Məhkəmə qərarları › İş №2(001)-1750/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1750/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1750/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsinə qarşı növbəti texniki baxışdan keçmə müddətinin gecikməsi ilə əlaqədar məcburi qaydada ödətdirilmiş cərimənin geri qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsinə qarşı növbəti texniki baxışdan keçmə müddətinin gecikməsi ilə əlaqədar məcburi qaydada ödətdirilmiş cərimənin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Gondoy-Yalama yolunun Sabran rayonunun ərazisindən keçən 5.5-ci kilometrliyində ona məxsus avtomobillə yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobil istismara yararsız vəziyyətdə Xaçmaz şəhərində duracağa yerləşdirilmiş, həmin tarixdən xx.xx.2023-cü il tarixədək duracaqda olmuş, buna baxmayaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək texniki baxışdan keçmədiyi üçün EQ 16618955 nömrəli protokol üzrə 69 manat, EQ 17048056 nömrəli protokol üzrə 45 manat, EQ 17583406 nömrəli protokol üzrə 50 manat və EQ 18026708 nömrəli protokol üzrə 45 manat, cəmi 209 manat cərimə hesablanmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... vətəndaş İddiaçı barəsində çıxarılmış EQ 16618955, EQ 17048056, EQ 17583406 və EQ 18026708 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayəti əsasında qeyd olunan qərarlar ləğv edilməklə başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilmişdir. Vətəndaş İddiaçı ödədiyi cərimə məbləğlərinin geri qaytarılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcəyi təqdirdə həmin vəsait onun bank hesabına köçürüləcəkdir”. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və bank rekvizitlərinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsinə təqdim edilməsinə dair ərizəni və müvafiq poçt qəbzini məhkəməyə təqdim etmiş, pulun bu günədək ona ödənilməməsini bildirmişdir. İş materiallarında olan EQ 16618955, EQ 17048056, EQ 17583406 və EQ 18026708 nömrəli Elektron qərarlardan və ödəniş qəbzlərdindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər dəfə 50 manat məbləğində cərimə edilmiş, həmin məbləğlərə cərimə hesablanmış və iddiaçı tərəfindən nəticə etibarilə ləğv edilmiş qərarlar üzrə (45+50+45+60) cəmi 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Beləliklə, məhkəmə cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsinin əsassız ödənilmiş cərimənin İddiaçı qaytarılmalı olmasına dair məhkəməyə ünvanlanmış cavab məktubunda ifadə edilmiş mövqeyini və mülki işin materiallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, əsassız olaraq ödənilmiş 200 manat məbləğində pul cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 200 (iki yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar