Məhkəmə qərarları › İş №2(001)-1709/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1709/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1709/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin inzibati cərimələrdən azad olunması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin inzibati cərimələrdən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ 23053254 nömrəli, xx.xx.2024cü il tarixli EQ 23094312 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23472223 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23866853 nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP 23969099 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24007040 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24499570 nömrəli (ümumilikdə 9 ədəd) inzibati xəta üzrə protokolları mülkiyyətində olan “Toyota prius” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Eyni Məcəllənin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydası təsbit edilmişdir və həmin qaydalara uyğun olaraq səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı inzibati xəta haqqında protokollar üzrə mülkiyyətində olan “Toyota prius” markalı ** KY *** dövlət qeydiyyat nişalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, mübahisənin predmeti inzibati xətaya görə tərtib edilmiş protokolların iddiaçının mülkiyyətində olan avtomobilin üzərindən götürülməsi olduğundan hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya xx.xx.2024-cü il tarixli EQ 23053254 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23094312 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23472223 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23866853 nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP 23969099 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24007040 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24499570 nömrəli protokollar əsasında qəbul edilmiş qərarlardan inzibati xəta haqqında işlər üzrə icraat qaydasında şikayətlə yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin inzibati cərimələrdən azad olunması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli EQ 23053254 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23094312 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23472223 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23866853 nömrəli, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İXP 23969099 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24007040 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24499570 nömrəli protokollar əsasında qəbul edilmiş qərarlardan inzibati xəta haqqında işlər üzrə icraat qaydasında şikayətlə yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar