Məhkəmə qərarları › İş №2(001)-1782/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1782/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1782/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2.730 manat sığorta ödənişinin və məhkəmənin hesabına köçürülmüş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C230” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarh küçəsi ilə İdarə etdiyi “Mercedes Benz C230” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Volkswagen Passat” markalı, 99- CH-614 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə verindən yayınmışdır. Nəticədə sözügedən avtomobilə 2.730 manat dəyərində ziyan dəymişdir. Avtonəqliyyat hadisəsi AR DİN Yasamal RPİ DYPŞ tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib edilmiş və TP 253461 nömrəli İnzibati tənbeh vermə haqqında qərarla 100 manat cərimə olunmuşdur. Dəymiş zərər cəmiyyət tərəfindən 2.730 manat məbləğində müəyyən edilmiş və tərəflərindən avtonəqliyyat hadisəsi nəticəsində zərərə uğramış əmlakın sahibinin bank hesabına dəymiş zərərə görə 2.730 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olamadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sığorta şəhadətnaməsinin təfsilatından görünür ki, Cavabdeh “Mercedes Benz C230” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər “Azsığorta" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalatmışdır. AD 142683 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. xx xxxxxx 2018-ci il tarixli 0742/CM-0594/2018 saylı sığorta aktından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Yasamal rayonu, C.Cabbarlı küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2.730 manatdır. Sığorta hadisəsi nəticəsində “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 əmlaka dəymiş zərərə görə 2.730 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Rəhimov X4 Benz C230” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əbilov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində “yol ver” nişanının tələbini pozaraq, yol ayrıcı keçmə qaydasını pozmuş və C.Cabbarlı küçəsində hərəkətdə olan “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, 253461 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) 100 manat məbləğində cərimə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 2.730 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh “Mercedes Benz C230” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əbilov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində “yol ver” nişanının tələbini pozaraq, yol ayrıcı keçmə qaydasını pozmuş və C.Cabbarlı küçəsində hərəkətdə olan X3 məxsus “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.730 manat məbləğində zərər dəymiş və zərər iddiaçı tərəfindən həmin avtomobilin sahibi X3 ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2.730 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.730 (iki min yeddi yüz otuz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 manat (qırx qəpik) xidmət haqqı tutularaq iddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar