Məhkəmə qərarları › İş №2(001)-1855/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1855/2024

16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1855/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh “birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə götürülmüş (xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" QSC-dən) 10000 manat kredit borcunun onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsinin, yəni 6650 manatın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-603/5022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və övladlarından Qurbanlı Sübhah onun, Qurbanlı Məhəmməd isə cavabdehin yanında saxlanılmışdır. Tərəflərin nikahı xx.xx.2022-ci il tarixdə pozulmasına baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixdə evdən çıxıb getmişdir. Tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə onun adına “Mercedes Benz B170” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil alınarkən o, yaxın qohumlarından borc pul götürmüş, həmin pulu qaytarmaq üçün və ümumi ailə təsərrüfatı üçün "xxxx" QSC-dən 10000 manat kredit götürmüşdür. O, həmin kreditdən cavabdeh evdə olduğu dövrdə hər ay 389 manat olmaqla iki ay ərzində 778 manat vəsait ödəmişdir. Bundan sonra isə 36 ay ərzində hər ay üçün 390 manat olmaqla, ümumilikdə 14088 manat kredit ödənişi etmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəlik birgə nikah dövründə yarandığı üçün cavabdeh də həmin kredit müqaviləsində məsuliyyət daşıyır. Belə ki, iki ay ərzində ödənilmiş 778 manat nəzərə alınmamaqla, onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsi cavabdehdən tutulmalıdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək birgə nikah dovrundə götürülmüş 23 avqust 2019-cu il tarixli kredit muqaviləsinin davamı olaraq xx.xx.2021-сi il tarixli kredit muqaviləsi ilə "xxxx" QSC-dən 10000 manat kredit borcu üzrə tərəfindən təkbaşına odənilmiş 13310 manatın ½ hissəsinin, yəni 6655 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus olan “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Binəqədi Rayon Məhkəməsinin е- 2(001)-2025/2023 saylı, xx.xx.2013-сü il tarixli qətnaməsi ilə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə onun рауı müəyyən edilmişdir. Həmin avtomobil 27 avqust 2019-cu il tarixdə 14500 manata onun adına alınmışdır. Qeyd etmişdir ki, avtomobil alınarkən nağd pulu olmadığından 23 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 10000 manat kredit götürmüşdür. Həmin pul yetərli olmadığı üçün bibisi Turac Qurbanovadan 4500 manat borc almışdır. Kredit müqaviləsinə əsasən hər ay banka 400 manat vəsait ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, 25 may 2021-ci il tarixə banka olan borc 5092,76 manat təşkil etmişdir. Həmin vaxt bibisi Turac Qurbanovanın pula ehtiyacı olduğu üçün borcunu istəmiş, onun isə pulu olmadığına görə "xxxx" QSC ilə müqaviləni xx.xx.2021-ci il tarixdə yeniləmişdir. Həmin kredit müqaviləsinə əsasən 5092,76 manat çıxılmaqla ona 4900 manata yaxin vəsait verilmiş, o da həmin pulun 4500 manatını bibisi Turac Qurbanovaya qaytarmışdır. Kredit müqaviləsinə əsasən qaytarılacaq məbləğ yenidən 10000 manat təşkil etmişdir. Onun tərəfindən Cavabdeh evdə olduğu dövrdə har ay 389 manat olmaqla iki ay ərzində 778 manat vəsait həmin kreditdən ödənilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay ərzində hər ay üçün 390 manat ödəniş etmişdir. Ümumilikdə isə onun tərəfindən 14088 manat ödəniş edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəlik birgə nikah dövründə yarandığı üçün cavabdeh də məsuliyyət daşıyır. Belə ki, iki ay ərzində ödənilmiş 778 manat nəzərə alınmamaqla onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə götürülmüş kredit borcu birgə nikah dövründə əldə edilmiş avtomobil ilə bağlıdır və həmin avtomobilin də üzərində məhkəmə qətnaməsinə əsasən cavabdehin ½ hissədə pay hüququ tanınıb. Hesab edir ki, əgər avtomobildə cavabdehin payı varsa, deməli avtomobilin alınması üçün götürülmüş kreditdə də cavabdehin payı olmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh avtomobilə olan pay hüququndan imtina etdiyi halda, o da hazırkı iddiadan imtina etməyə hazırdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu, tələbi qəbul etmədiyini, 2021-ci ilin aprel ayında evdən çıxıb getdiyini və 2021-ci ilin avqust ayında qayıdıb özünə məxsus əşyalarını götürüb təkrar çıxıb getdiyini bildirdi. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi avtomobili özü gedib Gürcüstandan gətirdiyini, iddiaçının 2021-ci il tarixdə götürdüyü krediti maşın almaq məqsədi ilə götürmədiyini, həmin vaxt evləri yandığından evin təmiri üçün götürdüyünü, həmin pul ilə iddiaçının özünə həyətdə otaq tikdiyini, mətbəxi təmir etdirdiyini, özü üçün nişan apardığını bildirdi. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Mülki işin materialları: - "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** nömrəli uzunmüddətli kredit razılaşmasına asasən sonuncuya xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə 10000 manat kredit verilmiş, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq 400 manat (sonuncu ay 391,15 manat) ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 001R********** nömrəli uzunmüddətli kredit müqaviləsinə asasən sonuncuya xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə 10000 manat kredit verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 389 manat (sonuncu ay 388,75 manat) ödəməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X5 atasının, xx.xx.2012-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2025/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı “birgə mülkiyyətdə payların müəyyən edilməsi və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, habelə, “Zontes ZT150-8A” markalı, 99A408 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı motosiklin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payı müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mükki kollegiyasının 2(103)-1579/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2025/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən (mübahisələndirilən) hissəsində qismən ("Mercedes Benz E220 CDİ” minik markalı avtomobilə aid hissədə) ləğv edilməsi və baxılan hissədə iddia tələbinin qismən təmin edilməklə yeni qətnamə qəbul edilməsi, "Mercedes Benz E220 CDİ” minik markalı, 1999-cu il buraxılışlı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan iki uşaqları doğulmuş, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 atasının, xx.xx.2012ci il təvəllüdlü X2 anasının yanında saxlanılması qət edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı “birgə mülkiyyətdə payların müəyyən edilməsi və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, habelə, “Zontes ZT150-8A” markalı, 99A408 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı motosiklin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payının müəyyən edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 1579/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2025/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən (mübahisələndirilən) hissəsində qismən ("Mercedes Benz E220 CDİ” minik markalı avtomobilə aid hissədə) ləğv edilmiş və baxılan hissədə iddia tələbinin qismən təmin edilməklə yeni qətnamə qəbul edilməsi, "Mercedes Benz E220 CDİ” minik markalı, 1999cu il buraxılışlı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. İddiaçı hazırda “birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə götürülmüş (xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" QSC-dən) 10000 manat kredit borcunun onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsinin, yəni 6650 manatın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə götürülmüş kredit borcu birgə nikah dövründə əldə edilmiş avtomobilin alınması ilə bağlıdır və həmin avtomobilin də üzərində məhkəmə qətnaməsinə əsasən cavabdehin ½ hissədə pay hüququ tanındığına görə avtomobilin alınması üçün götürülmüş kreditdə də cavabdehin payı olmalıdır. Qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 avqust 2019-cu il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. Bundan başqa həmin avtomobil üzərində tərəflərin bərabər payı müəyyən edilmişdir. Yəni həmin avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır. Məhkəmə icılasında iddiaçı qeyd edilən avtomobili 14500 manata aldığını, həmin məbləğin 4500 manatını bibisi Turac Qurbanovadan borc aldığını, onun borcunu qaytarmaq üçün 2021-ci ildə yenidən kredit götürdüyünü bildirsə də bunlara dair hər hansı bir sübut təqdim edə bilmədi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçı avtomobili özü gedib Gürcüstan Respublikasından gətirib. Avtomobilin dəyərini dəqiq bilməsə də təxminən 10.000 manatdan yuxarı olduğunu, avtomobilin alınmasına görə heç kimdən borc almaqılarını bildirdi. Belə ki, kreditdən əlavə evdə 3000 manat pul olmuş, həmin pulu özü iddiaçıya vermişdi, çünki evin pulları həmişə onda olurdu. Daha sonra isə onlar banka olan borcu ödədilər. Bundan başqa iddiaçı xx.xx.2021-ci il tarixdə ktreditin götürülməsi vaxtı cavabdehin onunla bir evdə yaşadığını, 04 sentyabr 2021-ci il tarixdə evdən çıxıb getdiyini bildirmişdir. Cavabdeh isə onun bu dəlilini təkzib edərək 2021-ci ilin aprelində evdən çıxıb getdiyini, avqust ayında isə gəlib özünə məxsus paltarlarını apardığını bildirmişdir. Eləcə də bildirdi ki, iddiaçının 2021-ci ildə kredit götürməsindən xəbəri olmayıb, həmin vəsait birgə ailə ehtiyaclarına sərf olunmayıb. İddiaçı həmin vəsaitə yenidən ailə qurması ilə əlaqədar nişan aparıb, həyətdə özünə ayrı bir otaq tikdirib. Yəni həmin kreditin avtomobilin alınması üçün olan borca sərf edilməsi doğru deyil. İddiaçı həmin krediti öz ehtiyacları üçün götürmüşdü. İddiaçı “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün xx.xx.2019-cu il tarixdə bankdan 10000 manat məbləğində kredit götürdüyünü, pulu çatmadığına görə bibisindən 4500 manat borc aldığını, sonradan bibisinin borcunu istədiynə görə iddiaçı ilə birgə yaşadıqları dövrdə yenidən bankdan 10000 manat kredit götürərək bibisinin borcunu qaytardığını bildirsə də dəlilərini məhkəmədə əsaslandıra bilmədi. Belə ki, xx.xx.2019-cu il tarixdə kreditin götürülməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı avtomobil alarkən bibisindən borc almasını qeyd etsə də cavabdeh onların kimsədən borc almadıqlarını, kreditdən əlavə evdə özlərinə məxsus 3000 manat pul olduğunu bildirdi. Cavabdeh hətta maşını hansı məbləğə almasına dair hər hansı bir sübut təqdim etmədi. Bundan başqa iddaçı xx.xx.2021-ci il tarixdə bankdan kredit götürərkən cavabdehlə birlikdə yaşadıqlarını, sonuncunun 2021-ci ilin sentyanbr ayında evdən getdyni bildirsə də cavabdeh 2021-ci ilin aprel ayında iddiaçı ilə yaşadığı evdən getdiyiyni, avqust ayında isə gəlib əşyalarını apardığlnl bildirdi. Burdan da belə məlum olur ki, birgə nikah dövründə olmalarına baxmayaraq iddiaçı sonuncu krediti götürən zaman cavabdehlə birgə təsərrüfat aparmamışdır. Yəni həmin kredit götürülmüş məbləğ ailənin birgə ehtiyaclarına səf olunmamışdır. Məhkəmə araşdırması ilə müəyyən oldu ki, xx.xx.2019-cu il tarixdə və xx.xx.2021-ci il tarixdə götürülmüş kreditlər xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən götürülmüş, hər biri ayrı-ayrılıqda bağlanmış kredit müqavilələridir. Belə ki, həmin kredit müqavilələrinin şərtləri də bir-birindən fərqlənir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi aylıq 2.0833 faizlə, aylıq 400 manat ödəniş, xx.xx.2021-ci il tarxli kredit müqaviləsi aylıq 1,9167 faizlə, aylıq 389 manat ödəniş etmək şərti ilə bağlanmışdır. Məhkəmə hesab edir ki, 2019-cu ildə götürülmüş kredit avtomobilin alınmasına sərf olunsa da 2021-ci il tarixdə götürülmüş kreditin də həmin avtomobilə görə olan borca sərf olunması öz təsdiqini tapmadı. Belə ki, müəyyən edildi ki, həmin kreditin götürülməsindən cavabdehin məlumatı olmamış, həmin vaxt onlar birgə təsərrüfat aparmamış, qeyd edilən vəsait ailə ehtiyaclarına, o cümlədən tərəflərin arasında bölünən avtomobilin alınması zamanı yaranan borca sərf olunmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh həmin avtomobildən pay tələb etdiynə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə icasında iddiaçı bildirli ki, Cavabdeh avtomobilə olan pay hüququndan imtina etdiyi halda, o da hazırkı iddiadan imtina etməyə hazırdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarına əsasən: 1.3.Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.14.Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15.Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16.Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar