Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1770/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzi ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, əvəz edilən cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzinin hüquqi ünvanı ünvan 1ii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1 Mərkəzi haqqında əsasnaməsinə əsasən: - 1.6. Mərkəz Qanunvericiliyə uyğun olaraq öz fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. - 1.7. Mərkəzin müstəqil balansı, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakı, xəzinə hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin, Xidmətin və öz adı əks olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. - 3.0.22. meşə mühafizə xidmətini təşkil etməklə, meşə mühafizə işçilərini qanunvericiliklə müəyyən olunmuş qaydada, xüsusi geyim forması, rabitə və nəqliyyat vasitələri ilə təmin etmək. - 5.6.6. Mərkəzin nomenklaturasına daxil olan işçiləri (meşə gözətçiləri, fəhlə, xadimə, inzibati bina gözətçisi, su nasosu matorçusu, elektrik, anbardar) (bu Əsasnamənin 5.3-cü və 5.5-ci bəndlər nəzərə alınmaqla və Xidmətin nomenklaturasına daxil olan işçiləri istisna olmaqla) Xidmətlə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, o cümlədən barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Həmçinin Azərbaycan Respublikası MPM-nin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. - 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı ünvan 2yon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 39, 44, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-1770/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1770/2025
08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver