Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1824/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xocəsən qəsəbəsi, H. Sultanov küçəsi (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli akta və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 2169,98 (iki min bir yüz altmış doqquz) manat və xx.xx.2023-cü il tarixli akta, xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasə hesablanmış 157 (yüz əlli yeddi) manat, cəmi 2326,98 (iki min üç yüz iyirmi altı) manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, faktiki olaraq ona məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına (Abunə kodu : **********00000) baxış keçirilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda abonentin küçə xətdindən rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmə, dəymiş ziyanın hesablanması göstəribmişdir. xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 17280 kub metr hesablanmışdır. Qaz itkisinə görə 2169,98 manat borc hesablanmışdır. Həmçinin ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda mənzilin sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə etmənin aşkar olunması, dəymiş ziyanın hesablanması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 1260 kub/metr hesablanmışdır. Qaz itkisinə görə 157 manat borc hesablanmışdır. Tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur, sayğac küçədə yerləşir. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Tərəfindən sayğacdan kənar hər hansı bir xəttən istifadə edilməmiş, kənar xətt olmamış, dəmir boru vasitəsilə qaz təchizatı həyata keçirilir və ümumiyyətlə rezin boru olmamaışdır. Fotoşəkildə göstərilən rezin boru isə onlara məxsus evə aidiyyatı yoxdur, evinə çəkilmiş xətt deyildir. Həmin hissənin onlara heç bir aidiyyatı yoxdur, kimə məxsus hissə olması barədə məlumatı yoxdur. Fotoşəkildə olan tikili tamamilə fərqlidir. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmış, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmiş və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək olar. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamış, belə ki, tərəfindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənəşdirmək mümkündür. Onun sayğacdan qeyri- qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, sayğac küçədə yerləşdirilib, bir həyətdə üç ev olmaqla, hər evin öz sayğacı var. Başqa sayğacın borcunu onun adına yazmışlar. Kənar xəttə qoşulmayıblar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə verilmiş etirazı müdafiə edərək göstərmişdir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyri-qanuni kənar xətlə istifadə olunması aşkar olmuşdur. Nəticədə Cavabdeh İB-nə ümumilikdə 2471.04 manat həcmində ziyan vurmuşdur: Faktla bağlı akt tərtib edilərək foto şəkillər çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 2471.04 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz edirəm və xahiş edirəm iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı küçə xəttindən rezin boru vasitəsi ilə təbii qazdan qeyri qanuni istifadə müəyyən edilmiş, 30 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 17280 kub-metr müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə müəyyən edilmiş, 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 1260 kub-metr müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə müəyyən edilmiş, 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2052 kub-metr müəyyən edilmişdir. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Abonent kodu: **********00000 olan, Bakı Sulutəpə kəndi Hacı Həsən ev 403 ünvanına 95 manat borcun olması barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Abonent kodu: **********00000 olan, Bakı Sulutəpə kəndi Hacı Həsən ev 403 ünvanına 2324.80 manat borcun olması barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Abonent kodu: **********00000 olan, Bakı Sulutəpə kəndi Hacı Həsən ev 403 ünvanına 2607 manat borcun olması barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını təqdim edilmiş sübutlarla araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyriqanuni kənar xətlə istifadə olunması aşkar olunaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aktlar tərtib edilərək foto şəkillər çəkilmişdir. Nəticədə işdə olan aktlarla Cavabdeh İB-nə ümumilikdə İddiaçı tərəfindən 2471.04 manat həcmində ziyan vurması aşkar edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanuna əlavə edilmiş 13.8-1 maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bır nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə qaydaları"mn 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, "Xalq" qəzeti, 6 iyul 2023-cü il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 878). Hazırki işdən isə görünür ki, Cavabdeh əməkdaşları yuxarıda qeyd edilən qanunun tələblərinə əməl etməyərək, yəni 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməli olduğu halda bunu etməmiş, əksinə qüvvədən düşmüş qanunvericiliyə əsaslanaraq cavabdeh İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib edilib, abonentə ümumilikdə 2326,98 manat borc kimi yazılaraq tələb edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə hazırda borcun tutulması üçün Cavabdeh əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesablanmış borcu əsassız hesab edir və qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xocəsən qəsəbəsi, H. Sultanov küçəsi (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli akta və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 2169,98 (iki min bir yüz altmış doqquz) manat və xx.xx.2023-cü il tarixli akta, xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış 157 (yüz əlli yeddi) manat, ümumilikdə 2326,98 (iki min üç yüz iyirmi altı) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xocəsən qəsəbəsi, H. Sultanov küçəsi (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli akta və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 2169,98 (iki min bir yüz altmış doqquz) manat və xx.xx.2023-cü il tarixli akta, xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış 157 (yüz əlli yeddi) manat, ümumilikdə 2326,98 (iki min üç yüz iyirmi altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1824/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1824/2024
16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver