Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1828/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evində cavabdehə məxsus ½ payın onlara verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evində cavabdehə məxsus ½ payın onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 18.04.2008-ci il tarixdə atası Məmmədov X4 Rəhman Yəhya oğlu ilə əlbir olub, onlardan gizli olaraq yeganə yaşayış yerləri olan Novxanı qəsəbəsində yerləşən sahəsi 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evinə dair Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Bu müqaviləyə əsasən Cavabdeh İddiaçı1 ilə birgə əmlakları olan bağ evini real qiymətindən aşağı, 48000 manata X1, pulun hamısını özünə götürüb, ailəni tərk edərək Qazaxıstan Respublikasına qaçmışdır. Satılan bağ evi sənədlə 2 otaqlı 36,48 m2 qeyd edilsə də, həqiqətdə yaşayış sahəsi dəfələrlə böyük bir villadır. Biznesində müflis olan atası Cavabdeh bağ evini alan R.Ələkbərov məhkəmə icraçılarının vasitəsilə onları yaşadıqları bağ evindən çıxarıb küçəyə atmışdır. Onlar böyük yaşayış sahəsi olan bağ evindən qanunsuz çıxarıldıqdan sonra ailə üzvləri ilə birlikdə 10 il ərzində kirayə tutulmuş evlərdə yaşamağa məcbur olmuşlar. Bu 10 il ərzində onlar 1-2 otaqlı 2-3 ayrı-ayrı evlər kirayə tutub yaşamaq məcburiyyətində qalaraq hər bir evə 200-300 manat kirayə pulu vermək məcburiyyətində olmuşlar. Nəticədə onlara 10 il ərzində ən azı 70000 manat zərər dəymişdir. Onlar bundan əlavə evdən qanunsuz çıxarılmaqla bağlı 8-9 il ərzində çoxsaylı məhkəmə baxışlarında iştirak etmək məcburiyyətində qalmışlar. Onlar bununla bağlı vəkil və digər hüquqi xidmətlərə görə 5000 manat xərcləmişlər. Nəhayət, 22.01.2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə 18.04.2008-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli 2(001)-1483/2015 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı1 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evinə dair cavabdehlər Cavabdeh ilə Ələkbərov Rəhman Yahya oğlu arasında 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə-343 sayla reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeydin bərpa edilməklə, Ələkbərov Rəhman Yahya oğluna verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.09.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Onlar kirayə evlərdə yaşadıqları və məhkəmələrdə mübahisə apardıqları illərdə Cavabdeh Qazaxıstan Respublikasında yaşamış, R.Y.Ələkbərov isə qanunsuz aldığı bağ evini müxtəlif adamlara kirayə verib, özü üçün mənfəət götürmüşdür. Nəticədə onların yaxşı təmirli yaşadıqları bağ evi tamamilə dağıdılmış, yaşamaq üçün yararsız vəziyyətə gətirilmişdir. Hazırki vaxt qaytarılmış bağ evinin əvvəlki vəziyyətə gətirilməsi üçün 60000 manat vəsait tələb olunur. Beləliklə, Cavabdeh və R.Y.Ələkbərov qanunsuz olaraq 10 il müddətində onları kirayə tutulmuş evlərdə yaşamağa məcbur etdikləri, bağ evini tamamilə dağıtdıqları və çoxsaylı məhkəmə xərcləri çəkilməsinə məcbur etdiklərindən onlara 135000 manat zərər vurmuşdur. İddiaçı1 məhkəməyə müraciəti nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Cavabdehla İddiaçı1 arasında olan nikah ləğv edilmiş və Novxanı qəsəbəsində olan 1106 D saylı bağ evi sonuncuların arasında bölünmüşdür. Cavabdehla onların heç bir əlaqələri yoxdur. Cavabdeh qanunsuz olaraq bağ evini satması nəticəsində onlara vurduğu zərərin ödənilməsindən boyun qaçırır. Cavabdeh bağ evinin kommunal və digər xərclərində iştirak etmir. Cavabdeh hazırda dağıdılmış bağ evinə maraq göstərməsə də, bağ evi onlar tərəfindən təmir edildikdən sonra gələcəkdə gəlib bağdan payını tələb edəcəkdir. Cavabdehin Novxanı qəsəbəsində yerləşən 1106 D saylı bağ evində olan ½ hissədə payı hazırki vaxt təxminən 24000 manat hesablansa da, onlara dəymiş zərərin, yəni 135000 manatın az bir hissəsini təşkil edir. Cavabdeh müflis olduğuna, harada yaşadığı məlum olmadığına görə onlara vurduğu 135000 manat zərərin cavabdehdən tutulub onlara verilməsi reallıqda mümkün deyildir. Novxanı qəsəbəsində yerləşən bağ evinin cavabdehə məxsus ½ hissəsinin onlara verilməsi ilə zərərin ödənilməsi həyata keçirilə bilər. Cavabdehin məhkəməyə ünvanladığı ərizəsini ona cavabdehin etibarnaməyə əsasən nümayəndəsi təqdim etmişdir. Həmin ərizənin nə vaxt, kim tərəfindən yazılaraq imzalanması, hazırkı mülki işdən cavabdehin nümayəndəsinin necə məlumat alması ona məlum deyildir. Belə ki, o, digər iddiaçılar kimi cavabdeh Azərbaycan Respublikasını tərk etdikdən sonra onunla heç bir əlaqə saxlamamış, hazırkı iddia tələbləri ilə bağlı cavabdehə məlumat verməmişlər. Ona görə də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evində Cavabdeh məxsus olan ½ hissədə payının alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə 24.02.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.01.2019-cu il tarixli qərarından müəyyən olunur ki, İddiaçı1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılaraq İddiaçı1 R.Ələkbərova qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2019-cu il tarixli 2(103)- 8410/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı1 apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli 2(001)- 1483/2015 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 m2 ibarət olan 2 otaqlı 1106 D saylı bağ evinə dair cavabdehlər Cavabdeh ilə Ələkbərov Rəhman Yahya oğlu arasında 18.04.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə-343 sayla reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeyd bərpa edilməklə, Ələkbərov Rəhman Yahya oğluna verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.09.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli 2(102)-7795/2019 saylı qərarından müəyyən olunur ki, Ələkbərov Rəhman Yahya oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 23.07.2019-cu il tarixli 2(103)-8410/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(001)-4823/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evinə ½ hissədə İddiaçı1, ½ hissədə isə Cavabdeh paylarının müəyyən eidlməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli 2(001)-3217/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı1 arasında 11.10.1980-ci il tarixdə 5110 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. Qazaxıstan Respublikası Mangistau vilayəti Aktau şəhərinin notariusu X2 təsdiq etdiyi 23.11.2018-ci il tarixli ******* saylı etibarnamədən müəyyən olunur ki, Cavabdeh X6 3 il müddətinə verdiyi etibarnamə ilə istənilən səlahiyyətli dövlət və qeyri-dövlət orqanlarında, bütün fiziki və hüquqi şəxslərlə münasibətdə maraqlarını təmsil etməyi həvalə etmişdir. İddiaçı2 məhkəməyə təqdim etdiyi Cavabdeh məhkəməyə ünvanladığı 30.03.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 2008-ci ildə çətinləşmiş maddi vəziyyəti ilə bağlı Novxanı qəsəbəsində yerləşən onunla həyat yoldaşı İddiaçı1 birgə əmlakı olan 1106 D saylı bağ evini İddiaçı1 xəbərsiz satıb, bağ üçün verilmiş 48000 manat pulun hamısını götürüb Qazaxıstan Respublikasına köçmüşdür. Bu səbəbdən onun ailəsi 10 ildən artıq kirayə tutulmuş mənzillərdə yaşamışlar. Onun Azərbaycana gələcəkdə qayıtmaq fikri olmadığından bağ evinin ona düşən ½ hissəsindən istifadə etmək imkanı yoxdur, eyni zamanda bağ evinin təmirində və digər xərclərdə iştirak edə bilmir. Bu səbəbdən Novxanı qəsəbəsində yerləşən 1106 D saylı bağ evinin ona məxsus olan ½ hissəsinin keçmiş həyat yoldaşı İddiaçı1 və övladları İddiaçı2, İddiaçı3 verilməsinə etiraz etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçılar cavabdehin hərəkətləri nəticəsində onlara maddi ziyan vurulmasını iddia etsələr də məhkəmə araşdırması zamanı vurulmuş ziyanın məbləğini müəyyən edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə Cavabdeh adından tərtib olumaqla kim tərəfindən imzalanması müəyyən olmayan 30.03.2021-ci il tarixli ərizəyə münasibət bildirib qeyd edir ki, cavabdeh paylı mülkiyyətində olan daşınmaz əmlakdakı payını iddiaçılara əvəzli və ya əvəzsiz vermək istədiyi halda bu istəyini məhkəməyə müraciət edilmədən də həyata keçirə bilər. Belə ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə cavabdehin hələ 2018-ci il tarixdə verdiyi etibarnamə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 69.1-1.-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəməyə təqdim olunan etibarnamədən etibar edilənin etibar edənlə hansı münasibətlərdə olması (yaxın qohumu, qohumu və s.) müəyyən olunmur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçılar iddia tələblərində istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən, vurulmuş zərərə görə cavabdehin mülkiyyətində olan payın iddiaçılara verilməsi tələbinin hüquqi əsası olmadığından iddia tələbləri əsassızdır ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların tələbləri təmin edilmədiyi üçün ödədikləri dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən 36,48 m2 olan 2 otaqlı 1106 D saylı bağ evində Cavabdeh məxsus ½ payın onlara verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1828/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1828/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver