Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1785/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi veteranı və əlil olmaqla rəsmi qeydiyyatdadır. O, Salyan rayonu "X1 İctimai Birliyinin sədr müavinidir. 2021-ci ildə ona verilən rnüddətli pensiyanın verilməsi dayandırıldığından bu vəziyyəti araşdılması ye pensiyanın bərpa olunması məqsədilə yollar axtarmağa baslamışdır. Ona bu işdə köməkliyin göstərilməsindən ötəri Bakı şəhəri Bineqedi rayonu "X1 İctimai Birliyinin" sədr müavini vəzifəsində işləyən Cavabdeh müraciət etmiş, Fikrət onunla razılaşıb və bu işi həll edəcəyinə söz vermişdir. O, bu məqsədlə ondan 5000 manat pul istəyib. Sonradan isə iş düzəltmək adı ilə əlavə olaraq 6000 manat istəyib. Daha sonra o Fikətin ona verdiyi kart nömrəsinə 5000 manat göndərib. Qalan 1000 manat pulu isə nağd qaydada cavabdehə vermişdir. Daha sonra Fikrət onu aldadaraq verdiyi sözlərə əməl etmədiyindən nə pensiyanı, nə işi düzəltmədiyindən pulunu ondan geri tələb etdikdə bildirmişdir ki, ona göndərdiyi 5000 manat pulu onunla birlikdə işləyən Zülfiyyə xanıma vermişdir. Belədə Fikrət ondan hesab karti ilə aİdığı pulu geriyə qaytarmadığından o bu barədə DİN-nin 102 xidmətinə məlumat verməklə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinə nə rəsmi ərizə ilə şikayət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İŞnin müstəntiqi Tağıyev Zaur tərəfindən iş icraata qəbul edilərək istintaq aparılmış və nəticəsi barədə 22 yanvar 2023-cü ildə cinayət işinin başİanması rədd edilməsi barədə qərar çıxarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1785/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1785/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver