Məhkəmə qərarları › İş №2(001)-1796/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1796/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1796/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, cavabdeh (həmçinin digər cavabdeh "xxxx" MMC-nin direktoru) Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 avqust 2024-cü il tarixdə bağlanmış təmir müqaviləsinə əsasən ona dəymiş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın və ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə avqust ayının əvvəlində özünə məxsus olan Binəqədi rayonu, 4-cü mədəndə yerləşən 1 otaqlı həyət evinin təmir edilməsi üçün “İnstagram” sosial şəbəkəsində təmir işləri ilə məşğul olan elanlara baxan zaman həmin şəxsi görüb əlaqə saxlayıb tanış olmuşdur. Belə ki, tanışlıqdan sonra evə baxış keçirib və ümumilikdə bütün bunlann 20.000 (iyirmi min) manata başa gələcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixində cavabdehin Nərimanovda yerləşən ofisində ilkin olaraq 6000 (altı min) manat ödəniş edəcəyi barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixdə cavabdehə 2000 manat, xx.xx.2024-cü il tarixində 2500 manat və xx.xx.2024-cü il tarxində isə 1500 manat olmaqla, ümumilkdə 6000 manat ödəniş etmişdir. Lakin bir müddət keçdikdən sonra evdə olan təmirin düzgün şəkildə vurmadığı üçün digər bir ustaya müraciət etmişdir. Üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müqviləyə xitam vermək qərarına gəlmişdir. Cavabdeh isə ümumi olan 6000 manat puldan cəmi 1500 manat pul qaytarmışdır. Geridə qalan 4500 manatı isə hər dəfəsində cavabdehə məlumat verməyinə baxmayaraq süni maneələr yaradaraq ödəniş etməkən və üzərinə düşən öhdəliyi yerinə yetriməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinə müraciət etmişdir. Lakin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Yəhya qızı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, onun evini təmir etdirmək niyyəti olmuş və “İnstaqram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsini izləyərək gördüyü işləri çox bəyənmişdir. Əlaqə saxlamış və evə baxış keçiriləndən sonra təmiri 21000 manat məbləğinə razılaşmışlar. 12000 manat məbləğində ödəniş etmiş, lakin nə keyfiyyətdən nə də məbləğdən razı qalmamışdır. Hal-hazırda evi təmir olunmuş və yaşayış var. O, cavabdehdən 6000 manatı geri tələb etmiş, o, isə xx.xx.2024-cü il tarixdə 1500 manat ödədi, noyabr ayında ödəniş olmadı və o, məhkəməyə müraciət etməli oldu. Əvvəl 19-cu Polis Bölməsinə şikayət etmiş, cavabdehində izahatı alınmışdır bölmədə. Ümumilikdə cavabdehə 13300 manat pul vermiş, 12000 manat təmir üçün, 1300 manat bələdiyyənin və polisin xərci. Cavabdehin ona ödənilməmiş 4500 manat pulu qalmış, onun qaytarılmasını tələb edir. O, həmçinin bildirmişdir ki, cavabdeh ona bütün haqq-hesabı və qəbzləri təqdim etməli idi, lakin heç bir qəbz təqdim etmədi, şifahi nəyi haradan və hansı qiymətə aldığını bildirdi. Bundan əlavə o, bildirdi ki, cavabeh kimi mülki işə cəlb etdiyim Cavabdeh1 özü onun evində heç bir təmir işi etməmiş, sadəcə təmiri təşkil edib və müqaviləni onunla bağlamışdır. O, borc aldığı şəxslər tərəfindən ondan pullarını tələb etdikləri üçün, o, cavabdehdən pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh (həmçinin digər cavabdeh "xxxx" MMC-nin direktoru) Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ona evinin təmiri üçün müraciət etdi, gedib evə baxış keçirdəndən sonra ona evin təmiri təxmini 25000-30000 manat təşkil edəcəyini bildirdi. Lakin iddiaçı imkanının olmadığını bildirdi və 21000 manata razılığa gəlmişlər. İddiaçı ona pulu bir dəfəyə verməyib, 6000 manat bir, 4000 manat bir və 2000 manat bir vermişdir. İlk verilmiş 6000 manata evi sökmüşlər, həyətdə mətbəx tikildi, evin damı qoyuldu, divarlar suvağ olundu və s. işlər görüldü və ödənilən məbləğ bitdi. Sonra iddiaçı anasının xəstə olduğunu bildirərək, işlərin dayandırılmasını istədi, razılaşdıq. Daha sonra yenə fikrini dəyişdi dedi davam edək, sonra yenə dayandırdı. Ona nə qədər pul verilibsə hamısını evin təmirinə xərcləmişdir. Polisə müraciət etdi, ondan 5000 manat pul tələb edirdi, o, razılaşdı, dedi hissə-hissə qaytarsın. 1500 manat kartına yükləmiş, 500 manatlıq isə qapı sifariş etmişdir. Demiş ki, qalan 3000 manatı hissə-hissə verəcək, buna baxmayaraq yenidən polisə müraciət etdi. O, həmçinin göstərmişdir ki, ***-**** manatlıq kafelin vurulması qalmışdır. İddiaçını kimsə öyrədib göndərmişdir ki, ondan bütün pulları geri tələb etsin. O, iddiaçıya 1500 manat pulu geri qaytarmış və 500 manatlıq ləvazimatlar almışdır, lakin iddiaçı onu hesablamır. O, həmçinin göstərmişdir ki, "xxxx" MMC-nin direktoru kimi təmir işlərini o, təşkil etmişdir. İddiaçı ilə aralarında böyük bir mübahisə olmayıb, onunla barışmağa da, razıdır. O, heç kimin haqqına girməmiş və tələb olunan məbləğin yarısını hissə-hissə ödəyə bilər, çünki onu bir dəfəyə ödəməyə imkanı yoxdur. İzahatında qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Belə ki, o, rəngsazdır. O, İddiaçı Binəqədi rayonunda yerləşən evini təmir etmişdir. Təmirə başlamazdan əvvəl evdə yarımçıq təmir olub, belə ki, evə ondan qabaqki ustalar tərəfindən alçipan və divarlara boya vurulmuşdur. Həmin evdə o, 2500 manat dəyərində iş görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı onun yoldaşının qohumudur. Cavabdehi də bir neçə dəfə görmüşdür. Samirə ona evi göstərdi və orda keyfiyyətsiz təmir işləri aparıldığını bildirdi. Cavabdehlə aralarında danışıqlar aparılanda da o, iştirak etmişdir. Ümumi 22000 manat dəyərində təmir olunmalı idi, cəmi 4000-5000 manatlıq iş görülmüşdür. Cavabdehə xahiş etmişdir ki, evdə aparılacaq işlər keyfiyyətli olsun. Lakin buna baxmayaraq cavabdeh evin damının örtüyünü səhv vurub, o, irad bildirdikdə isə, vaxtın az olduğunu və polislərin imkan vermədiyini bildirmişdir. Belə ki, evin üstünə paket şifer və altına taxta vurulmalı idi, lakin cavabdeh evin üstünə nəzik reykalar vurub, üstündən də, düzünə şifer vurub, halbu ki, şifer çəpinə vurulma idi. Ümumilikdə evə baxan zaman müəyyən edilmişdir ki, bütün işlər keyfiyyətsiz görülmüşdür. Mülki iş materiallarında olan: İddiaçı Yəhya qızı ilə "xxxx" MMC arasında bağlanmış 09 avqust 2024-cü il tarixli, 01/08/24 saylı təmir müqaviləsinə əsasən; 1.1 Bu müqavilə Müqaviləyə görə “Podratçı”müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra elməyi və işlərin nəticəsini Müqavilə ilə müəyyən olunan qaydada “Sifarişçi'’-yə təqdim etməyi, “Sifarişçi” isə işləri qəbul edib Müqavilə ilə müəyyən olunmuş qiymətini “Podratçı''ya ödəməyi öhdəsinə götürür. 1.2 Bu Müqavilə üzrə “Podratçı” tərəfindən görülməli olan təmir-tikinti bərpa işinin icrasını və görüləcək işlərə təminat verilməsini öz üzərinə götürür. 3.1 Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Sərbəst qiymətlərin razilaşdınlması protokoluna əsasən işlrmin ümumi dəyəri müəyyən edilir. Ödəniş nəğd və ya köçürmə yolu ilə həyata keçirilir. 3.2 Müqavilə imzalandiği gün işin görülməsi üçün avans şəklində “Podratçı”-ya razılaşdırılmış bir məbləğ ödənilir. 3.3 Sifarişçi ümumi məbləğ 20 000 (iyirmi min) manat olmaqla ödənişin 30% hissələrə bolməldə 3 dəfəyə və sonda 10% iş təhvil verildikdə ödəyəcək. 3.4 Bu Müqavilə üzrə görülən işlər təhvil-təslim aktı əsasında “Podratçı” tərəfindən “Sifarişçi”-yə təqdim olunur. Həmçinin həmin müqaviləyə əsasən tərəflər arasında təmir üçün iştənilən materialların siyahısı aşağıdakı kimi qeyd edilmişdir; Laminat və kafel, santexnik, daxili qapılar, seyf qapısı, mətbəxin tikintisi, mətbəxin pəncərəsi, otaqların pəncərəsi və alçibanın vurulması, aboy vurulması, spot rozetka və kruçatel daxildir, hamam aksesuarları, kombi radiator, dam örtüyünün vurulması və evi tam təhvil vermək daxildir. "xxxx" MMC-nə məxsus xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Yəhya qızı təmir (evin damının vurulması və mətbəxin təmiri) üçün "xxxx" MMC-nə 6000 manat pul ödəmiş və həmin pulu Cavabdeh1 qəbul etmişdir. İddiaçı Yəhya qızı ilə "xxxx" MMC arasında imzalanmış ödənişin verilməsi qaydasına əsasən;

1. Avans 30% -6000 ( alti min) manat evin dam örtüyünə vurulması, mətbəxin tikilməsi və daxili qapıların qoyulması;

2. İkinci ödəniş 30 % - 6 000 (altı min) manat pəncərələrin qoyulması, hamamın kafelmetlaxin vurulması, elektrik xətlərinin çəkilməsi və santexnik xətlərinin çəkilməsi;

3. Üçüncü ödəniş ödəniş 30% - 6 000 (altı min) manat kornbi və radiatorların alınması və xətlərin çəkilməsi, evin oboyların çəkilməsi;

4. Axırıncı ödəniş 2000 (iki min) manat evin tam təhvil verilməsi. "xxxx" MMC-yə məxsus Milliön elektron terminal məxsus, əməliyyat nömrəsi **********5 olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “V******A*****oğlu” kartından “523915******5159” nömrəli karta 1300 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC-yə məxsus Milliön elektron terminal məxsus, əməliyyat nömrəsi **********7 olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “V******A*****oğlu” kartından “523915******5159” nömrəli karta 2000 manat məbləğində pul köçürülmüşdür. MPAY QSC-yə məxsus əməliyyat nömrəsi ********** olan qəbzdən görünür ki, xx.xx.2024cü il tarixdə “V******A*****oğlu” kartından “523915******5159” nömrəli karta 1500 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş (iddiaçı tərəfindən təqdim edilmiş) yaddaş kartına baxış zamanı müəyyən edilmişdir ki, həyət evindən bir neçə ədəd təmir zamanı çəkilmiş foto şəkillər, qısa çəkilmiş təmir işləri bağlı video, eləcə də tərəflər arasında təmirin keyfiyyətsizliyi ilə bağlı mübahisəli səs yazıları əks edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin 21 noyabr 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı DİN-nin 102 “xidməti-zəng” mərkəzi sisteminə və Nəsimi RPl-nin 19-cu PŞ-nə müraciət edərək, 2024-cü ilin avqust ayında həyət evini təmir etdirmək üçün Cavabdeh1 hissə-hissə 12000 manat pul vermiş, sonuncu təmir işlərini ləngitdiyi üçün razılaşmalarının pozulması və Azimin ona 4500 manat pulunun geri qaytarmamasını və ondan pulunu geri alınıb qaytarılmasını xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış X5 izahatında bidlrimişdir ki, o, "xxxx" MMC təmir şirkətini yaratdığını, həmin şirkəti “İnstaqram” sosail şəbəkəsində reklam etmiş, 2024-cü ilin sentyabr ayında isə şirkəti bağlamışdır. 2024-cü ilin avqust ayının əvvəli İddiaçı ona zəng edərək Binəqədi rayonunda mənzilində təmir və tikinti işləri lazım olduğunu, o isə işləri görə biləcəyini bildirmişdir. Onlar görüşərək mənzilə baxış keçirmiş, evin 1 otaqdan ibarət olduğunu, orada əlavə olaraq mətbəx tikilməsi, imumi evin dam örtüyünü, sanitar qovşağın təmiri, elektrik və santexnik xətləri çəkilməsi, evin əlavə olaraq 1 metr hündürlüyü artırılması və s. işlər görülmə, bu işləri 20000 (iyirmi min) manata görməyə razılaşmışdır. O, əvvəlcə 6000 manat sonra isə 4000 manat və 2000 manat pulun hesabına köşürülməsini bildirmişdir. O mətbəxin geniş olması üçün Samirə ilə məsləhətləşərək mətbəsi qonşunun divarının birləşdirdiyini, lakin sonradan Samirə mətbəxi divardan aralı tikilməsini bildirmiş və həmin işdə 500 manat ziyan etdiyini bildirmişdir. O mənzilə 600 (altı yüz) manat dəyərində 3 ədəd plastik qapı, santexnik, atapleniya və elektrik xətlərini çəkilməsi zəhmət haqqı və material ilə birlikdə 2000 (iki min) manat, çöl piləkən tikintisinə zəhmət haqqı və material ilə birlikdə 500 (beş yüz) manat, mətbəxin tikilməsi zəhmət haqqı və material ilə birlikdə 2500 (iki min beş yüz) manat, mənzilin imumi tavanı sökülüb yenidən qurulması zəhmət haqqı, material və zibil daşınma ilə birlikdə 2500 (iki min beş yüz) manat, dəhliz və sanitar qovşağın döşəməsinə beton tökülməsi üçün apalovka qurulması zəhmət haqqı və material ilə birlikdə 500 (beş yüz) manat, sanitar qovşağa 200 (iki yüz) manat dəyərində qapı, otaqdan mətbəxə qapı açılması üçün 300 (üç yüz) manat, mənzilin divarlarının kraska işlərin təmizlənməsi və zibilin daşınması 500 (beş yüz) manat, məznilin kosmetik işlərini sıvax vurlmasına zəhmət haqqı və material ilə birlikdə 1000 (bir min) manat pul xərclədiyini bildrimişdir. 2024-cü ilin sentyabr ayında Samirə anasının xəstə olmasını əsas gətirərək işin dayandırılmasını və pulunun qaytarılmasım bildirmiş, o isə mənzilə 11000 (on bir min) manat pul xərclədiyini bildirmişdir. Bir neçə gün sonra Samirə mənzilin yanına gəlməyini bildrimiş, o, mənzilin yanına gəldikdə Samirənin yanında üç kişi olduğunu, həmin şəxslərə onunla mübahisə edərək 5000 manat pul qaytarmalarını tələb etmişdir. O, isə mənzilə 11000 manat pul xərclədiyini bildirmişdir. Həmin şəxslər onu tutdurmaqla hədələyib təhqir etdiyiklərini, qorxduğu üçün 5000 manat ödəcəyini bildrimişdir. O, Samirəyə 500 manat artıq olmaqla 1500 (bir min beş) manat pul verdiyini bildirmişdir. Həmin qərara əsasən İddiaçı X4 pul tələbi mülki xarakterli olduğundan, əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından material üzrə cinayət işinin oaşlanması rədd edilmiş və İddiaçı məsələ ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı cavabdeh "xxxx" ilə Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədəndə yerləşən 1 otaqlı həyət evinin təmir edilməsi üçün ümumilikdə 20000 manata razılaşaraq müqavilə bağlamışlar, ilkin olaraq iddiaçı öz üzərinə 6000 manat ödəməyi öhdəsinə götürmüş və müxtəlif vaxtlarda həmin pulu cavabdehə ödəmiş, cavabdeh isə qeyd edilən həyət evinin təmir etməsini öz öhdəsinə götürmüş, lakin bir müddət sonra təmir keyfiyyətsiz olduğu üçün iddiaçı cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə təmir üçün aldığı 6000 manat puldan, 1500 manatını iddiaçıya qaytarmış, qalan 4500 manat məbləğində olan pulu qaytarmamışdır. Tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırkı halda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərinə uyğun iddiaçının evində cavabdeh tərəfindən təmir işlərinin lazımi keyfiyətdə və həcmdə həyata keçirilib-keçirilməməsi iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədəndə yerləşən 1 otaqlı həyət evinin təmir edilməsi üçün İddiaçı Yəhya qızı ilə "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 arasında 09 avqust 2024-cü il tarixli, 01/08/24 saylı təmir müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər həyət evinin təmiri üçün ümumilikdə 20000 manata razılaşmış və ilkin olaraq iddiaçı 6000 manat ödəməyi öhdəsinə götürmüş və müxtəlif vaxtlarda həmin pulu cavabdehə ödəmişdir. Belə ki, "xxxx" MMC-nə məxsus xx.xx.2024-cü il tarixli qəbzə əsasən, İddiaçı Yəhya qızı təmir (evin damının vurulması və mətbəxin təmiri) üçün "xxxx" MMC-nə 6000 manat pul ödəmiş və həmin pulu Cavabdeh1 qəbul etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı DİN-nin 102 “xidməti-zəng” mərkəzi sisteminə və Nəsimi RPl-nin 19-cu PŞ-nə müraciət edərək, 2024-cü ilin avqust ayında həyət evini təmir etdirmək üçün Cavabdeh1 hissə-hissə 12000 manat pul vermiş, sonuncu təmir işlərini ləngitdiyi üçün razılaşmala pozulmuş və Cavabdeh1 ona 4500 manat pulunun geri qaytarmamasını və ondan pulunu geri alınıb qaytarılmasını xahiş etmişdir. Həmin şikayət üzrə araşdırma zamanı izahatı alınmış X1 RPl-nin 19-cu polis bölməsində bidlrimişdir ki, o, "xxxx" MMC təmir şirkətini yaratdığını, həmin şirkəti “İnstaqram” sosail şəbəkəsində reklam etmiş, 2024-cü ilin sentyabr ayında isə şirkəti bağlamışdır. 2024-cü ilin avqust ayının əvvəli İddiaçı ona zəng edərək Binəqədi rayonunda mənzilində təmir və tikinti işləri lazım olduğunu, o isə işləri görə biləcəyini bildirmişdir. Onlar görüşərək mənzilə baxış keçirmiş, evin 1 otaqdan ibarət olduğunu, orada əlavə olaraq mətbəx tikilməsi, imumi evin dam örtüyünü, sanitar qovşağın təmiri, elektrik və santexnik xətləri çəkilməsi, evin əlavə olaraq 1 metr hündürlüyü artırılması və s. işlər görülmə, bu işləri 20000 (iyirmi min) manata görməyə razılaşmışdır. O, əvvəlcə 6000 manat sonra isə 4000 manat və 2000 manat pulun hesabına köşürülməsini bildirmişdir. O mətbəxin geniş olması üçün Samirə ilə məsləhətləşərək mətbəsi qonşunun divarının birləşdirdiyini, lakin sonradan Samirə mətbəxi divardan aralı tikilməsini bildirmiş və həmin işdə 500 manat ziyan etdiyini bildirmişdir. O, mənzilə 600 (altı yüz) manat dəyərində 3 ədəd plastik qapı, santexnik, atapleniya və elektrik xətlərini çəkilməsi zəhmət haqqı və material ilə birlikdə 2000 (iki min) manat, çöl piləkən tikintisinə zəhmət haqqı və material ilə birlikdə 500 (beş yüz) manat, mətbəxin tikilməsi zəhmət haqqı və material ilə birlikdə 2500 (iki min beş yüz) manat, mənzilin imumi tavanı sökülüb yenidən qurulması zəhmət haqqı, material və zibil daşınma ilə birlikdə 2500 (iki min beş yüz) manat, dəhliz və sanitar qovşağın döşəməsinə beton tökülməsi üçün apalovka qurulması zəhmət haqqı və material ilə birlikdə 500 (beş yüz) manat, sanitar qovşağa 200 (iki yüz) manat dəyərində qapı, otaqdan mətbəxə qapı açılması üçün 300 (üç yüz) manat, mənzilin divarlarının kraska işlərin təmizlənməsi və zibilin daşınması 500 (beş yüz) manat, məznilin kosmetik işlərini sıvax vurlmasına zəhmət haqqı və material ilə birlikdə 1000 (bir min) manat pul xərclədiyini bildrimişdir. 2024-cü ilin sentyabr ayında Samirə anasının xəstə olmasını əsas gətirərək işin dayandırılmasını və pulunun qaytarılmasım bildirmiş, o isə mənzilə 11000 (on bir min) manat pul xərclədiyini bildirmişdir. Bir neçə gün sonra Samirə mənzilin yanına gəlməyini bildrimiş, o, mənzilin yanına gəldikdə Samirənin yanında üç kişi olduğunu, həmin şəxslərə onunla mübahisə edərək 5000 manat pul qaytarmalarını tələb etmişdir. O, isə mənzilə 11000 manat pul xərclədiyini bildirmişdir. Həmin şəxslər onu tutdurmaqla hədələyib təhqir etdiklərini, qorxduğu üçün 5000 manat ödəcəyini bildrimişdir. O, Samirəyə 500 manat artıq olmaqla 1500 (bir min beş) manat pul verdiyini bildirmişdir. Göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədəndə yerləşən 1 otaqlı həyət evinin təmir edilməsi üçün İddiaçı Yəhya qızı ilə "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 arasında 09 avqust 2024cü il tarixli, 01/08/24 saylı təmir müqaviləsi bağlanması, həmin müqaviləyə əsasən tərəflər həyət evinin təmiri üçün ümumilikdə 20000 manata razılaşması və ilkin olaraq iddiaçı 6000 manat ödəməyi öhdəsinə götürmüş və müxtəlif vaxtlarda həmin pulu cavabdehə ödəməsi və həmin pulu Cavabdeh1 qəbul etməsi, cavabdeh isə həyət evinin təmir etməsinə dair öhdəlik götürməsi öz təsdiqini tapmışdır. Həmçinin tərəflərin izahatları, şahid ifadələri, iddiaçı tərəfindən sübut növü kimi təqdim edilmiş yaddaş kartında olan (video, şəkillər və səs yazıları) sübutlarla Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədəndə yerləşən 1 otaqlı həyət evinin təmirinin keyfiyyətsiz olması da öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, həmin təmir üçün ödənilmiş 6000 manat məbləğində puldan, 1500 manat məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında yazılı əqdlə razılığa gəlməklə Cavabdeh1 iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 4500 manat məbləğində (keyfiyyətsiz təmirdən) borcu qalmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 4500 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 09 avqust 2024-cü il tarixli təmir müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu qismində ödənilmiş 65 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 09 avqust 2024-cü il tarixli təmir müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı Yəhya qızına ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 65 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı Yəhya qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar