Məhkəmə qərarları › İş №2(001)-1836/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1836/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1836/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 ABŞ dollarının ödəniş gününə uyğun olaraq, Azərbaycan manatı ilə tutularaq ona ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun illərdir ki, tanımışdır. Belə ki, illər öncə evinin təmirini ona həvalə etmişdir. Elə həmin vaxtdan cavabdehlə münasibəti yaranmış, dəfələrlə təmir işləri ilə bağlı ona müraciət etmişdir. Beləcə aralarında qarşılıqlı inam formalaşmışdır. 2015-ci ildə cavabdeh ona müraciət edərək, şəxsi məqsədləri üçün pul vəsaitinə ehtiyacı olduğunu bildirmişdir. Həmin dövrdə maddi vəziyyəti yaxşı olduğundan onun xahişini yerinə yetirmişdir. xx xxxxxx 2015-ci il tarixində cavabdeh tərəfindən ona borc müqaviləsinin əvəzinə qəbz verilmişdir. Adıçəkilən qəbzə əsasən cavabdeh ondan 3700 ABŞ dolalrı borc almış və 5 ilə ərzində qaytarmalıdır. Lakin vaxtın tamam olmasına baxmayaraq cavabdeh ona borcunu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur.Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onun mənzilində həqiqətən böyük məbləğdə iş görməli idi. Ona 4000 manata yaxın borcu qalmışdır. Mənzili bir otaqlı olsa da, əsaslı təmirə ehtiyacı olmuşdur. Özü tikinti şirkətinin müdiri olmuşdur. Həyət evini satacağını demişdir. Hissə-hissə ödəyəcəyini təklif edəndə cavabdeh ona 5 il müddətində qaytaracağını demişdir. Material almaq üçün yüklü miqdarda pul vermişdir. 700 manatlıq işi gördükdən sonra mənzildə 4000 manatlıq işi qalmışdır. O vaxt razılaşmışlar. Nə üçün indi ziyana düşməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya təqdim etdiyi kağızda borc məbləğini müəyyən səbəblərə görə dollarla yazmışdır. Birincidi devalvasiya olduğundan ona manatla dollar əvəzi verilmişdir. 3700 manat bocunu və 140 manat əlavəni qaytaracaq. O pul manatla verilmişdir. Elədə qaytarılacaq. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən İddiaçı yazılan xx xxxxxx 2015-ci il tarixli sənəddən görünür ki, o, İddiaçı 3700 ABŞ dolları məbləğində borc aldığını və borcunu 5 il müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il tarxində İddiaçı 3700 ABŞ dolları məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh qeyd edilən məbləği ondan qəbul edərək, 5 il müddətində yəni, xx.xx.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı cavabdehə verdiyi həmin məbləğinin aralarında bağlanan şifahi müqavilənin şərtlərinə uyğun olaraq bu günədək ona qaytarılmadığını bildirir və bu məbləğin ödənilməsini ondan tələb edir. Cavabdeh isə həmin borc məbləğinin manatla olduğunu, borcunun dollarla olduğunu müəyyən səbəblərə görə yazdığını demişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3700 ABŞ dolları məbləğində pulu vermiş, Cavabdeh isə xx xxxxxx 2015-ci il tarxindən 5 il müddətində borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş vaxtda qaytarmalı olduğu halda, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh həmin borc məbləğinin dollarla yox əslində manatla olduğunu vurğulasa da, məhkəməyə bu faktı təsdiq edəcək əsaslı sübut təqdim etməmişdir. Bu baxımdan cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Məhkəmə borc müqaviləsinin xarici valyuta ilə bağlanmasını nəzərə alaraq borcun öhdəliyin icra edildiyi gün (ödəniş anı) Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3700 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla tutularaq İddiaçı verilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 3700 (üç min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar