Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1840/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi maraqlı şəxs qismində Sumqayıt şəhər Qeydiyyat şöbəsi cəlb olunmaqla akt qeydində düzəliş edilməsi barədə ərizəsini və əlavə olunmuş sənədləri xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs qismində Sumqayıt şəhər Qeydiyyat şöbəsi cəlb olunmaqla doğum akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Ərizəni nəzərdən keçirərkən məlum olur ki, ərizə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə cavab vermir. Belə ki, həmin maddələrin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, cavabdehə qarşı yönələn tələb göstərilməlidir. Ərizədə ərizəçinin xx.xx.1960-cı il tarixli 88 saylı akt qeydində adının "Bəyimxanım" kimi qeyd edilməsi lakin Binəqədi RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində adının səhv olaraq "Bacıxanım" kimi qeyd olunması bildirilsə də, cavabdeh qismində Sumqayıt şəhər Qeydiyyat şöbəsinin göstərilməsi anlaşılan deyil. Belə ki, ərizəçinin tələbi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə yönəldiyi halda onun doğum akt qeydində deyil şəxsiyyət vəsiqəsində adının səhv olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Sumqayıt şəhər Qeydiyyat şöbəsi cəlb olunmaqla akt qeydində düzəliş edilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1840/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1840/2021
22.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver