Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1727/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayonu X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)cavabdehin qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi il məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhvil verilməsi, İddiaçı Abdulraz oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbinin əsaslandırılması: cavabdeh olan X7 mən mərhum şəhid oğlum X1 vasitəsilə 2015-2016-cı ildən tanımışam. Beləki O mərhum oğlumla bir hərbi hissədə xidmət etmişlər və dost münasibətində olmuşlar. Oğlum 2016-cı ilin aprelin 4-də oğlum Lələtəpədə döyüşlərində vəfat etmişdir. Cavabdeh hərbi xidməti başa vurduqdan sonra mənim müvəqqəti olaraq yaşadığım mənzilə gəlmiş və bizim ailə ilə birgə yaxşı münasibətdə olaraq yaxınlıq yaratmışdır. Hətta onun valedeynləri belə bizə, biz isə onlara gəlib gedirdik. 2016-cı ilin fevral ayında 22.000 manat pul vəsaiti verərək mən hazırda mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-zü Mədən korpus 125-də yerləşən fərdi yaşayış evini Sevinc adlı xanımdan 22.000 manata almışdım. Fərdi raşayış evini alan zaman gedib Binəqədi Bələdiyyəsində sənədləri öz adıma rəsmləşdirmişdim. Fərdi yaşayış evində bəzi təmir işləri də etdirmişdim. Cavabdehdə daim yaşadığım evə gəlmiş bizimlə əlaqə saxlamış, hətta sulunu tam ödəyərək aldığım hazırda mübahisələndirilən fərdi yaşayış evinədə dəfələrlə birlikdə getmişik. Həmin müddətdə fərdi yaşayış evi təmirsiz olduğu üçün yaşamadıq. 2022-ci ilin əvvəlləri mübahisələndirilən ərdi yaşayış evinə baş çəkmək istədim və evdə fərdi yaşayış evinin açarlarını tapa bilmədim. Bir müddət şimlə və səhhətimlə əlaqədar yaşayış evinə gedə bilmədim. 2023-cü ilin sonlarında cavabdeh bizə gəlmişdi i, həmin anda açarlar hələdə tapılmamışdı. Həmin gün həyətdə olan zaman cavabdehin cibindən açarlar düşdü, mən dərhal götüdüm və ondan açarların səndə nə gəzdiyini soruşanda yerdən indi tapdın sizə verəcəkdim dedi. Mən isə açarları götürdüm cavabdeh isə evinə getdi. Bir neçə gün sonra mən yoldaşım və kürəkənim fərdi yaşayış evinə baş çəkmək üçün getdik və gözümə şahidi ola bilmədim, çünki evin içərisində nüəyyən işlər görülmüşdü ki(yataq otağı ilə mətbəxin yeri dəyişdirilmişdi), mən alanda elə deyildi. Bundan sonra evdən sənədlər tapdım ki, həmin sənədlərdə kommunal xətlərin çəkilməsi üçün ərizə və blankları gördüm. Həmin ərizə və müraciətlərdə cavabdehin adını gördüm, dərhal ona zəng edərək evimi niyə ələ keçirmək istədiyini, fərdi yaşayış evimdə məndən xəbərsiz digər işlər gördüyünü soruşduqda mənə bildirdi sən evi mənə bağışlamısan və məndə buna görə xırda işlər görmüşəm deyə bildirdi. Bundan sonra mən ona bizimlə əlaqəni kəşməsini və birdə fərdi yaşayış evinə gəlməməsini xahiş etdim. Cababdeh isə mənə bildirdi ki, mən təmirə 10.000 manat pul xərcləmişəm ki, onun pulunu ver evini özünə geri qaytarım. Mən isə qanunsuz olaraq mənim fərdi yaşayış evimdə məndən razılıq almadan görülən işlərə pul verməyəcəyimi bildirdim. Bundan sonra cavabdehin atası Azər Nəsiyev zəng edərək fərdi yaşayış evimi 25.000 manata onlara satmağımı istədi. Mən isə 100.000 manat ver sənə verim dedim. Daha sonra onlarla əlaqə kəsildi. Lakin 2024-cü ilin noyabr ayında fərdi yaşayış evimə baş çəkmək üçün getdim. Cavabdeh tərəfindən fərdi vaşayış evinin açarlarının dəyişdirildiyinin şahidi oldum və fərdi yaşayış evimə daxil ola bilmədim. Cavabdehlə əlaqə saxlamaq istəsəmdə nəticə olmadı. Hətta cavabdeh açarları götürən zaman fərdi yaşayış evinə aid olan bütün sənədləri də götürüb aparıb ki, tapılmır və özüçə geri vermir. Bu səbəbdən də cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və pozulmuş hüquqlarımın bərpa ədilərək fərdi yaşayış evimin mənə təhvil verilməsi və həmin fərdi yaşayış evinə köçürülməyim tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddiaçının cavabdehdən 32000 manat tələb etməsinə münasibətdə onu qeyd edə bilər ki, iddiaçı cavabdehlə görüşə şərait yaranması üçün belə bir məbləğ təklif edib. Lakin həmin görüş də mümkün olmayıb. İddiaçıya iddia olunan kimi pul lazım olmuş olsaydı, nə üçün cavabdehdən evə görə aylıq hissə-hissə ödəniş tələb etməli idi? Birdəfəlik ödənişi tələb edə, ya da ki, 10000 ilkin ödəniş ala bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında evin alğı-satqısına dair nə yazılı, nə də ki şifahi razılaşma olmuşdır. İddiaçı evi hazır vəziyyətdə almışdır. Cavabdeh sadəcə evdən kənarda yerləşən sanitar qovşağa su xəttinin çəkilməsinə nail olub. Ev satan şəxsin bacısı belə, təsdiq edir ki, ev İlhama satılıb. Cavabdeh iddia edir ki, iddiaçı iki il ərzində evlə maraqlanmayıb. Lakin bu belə olmayıb, iddiaçı cavabdehlə birlikdə həmin evə gedib-gəlib, hətta cavabdeh əşyaların daşınmasında iddiaçıya kömək edib. Lakin bir gün açarlar itir və həmin evə gediş-gəliş dayanır. Sonrakı gedişatı isə iddia ərizəsində göstərdiyi kimi irəliləyir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh oğlu ilə birlikdə hərbi xidmətdə olmuşdur. Onunla oğlunun yanına gedən zaman tanış olmuşdur. Həmin vaxt oğlu sağ idi. 4 apreldə oğlu şəhid olmuş, cavabdeh isə yaralanmışdı. Xəstəxanada onun ziyarətinə getmişdir Cavabdeh oğlundan 6 ay sonra təxris olunmuşdur. Cavabdehin atası onun uşağının məclisinə gəlmiş, ailəvi münasibətləri yaranmışdır. O, evi 2016-cı ildə Sevinc xanımdan almışdır. Həmin xanımın övladı xəstə olduğundan, evi təcili satırdı. Ərazi boş torpaq deyildi, tikili halda 4 otaqlı ev idi. Mətbəx və sanitar qovşaq ayrı idi. Daha sonra yoldaşı xəstələndiyindən, əlində olan bütün pul onun müalicəsinə getdi. Nuruşa etibarnamə vermişdir ki, sənədləri yığsın, çünki özü işdə olduğu üçün gedə bilməmişdir, həmçinin cavabdeh qazi olduğundan daha surətli işi aparacağını düşünmüşdür. Ona etibarnamə verdikdən sonra cavabdehlə əlaqə kəsildi, telefonlara cavab vermədi. Ona ev satmaq fikri olmayıb. Evə gedəndə görmüşdür ki, evə zərər vurub. Mətbəxi və sanitar qovşağı söküb, həyətdə olan ağacları yandırıb. Xeyr, cavabdeh evə xərc qoymayıb. Onun almış olduğu oboyları vurub. Etibarnamə 2022-ci ildə verilib, açarlar isə 2023-cü ilin noyabrında tapılıb. Cavabdeh evin açarlarını dəyişdiyindən onda açar yoxdur. Heç vaxt cavabdehə söz verməmişdir ki, ona ev satacaq.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aralarında fərdi yaşayış evinin alğı-satqısına dair şifahi razılaşma olub. Hətta buna görə əvvəlki iclaslarda dediyi kimi 3000 manat ödəniş belə edib, ev tərəfindən təmir edilib. Evə görə 2022-ci ildə 20000 manata satılmasına dair aralarında razılaşırlar və evə görə 3000 manat pulu 2023-cü ilin sentyabr ayında ödəyib. Hansı ki, həmin məbləği iddiaçı özü ondan tələb edib. Belə ki, pula ehtiyacı olduğunu bildirib, imkan olacağı təqdirdə ona pul verilməsini xahiş edib. Özü evin təmiri ilə məşğul olduğundan əlində hər hansı vəsait olmamış və atası ona görə kredit götürməli olmuşdur. Razılaşmalarına görə 2024-cü ilin yanvar ayından artıq ayda 400-500 manat olmaqla ödənişlər etməli idi. Hətta 3000 manat ödəniş etməsi ilə bağlı aralarında əlyazma olmuş, lakin həmin sənədin surəti onda yoxdur. Aralarında olan etibarlı münasibətlərə görə sənədin surətini tələb etməmiş, şəklini belə çəkməmişdir. Atası da, iddiaçı ilə razılığa çalışmış, hətta evə görə əlavə 5000 ödənilməsini də təklif etmişdir. Lakin iddiaçı razılaşmamışdır. Atası sadəcə olaraq evə görə ödənilən məbləğin notarial qaydada rəsmiləşdirilməsini istəyirdi.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının oğlu ilə 2016-cı il aprel döyüşlərində iştirak etmişdir. Həmin vaxtı özü ağır yaralanaraq ikinci dərəcəli əlil olmuş, iddiaçının oğlu isə şəhid olmuşdur. Təxminən 2022ci ilin fevral ayından onların gediş gəlişləri yarandı. Həmin ərəfələrdə özü torpaq sahəsi axtardığından iddiaçı mərhum Cabbarxan üçün tikdiyi fərdi yaşayış evini almağı ona təklif etdi, lakin iddiaçıya pulunun olmadığını bildirmişdir. Bundan sonra iddiaçı fərdi yaşayış evini hissə-hissə ödəmək şərtilə ümumilikdə 20000 manata ona sata biləcəyini təklif etdi, o isə iddiaçının təklifi ilə razılaşmış və 2022-ci ilin fevral ayında iddiaçı evi ona təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı ona evə dair etibarnamə vermişdir. Daha sonra ödənişi hissə-hissə ödədiyi üçün iddiaçı evin qiymətinin 25000 manata qaldırdı və bununla da razılaşmışdır. Ev təmirsiz,pəncərələri sınıq idi, hətta sayğaclar oğurlanmışdı. O, evi təmir etdikdən sonra iddiaçı evi geri almaq istəmiş, hətta iddiaçının kürəkəni də ona hədə qorxu gəlmişdir. O, iddiaçıya evin təmirinə xərclədiyi pulu və evə görə verdiyi 3000 manatı qaytaracaqları halda evi verə biləcəyini bildirmişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Onun atası da məsələ ilə bağlı iddiaçı ilə danışmış, lakin heç bir razılıq əldə olunmamışdır. Bundan başqa fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Neft şirkətinin balansındadır. Evə görə iddiaçıya avqust ayının 16-sı 3000 manat pul vermişdir. Evin damını, navalçasını, təmir etdirmiş, evə 18 manat lambirin almış, bundan başqa evin zalına divar kağızı vurmuş, 1 otağa rəng vurmuş, digər otaq isə qalmışdır. Həmçinin sanitar qovşağının kafet-metlağı qalmışdır. Evə dair onun adına bələdiyyə sənədi var idi, iddiaçı və onun qohumları evin açarın dəyişən zaman sənədləri də götürmüşdülər. O, iddiaçıya demişdir ki, təmiri dayandırıb və pulunu ödəsin. Cavabdeh isə demişdir ki, yox təmir et, pulu sonra verərsən, “bilim ki, sən həqiqətən buranı alassan”. Evdə daimi qalmır, ayda 10-15 gün qalır. Qalan günlər işdə qalır. İddiaçının kürəkənini orada görməmişdir. Hətta İlham dayının ikinci kürəkəni ona zəng etdi və dedi ki, “sən camaatı niyə aldadırsan. Camaatın pulunu niyə ödəmirsən”. O, isə bildirmişdir ki, “biz İlham dayı ilə öz aramızda razılaşmışıq”. İlham dayı ona dedi ki, “biz sənin verdiyin pulu, çəkdiyin xərci qaytarırırıq və sən də bizim evimizi qaytar”. O, isə atasıynan məsləhətləşdikdən sonra atası dedi ki, elə deyirlərsə, qaytar. 29 yanvarda açarları İlham dayıya qaytarmış, 2 fevralda iddiaçı ona zəng etdi və dedi ki, “ev mənimdir, sənin pulunu da qaytarmıram”. Hətta atası ilə birlikdə İlham dayıgildə olanda, İlham dayı evin açarlarını verdi və dedi ki, “10 gün sonra sənə nə qədər pul verəcəyini deyəcəm”. Atam İlham dayıya dedi ki, “sənə nə qədər pul versəm rəsmi qaydada verəcəm”. Onlar əlavə 5000 manat məbləğində pul aparmışdılar. 20 gün sonra İlham dayı zəng etdi və dedi ki, “sizə nə ev, nə də pul verəcəm”. Daha sonra dedi ki, “32000 manat verin evi sizə verim”. Evə 8800 manat məbləğində xərc qoymuşdur. Əgər çəkdiyi xərci və verdiyi pulu qaytarsa, evi qaytarar.
7. Cavabdeh iddiaya yazılı etirazında göstərir: İddiaçı X2 cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhfil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi əsasız olduğu üçün təmin edilməməlidir. Belə ki, mən iddiaçının göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Məhəllə korpus 125 ünvanda yerləşən fərdi yaşayış evini zəbt etməmişəm. İddiaçı ilə aramızda olan razılaşmaya əsasən pulunu hissə-hissə ödəmək şərti ilə həmin evi mənə satmışdır. Ancaq evin sənədləri bələdiyyə qərarı olduğuna görə alqı-satqı baş tutmadığı üşün xx.xx.2022-ci il tarixdə mənə etibarnamə vermişdir. Bundan sonra mən iddiaçının göstərdiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Məhəllə korpus 125 ünvanda yerləşən3 otaq və 1 mətbəxdən ibarət həmin evi öz vəsaitim hesabına təmir etdirmişəm ki, bunu təsdiq edən konkret subutlar və şahidlər var. Həmin şahidlər orada yaşayan qonşular, evi təmir edən ustalar və evin əvvəlki sahibi X3r. Həmçinin mən həmin evdə bütün kommunal xərcləri və bələdiyyənin torpaq rüsumunu vaxtlı-vaxtında ödəmişəm ki, bunu təsdiq edən subutlar var. Ev təmir edildikdən sonra iddiaçı mənə qarşı əsassız olaraq iddia ərizəsi qaldırmışdır. Onun məqsədi mənim təmirə xərclədiyim pulu vermədən razılaşmanı pozub məni evdən çıxarmaqdır. İddiaçı X2 cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhfil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi əsasız olduğu üçün təmin edilməməlidir. Qeyd edir ki, 2016-cı ilin aprel döyüşlərdinə ağır yaralanıb 2-ci dərəcəli əlil olmuşdur. Həmin vaxt iddiaçının övladı əsgər yoldaşım Cabbarxan İlham oölu Hacıağayev şəhid olmuşdur. Bizim bundan sonra ailəlikə dostluq əlaqəmiz yaranmışdır. İddiaçı şəhid atası statusundan sui-istifadə edərək mənə qarşı əsassız iddia qaldımışdır. Onun iddiasının əsassız olmasını təsdiq edən konkret subutlar və çoxlu sayda şahidlər var ki, məhkəmə iclası zamanı təqdim edəcəyəm. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən xahiş edirəm İddiaçı cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin təhfil verilməsi və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi əsasız olduğu üçün təmin edilməsin.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasənda müəyyən edilən işin faktiki halları:
9. İşin mübahisəsiz halı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olmasıdır. Belə ki, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olmasa da, iddiaçıya məxsusluğu cavabdeh tərəfindən də mübahisələndirilmir.
10. xx.xx.2022-ci il tarixli etibarnamə ilə İddiaçı Cavabdeh onu bütün dövlət orqanlarında, idarə və təşkilatlarında, “ASAN Xidmət” mərkəzlərində, İcra Hakimiyyətinin orqanlarında, icra strukturlarında, Bələdiyyələrdə, arxiv idarələrində, həmçinin digər qurumlarda təmsil etməyi, sənəd verməyi, sənəd almağı, adından ərizələr verməyi, imza etməyi, o cümlədən “ASAN Kommunal Mərkəz”lərində, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, qaz, su, işıq idarələrində təmsil etməyi, sayğaclarla bağlı bütün sənədləşmə işlərini aparmağı, adına kodları almağı, sayğacların bərpa olunması, sayğacın dəyişdirilməsi ilə bağlı lazımi sənədləşmə işlərini aparmağı, ödənişlər etməyi, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından digər hərəkətlər etməyi etibar edir. Etibarnamə 3 il müddətinə verilir və xx.xx.2025-ci il tarixinədək qüvvədədir.
11. İddiaçı iddia edir ki, cavabdeh həmin etibarnamə ilə onun etibarından suiistifadə etməklə, evini zəbt etmiş, fərdi yaşayış evini öz adına rəsmiləşdirməyə çalışmışdır.
12. Cavabdeh isə iddianı qəbul etməyərək, fərdi yaşayış evinin şifahi razılıqla iddiaçı tərəfindən ona 20000 manata, daha sonra qiymət qaldırılmaqla, 25000 manata hissə-hissə ödənilməklə satıldığını, tərəfindən evin dəyəri kimi iddiaçıya 3000 manat ödəniş edildiyini, bu barədə aralarında yazılı qeyd olduğunu, evin təmirinə kifayət qədər vəsait xərclədiyini bildirir və çəkdiyi xərcin, ödədiyi pulun geri qaytarılması halında evi təhvil verə biləcəyini bildirir.
13. Mülkiyyətçi MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125–də yerləşən fərdi yaşayış evi 35000 manat məbləğində qiymətləndirilir.
14. İşin mübahisəsiz halı kimi yerində müayinə zamanı müəyyən edilmişdir ki, bütün evin döşəməsində laminantlar, artırılmış hissənin dam örtüyü, günlük kimi çıxıntılı dam örtüyü, mətbəxin yerinin dəyişdirilməsi və kommunikasiya xətlərinin mətbəxə köçürülməsi, suyun mərkəzdən sanitar qovşağa çəkilməsi cavabdeh tərəfindən edilmişdir.
15. Binəqədi rayonu X5 tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşlar İddiaçı və Cavabdeh adına X5nin arxivində məlumat yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
18. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
19. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
20. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, tərəflər arasında fərdi yaşayış evinin nisyə alqı-satqısı ilə bağlı şifahi qaydada razılaşma olmuşdur. Məhkəmə bu qənaətə gələrkən fərdi yaşayış evinin 2016-cı ildə iddiaçı tərəfindən alınması ilə bağlı işin mübahisəsiz halını, iddiaçı tərəfindən onu bələdiyyələrdə və.s qurumlarda təmsil etməklə bağlı cavabdehə etibarnamə verildiyini, kommunal xidmətlərlə bağlı müqavilələrin cavabdehlə bağlanmasını, iddiaçının 3 il ərzində mübahisəli evdə təmir aparılmasından və cavabdehin yaşamasından məlumatsız olması barədə dəlillərinin inandırıcı olmadığını nəzərə almışdır.
23. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır. Belə ki, əvvəla mübahisəli ev faktiki olaraq özbaşına tikilidir və tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı sənəd yoxdur. Bunun məntiqi nəticəsi olaraq hər hansı notarial qaydada bağlanmış müqavilədən də söhbət gedə bilməzdi.
24. Hər bir halda məhkəmə hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Çünki tərəflər arasında nisyə alqı-satqı barədə şifahi qaydada razılaşma olsa da belə, cavabdeh razılaşmanın şərtlərinin bildirdiyi kimi olmasını, evin dəyərini iddiaçıya ödəməsini, vaxtı keçmiş öhdəliyinin olmadığını sübut edə bilmir.
25. Odur ki, iddiaçının qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb etmək hüququ əsaslı hesab edilməlidir.
26. Məhkəmə eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılsa da cavabdehin təmirə xərclədiyi vəsaiti əsassız varlanma qaydasında iddiaçıdan tələb hüququ vardır.
27. Məhkəmə iddia tələbini fərdi yaşayış evinə köçürülmə hissəsində ona görə əsassız hesab edir ki, cavabdeh fərdi yaşayış evindən çıxardıldıqdan, ev iddiaçıya təhvil verildikdən sonra fərdi yaşayış evinə köçürülmə tələbinin yönəldiyi şəxs artıq cavabdeh ola bilməz və ümumiyyətlə bununla bağlı ayrıca məhkəmə qətnaməsinin çıxarılmasına zərurət yoxdur. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
32. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 125 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 125 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 125 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev