmayanlar Tahir Şamilov, Ayla Şamil və Ayan Şamilin hazırda yaşadıqları qohumlarının himayəsində qalmaları və həmin qohumların müvafiq olaraq onların üzərində qəyyum təyin edilməsi uşaqların mənafelərinə daha uyğundur. Bu hal, yetkinlik yaşına çatmayan bacı-qardaşın bir-biri və digər qohumları ilə ünsiyyətdə olmalarına mane olmamalıdır. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.13.2-ci va 6.8-ci maddələrinə, Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci, 136-cı, 137-ci və 139-cu maddələrinə, toplanmış sənədlərə və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2020-ci il tarixli rəyinə əsaslanaraq, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi döngə 3, 4/6 saylı evin 7 saylı mənzil ünvanında yaşayan vətəndaş İddiaçı yetkinlik yaşına çatmayan qardaşı uşağı xx.xx.2007-ci təvəllüdlü X14 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(103)- 915/2021 saylı qərarından müəyyən olunur ki, məhkum X5 müdafiəçisi X7 və zərərçəkmişin hüquqi varisi Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum X13 barəsində olan xx.xx.2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 17/22-18 saylı arayışından müəyyən olunur ki, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü məhkum X13 xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 120.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, cəzanın sonu xx.xx.2038-ci il tarixə hesablanmaqla 18 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 234 saylı sərəncamından müəyyən olunur ki, Masallı rayonu Mahmudavar kəndində yaşayan vətəndaş Cavabdeh2 xx.xx.2020-ci il tarixli M-339-009 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, yetkinlik yaşına çalmayan nəvələri xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X25 üzərində qəyyum təyin edilməsinə köməklik göstərilməsini xahiş etmiş, yetkinlik yaşına çatmayanlar X18 və X19 təlimtərbiyəsi və saxlanılması faktiki olaraq ana tərəfdən nənələri Cavabdeh2 tərəfindən həyata keçirildiyi, uşaqların da nənələri Cavabdeh2 himayəsində yaşamaq istədikləri üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamı ilə Cavabdeh2 həmin nəvələrinin üzərində qəyyum təyin edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasında valideyn himayəsindən məhrum olmuş uşaqlar kimi qeydiyyatda olan yetkinlik yaşına yatmayanlar xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 yaşayış yerlərinin dəyişmələri ilə əlaqədar uçotdan çıxarılmaları, yetkinlik yaşına çatmayanların şəxsi işlərinin valideyn himayəsindən məhrum olmuş uşaqlar kimi qeydiyyata alınmaları üçün ərazi aidiyyəti üzrə Masalı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına göndərilməsi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 29 saylı rəyindən müəyyən olunur ki, komissiya xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 ana nənələri Cavabdeh2 himayəsindən alınaraq bibiləri İddiaçı himayəsinə verilməsini uşaqların mənafeyinə uyğun hesab etməmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanovanın məhkum X9 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, yetkinlik yaşma çatmayan xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 üzərində uşaqların ana tərəfdən nənələri Cavabdeh2 qəyyum təyin edilməsinə dair qərar qəbul edilərkən komissiyanın üzvü Aynur Abbasova məzuniyyətdə olması səbəbindən o, həmin iş üzrə komissiya üzvlərinin iclasında iştirak etmədiyi, komissiyanın üzvü Aynur Abbasovanın qanunazidd hərəkətlərə yol verməsi barədə xüsusatlar aparılan araşdırma zamanı öz təsdiqini tapmadığı, şikayət ərizəsində uşaqların nənələri Cavabdeh2 əxlaqi vəziyyəti ilə bağlı komissiyaya bəzi materiallar təqdim etdiyini bildirilsə də, ərizəyə bunu təsdiq edən sübutların əlavə etdiyi, bacısı İddiaçı müraciəti əsasında Binəqədi Rayon Məhkəməsində baxılan sərəncamın ləğvi və uşaqların himayəyə verilməsi tələbinə dair mülki işlə bağlı bacısının mənafeyinə uyğun rəy verilməsi barədə aidiyyəti üzrə Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etməli olduğu M.T.Şamilova bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 11/439 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 hal-hazırda nənələri Cavabdeh2 bağlılıqları üzə çıxmaqla, bibiləri İddiaçı bağlılıqları müəyyən olunmur. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 hal-hazırda psixikası və davranışında kimin himayəsində yaşamağı seçməklə bağlı kənarpsixoloji təsir əlamətləri müəyyən olunmur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, anaları öldüyü, ataları məhkum edildiyi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamına əsasən Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X22 qəyyum təyin edilmiş, yetkinlik yaşına çatmayanlar yaşayış yerlərini dəyişdikləri üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 234 saylı sərəncamına əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli sərəncamı qüvvədən düşmüşdür. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı qəyyumları ilə birlikdə yaşayan xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X18 Cavabdeh2 alınaraq ona verilməsini iddia etsə də, bu tələblə məhkəməyə müraciət etmək üçün hüququnun olması ilə yanaşı, qəyyum tərəfindən vəzifələrinin layiqincəsinə icra edilməməsinə əsas ola biləcək hər hansı bir sübuta da malik deyildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 hal-hazırda nənələri Cavabdeh2 bağlılıqları üzə çıxmaqla, bibiləri İddiaçı bağlılıqları müəyyən olunmur, yetkinlik yaşına çatmayanların hal-hazırda psixikası və davranışında kimin himayəsində yaşamağı seçməklə bağlı kənarpsixoloji təsir əlamətləri yoxdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X25 nənələri Cavabdeh2 ilə yaşamaq istəyir, sonuncu qəyyum olaraq öz üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tədqiq olunmuş sübutlarla iddia ərizəsində istinad olunan hallar öz təsdiqini tapmadığından iddia ərizəsi təmin edilməməli, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh2 və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası və X13 cəlb edilməklə) qarşı Cavabdeh2 Tamiraz qızının nəvələri X18 və X19 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsinə həmin uşaqların onun himayəsinə verilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 120 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar