Məhkəmə qərarları › İş №2(001)-1759/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1759/2021

22.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1759/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Binəqədi filialı tərəfindən “X5” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qeyriqanuni həbs qoyulmaqla bu günə qədər qəsdən restrukturizasiyası təmin edilmədiyindən 618 gün ərzində ona vurulmuş 15.450 manat maddi ziyanın bankdan tələb edilməsi, Cavabdeh1 ASC-nin Binəqədi filialının rəhbəri Cavabdeh2 tərəfindən “X5” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qeyri-qanuni həbs qoyulmaqla bu günə Azərbaycan Respublikası Konstirusiyası üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına və ona hörmət olunmasına ağır zərbə vurmasına görə 5.000 manat mənəvi zinanın Cavabdeh2 tələb edilməsi, Cavabdeh1 ASC-nin Binəqədi filialı tərəfindən “X5” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qeyri-qanuni həbs qoyulmaqla bu günə qədər qəsdən restrukturizasiyası təmin edilmədiyindən sağlamlığına dəymiş 2100 manat maddi ziyanın bankdan tələb edilməsi, zamin Cavabdeh3 tərəfindən lazım gələrsə, ehtiyac yaranarsa o, Bakı şəhərində olmayan vaxtı kreditin ödəniş müddəti keçməsin deyə özündə saxladığı, lakin vermədiyi üçün ona vurduğu 2.500 ABŞ dolları maddi ziyanın Cavabdeh3 tələb edilməsi, ümumilikdə ona vurulmuş 17.550 manat və 2500 ABŞ dolları vəsait həcmində maddi və 5000 manat mənəvi ziyanın tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, X1rumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən Cavabdeh1 ASC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 ünvanıdır. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 6, mənzil 28, Cavabdeh3 isə Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi ev 14, mənzil 3 ünvanı üzrə pasport qeydiyyatına alınmışdır. Başqa sözlə, ərazi aidiyyəti baxımından hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Cavabdeh1 ASC-nin Bakı şəhəri Yasamal rayonu, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu və Nəsimi rayonu üzrə qeydiyyata alınmasını, habelə bu qəbildən olan iddiaların iddiaçının qeydiyyat ünvanı üzrə rayon (şəhər) məhkəməsində baxılmasının təsbit edilmədiyini nəzərə alıb hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki iddia ilə cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar