Məhkəmə qərarları › İş №2(001)-1646/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1646/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1646/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynur Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Dəmir Yolları QSC vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinin müstəqil hüquqi şəxs olmadığını, Azərbaycan Dəmir Yolları QSC-in tabeliyində olan, hüquqi şəxs statusuna malik olmayan struktur qrum olmasını bildirib hazırkı işin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Dəmir Yolları QSC-in hüquqi ünvanının yerləşdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə icalasında İddiaçı vəsatətin həllini məhkəmənin səlahiyyətinə veridyini bildirmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilərək hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatından müəyyən olunur ki, Azərbaycan Dəmir Yolları QSC-in hüquqi ünvanı ünvan 2arı QSC-in xx.xx.2022-ci il tarixli əmrindən müəyyən olunur ki, ADY-in yalnız aşağıdakı hüquqi şəxs statusuna malik olmayan qrumlarının rəislərinə rəhbərlik etdikləri struktur qrumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyətləri verilmişdir: 1.4. Mühafizə departamentinin rəisi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Maddə 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehinin deyil, onun struktur qrumunun ünvanı üzrə məhkəməyə müraciət etdiyindən vəsatət təmin edilərək hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinə qarşı əmək haqqı tələbinə dair 2(001)-1646/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar