Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1737/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki,o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü oğulları X3 anadan olmuşdur. Cavabdehin onu mütəmadi olaraq döyməsi, təhqir etməsi nəticəsində aralarındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3456/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.Cavabdehin birgə nikah dövründə ona verdiyi fiziki əzab və psixi iztirablarla bağlı ağır xəstəliyə düçar olmuş, xərçəng xəstəliyinə tutulmuş, 2022-ci ilin noyabr ayından kimya-terapiya almış, xx.xx.2023-cü il tarixdə Türkiyədə cərrahiyyə əməliyyatı keçirtmişdir. O, 17 kimya-terapiya almışdır. 4 kimya terapiyaya görə hər biri 500 manat olmaqla cəmi 2000 manat, 13 kimyaterapiyaya görə isə hər biri 200 manat olmaqla, cəmi 2600 manat pul ödəmişdir. Cərrahiyyə əməliyyatına görə isə 6000 ABŞ dolları (10200 manat) pul ödəmişdir.Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsində 7 dəfə F-FDB PET/KT aparatından keçmişdir. Həmin aparatdan hər dəfə keçmək üçün 1500 manat, cəmi 3000 manat pul ödəmişdir.Onu da qeyd etmişdir ki, cavabdeh onuonun xüsusi mülkiyyəti olan evdən azyaşlı oğlu ilə birlikdə qovmuş, o, məcburiyyət qarşısında qalaraq xx.xx.2023-cü il tarixdən kirayədə yaşamışdır.Aylıq kirayə haqqı 600 manat təşkil etmişdir. Bu günə kimi 3600 manat kirayə haqqı vermişdir. Təyyarə biletinə gediş üçün 775 manat və qayıdış üçün 624 manat, cəmi 1399 manat məbləğində pul ödəmişdir. Bütün bu əməliyyatlar birgə nikah dövründə olduğundan o, hesab edir ki, həmin məbləğin yarısı Cavabdeh alınaraqona verilməlidir. Eyni zamanda birgə nikah dövründə 9000 manat kredit götürülmüşdür. Həmin pul onun əməliyyatına xərclənmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, birgə nikah dövründə Cavabdeh ona verdiyi fiziki əzab və psixi iztirab nəticəsində xərçəng xəstəliyinə tutulduğu üçün həmin xəstəliklərin müalicəsi ilə bağlı çəkdiyi xərclərin 19199 manatın və ona məxsus xüsusi mülkiyyəti olan evdən cavabdeh tərəfindən qovularaq kirayə qaldığı və hər ay verdiyi kirayə haqqı ilə bağlı 3600 manat pulun tam, bank kreditinin, yəni 9000 manatın ½ hissəsinin, yəni 4500 manatın, cəmi 28199 manat ona dəymiş ziyanın aralarında bölünməsi, 3600 manatın tam şəkildə Cavabdeh tutularaqona verilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş 13 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, o, 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan 2007-ci il təvəllüdlü Məmmədov Ömər adlı oğlan övladları vardır. Əvvəllər Yaşarla münasibətləri normal olmuş, sonradan sonuncu spirtli içki aludəçisi olduğundan bu zəmində aralarında baş verən mübahisə və dava-dalaş zamanı Yaşar onu döyüb küçə söyüşləri ilə təhqir etmiş və onu öldürməklə hədələmişdir. Onun əri Yaşar tərəfindən təzyiq və şiddətə məruz qalması oğlu Ömərin gözü qarşısında baş vermişdir. Bu stress və şiddətlərdən onkoloji xəstəliyə düçar olmuşdur. Oktyabr ayında ona bu diaqnoz qoyulduqdan sonra Yaşarın ona qarşı qəddarlığı daha da artmışdır. Fevral ayın 14-də Yaşar yenə bəhanələrlə onu söyüb döymüşdür, axşam vaxtlarında onu azyaşlı övladı ilə birlikdə evdən qovmuş və küçələrdə qalır. Yaşar mənzilin qapısının kilidini dəyişmişdir. Həmçinin ona məxsus qızıl-zinət əşyaları, geyim və digər bahalı əşyaları Atatürk prospekti 56 ünvanındakı mənzildə qalmışdır. Hazırda o, həmin əşyalarından narahatdır. Yaşar onu və oğlunu döyüb evdən qovarkən onun evə qayıtmamasını, qayıdacağı halda onu öldürəcəyi ilə hədələmişdir. Artıq Yaşarla birgə yaşamaq mümkün deyildir. 2 aydır azyaşlı övladı ilə küçələrdə qalır, onun yaşadığı evdə qalmasına şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. Hazırda qardaşı oğlu ilə birgə yaşayır. Yaşar onu 2 ay bundan əvvəl döymüş, xəsarət qalmamış və məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hazırda onlar boşanma ərəfəsindədirlər. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, o, 2006-cı ildə ildə İddiaçı ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş və bu vaxtadək bir yerdə yaşamışlar. Son vaxtlar Pərişan ilə aralarında münasibətlər yaxşı deyildir. Hazırda onlar boşanma ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Boşanmadan əvvəl Pərişan dəfələrlə ərizə ilə polisə şikayət etmişdir. Lakin onun şikayət ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. İddiaçı sonuncu dəfə ondan 5-ci Polis Bölməsinə şikayət etmişdir. Bununla bağlı Polis Bölməsində araşdırma aparılmış və fakt öz təsdiqini tapmamışdır. Sonuncu dəfə İddiaçı evdən çıxıb gedərkən evdə olan 700 manat nağd pulu və özünə aid qızıl əşyaları özü ilə aparmışdır. İş materiallarında olan kirayə verən X2 ilə kirayə götürən İddiaçı arasında bağlanmış 11 may 2023-cü il tarixli müqavilədən görünür ki, tərəflər arasında Nəsimi rayonu, Azadlıq prospekti 73, 132 saylı mənzilin kirayə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kirayə verilən daşınmaz əmlak bir il müddətinə verilmiş və aylıq kirayə haqqı 600 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X7 Şöbəsi tərəfindən verilmiş “F-FDG PET/KT” Raportundan görünür ki, İddiaçı 14 aprel 2023-cü il tarixdə həmin şöbədə müayinədən keçmiş və ona ilkin C50:Süd vəzi CR diaqnozu qoyulmuşdur. İş materiallarında olan Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı müxtəlif tarixlərdə həmin hospitalda Kimyaterapiya paketi götürmüş və həmin paketin məbləği 200 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan (epikrizdən) görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə həmin mərkəzdə müayinədən keçmiş və ona “C50.4-Süd vəzinin yuxarı-bayır kvadrantının bədxassəli yenitörəməsi pT1N3M0 mərhələ İİİ” diaqnozu qoyulmuşdur. İş materiallarında olan X5 tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı həmin xəstəxanada 04 may 2023-cü il tarixdə müayinədən keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik verilmiş, əlilliyin müddəti 2 il müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Ödəniş cədvəlindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 17 aprel 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, onun keçmiş həyat yoldaşı İddiaçı ilə nikahları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları vardır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin ödənilməsinə dair qərar qəbul edilmişdir. Onun alimentin ödənilməsinə dair heç bir etirazı olmamış və halhazırda da alimenti ödəyir.Bundan əlavə, İddiaçı əmlak tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Bundan əlavə, İddiaçı əlavə olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə pul tələbi ilə bağlı müraciət etmişdir. Pul tələbinin mahiyyəti ondan ibarətdir ki, birgə nikah dövründə guya ona fiziki əzab və psixi iztirablar vermiş, bunun nəticəsində İddiaçı xərçəng xəstəliyinə tutulmuşdur. Xəstəlik dövründə o, 2022-ci ilin noyabr ayından etibarən 17 dəfə kimyaterapiya almış, ümumən cərrahiyyə əməliyyatı ilə birlikdə 10200 manat, müxtəlif müayinə aparatlarından keçmək üçün 3000 manat pul xərcləmiş, guya o, onu evdən qovduğuna görə xx.xx.2023-cü il tarixdən kirayədə yaşamış və 3600 manat kirayə haqqı vermişdir. Bununla birlikdə əlavə olaraq 1399 manat aviabilet xərclərini ödəmişdir. Özünün dediyi kimi, bütün bu əməliyyatlar birgə nikah dövründə olmuş və ona görə də, o, hesab edir ki, həmin pulun yarısı ondan alınıb ona verilməlidir. Ümumiyyətlə, İddiaçı ondan bu kimi mənasız və əsassız iddialarla 28199 manat məbləğində pulun yarı hissəsini və 3600 məbləğində pulun tam şəkildə alınaraq ona verilməsini tələb edir. Az-çox hüquq elmindən xəbəri olan hər hansı bir insan bu iddia ərizəsini oxuduqda başa düşür ki, bu iddia olduqca əsassız və qanunsuz bir iddiadır. İddia ərizəsində göstərmişdir ki, guya ona əzab və iztirab verdiyinə görə o, xərçəng xəstəliyinə tutulmuşdur. Məgər bu mümkündür mü? X4 hələ xərçəng xəstəliyinin yaranma səbəbini müəyyən etməmişdir. Heç bir tibb elmi təsdiq etməmişdir ki, insan fiziki əzab və iztirab keçirməklə xərçəng xəstəsi ola bilər. Əgər mümkünsə, İddiaçı məhkəməyə sübut təqdim etsin ki, onun xəstəliyi fiziki əzab və iztiraba görə əmələ gəlmişdir. Halbuki, o, heç vaxt ona nə fiziki əzab verməmiş, nə də psixi iztiraba məruz qoymuşdur. Bu ona qarşı bir uydurmadır. Əgər ona ən yüngül formada belə fiziki əziyyət versəydi yaxud xəsarət yetirsəydi, o, onu çoxdan həbsxanalara məruz qoyardı. İddiaçı ondan 3 dəfə polis orqanlarına şikayət etmişdir. Onun vermiş olduğu şikayət ərizələrinin heç birisində göstərdiyi faktlar təsdiqini tapmamışdır. Bundan əlavə, bildirmişdir ki, o, İddiaçı evdən qovmamış, əksinə o, evdə olan qızılları, habelə, ailəyə məxsus olan 8000 manat pulu götürərək evdən çıxmış, indi isə bəhanə edir ki, kirayədə yaşamış və ondan kirayə pulu tələb edir. Bu, ona qarşı növbəti böhtan və iftiradır.Əksinə bir neçə ildir ki, İddiaçı ona mənəvi və psixi əzab verir, onu nəyin bahasına olursa olsun həyatını pisləşdirməyə çalışır, ondan əsassız şikayətlər edir, bu adam dayanmaq bilmir. Nəyin hesabına olursa olsun daim ondan ya şikayət edir, ya da pul tələb edir. Odur ki, onun yazmış olduğu iddia ərizəsinə tam etirazını bildirir və iddia ərizəsində göstərilənlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, habelə, Ailə Məcəlləsinin tələblərinə zidd olduğuna görə iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Bununla yanaşı “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.35-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.6.39-cu bəndində isə qeyd edilmişdir ki, ərarvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40-cı bəndində isə qeyd edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41-ci bəndində isə qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər 15 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 02 dekabr 2017-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər nikah münasibətlərində olarkən aralarında münaqişələr baş vermiş, iddiaçı tərəfindən müxtəlif tarixlərdə polis orqanlarına cavabdeh barəsində şikayətlər edilmiş, hüquq mühafizə orqanları tərəfindən şikayət araşdırılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonuncu iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş 13 aprel 2023-cü il tarixli qərarla təsdiq edilmişdir ki, iddiaçı tərəf sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə dəfələrlə həyat yoldaşı tərəfindən döyülməsi və ölümlə hədələnməsi, hazırda övladı ilə birlikdə yaşadığı evdən qovulması ilə bağlı həmin bölməyə müraciət etmiş, onun müraciəti araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, iddiaçı tərəf kirayədə qalmaq məcburiyyətində qalmış, 11 may 2023-cü il tarixdə bir il müddətinə kirayə müqaviləsi bağlamış və aylıq kirayə haqqı 600 manat təşkil etmişdir. Kirayə müqaviləsi bir il müddətinə bağlansa da, iddiaçı tərəf ümumilikdə kirayədə 6 ay müddətinə qalmışdır. Həmçinin mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı hal-hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Eyni zamanda tərəflər nikahda olduqları dövrdə İddiaçı ilə "xxxx" ASC arasında 17 aprel 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı illik 18 faiz olmaqla 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tələbləri ümumiləşdirərək, belə qənaətə gəlir ki, iddia tələblərindən yalnız cavabdehdən 3600 manat məbləğində kirayə haqqının tutulması əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, tərəflər arasında mütəmadi olaraq sözsöhbətlər, dava-dalaş olmuş, cavabdeh iddiaçını mənzildən qovmuş və bunun nəticəsində iddiaçı tərəf kirayədə qalmaq məcburiyyətində qalmış, İddiaçı 6 ay müddətinə kirayədə qalmış və hər ay 600 manat olmaqla, ümumilikdə 3600 manat kirayə haqqı ödəmişdir. Digər tələblərə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı onkoloji xəstə olmasını məhz cavabdehin hərəkətləri nəticəsində yaranmasını, bankdan götürmüş olduğu kredit məbləğinin ailə ehtiyacları və xəstəliyi üçün xərcləndiyini bildirsə də, həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə yalnız xəstəliyi və borcun mövcudluğunu təsdiq edən sübutları təqdim etmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 3600 manat məbləğində kirayə haqqı tutularaq, İddiaçı ödənilməli, digər tələblər mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat kirayə haqqı məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1737/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1737/2024
15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver