Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1874/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi-mənəvi zərərə görə pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi-mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 oktyabr 2020-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində ona vurduğu maddi mənəvi zərər olaraq 1490 manat avtomobilinə vurulmuş zərərə görə, 300 manat əlavə xərclərə görə və 5000 manat mənəvi zərərə görə olmaqla - ümumilikdə 6790 (altı min yeddi yüz doxsan) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 16 oktyabr 2020-ci il tarixdə axşam saat 20:25-də idarə etdiyi “Hyundai Grandeur” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən Azpetrolun qarşısında hərəkətdə olarkən yol nişanlarının və ya yolların hərəkət hissənin işarələrinin tələblərinə düzgün riayət etməmiş, onun idarə etdiyi “B.M.W.” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan hissəsini əzərək ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh “Hyundai Grandeur” yük markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücülük vasitələrini idarə etmək hüququ olmamışdır. Hadisə nəticəsində zərarçəkmiş şəxs olaraq ona maddi və mənəvi zərər vurmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edirmiş və bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə nəticəsində bədən xəsarəti alan olmamış, lakin onun avtomobilinə xeyli miqdarda zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh məhkəmə iclasında çıxış edərkən polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz etmədiyini, yol-nəqliyyat hadisəsinin protokolda göstərildiyi kimi baş verdiyini, avtomobili idarə etdiyi vaxt sürücülük hüququnun olmadığını və dəymiş zərəri ödəcəyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli Qərarı ilə Cavabdeh Teyyub oğlu Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə xeyli miqdarda zərər vurulmuş və eyni zamanda avtomobilinin təmir olunmadan idarə etməsi mümkün olmaması səbəbindən o, avtomobilini idarə edə bilməmiş, gündəlik olaraq işə gedib-gəlmək üçün taksidən istifadə etməyə məcbur olmuş və eyni zamanda ailə üzvləri də ictimai nəqliyyatdan və taksidən istifadə etmişlər. Avtomobilini təmir edib əvvəlki vəziyyətinə gətirmək üçün xeyli miqdarda vəsait tələb olunmuşdur. “Farsaj” Avtoservis tərəfindən 04.11.2020-ci il tarixli (VÖEN **********2) “Zərər Aktında” ona məxsus “BMW” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərlər müəyyən olunmuşdur və bərpa üçün cəmi 1490 manat pul lazımdır. Belə ki, bu xərclər ehtiyat hissələr olan ön qanad -170 manat, qapı -170 manat, moldinq – 2x50=100 manat və işlər üçün olan rəngsaz – 500 manat, dəmirçi – 300 manat, armaturşik – 50 manat, disk təmiri – 50 manat, polirovka – 150 manat xərclərdən ibarətdir. Avtoqəza nəticəsində ona təkcə avtomobilimə deyil, digər maddi və mənəvi zərər də vurulmuşdur. Avtomobilindən istifadə edə bilimədiyi dövrdə ictimai nəqliyyatda 300 manatdan artıq pul xərcləmişdir, özü və ailəsi avtomobili ilə hərəkət etməyə öyrəşdikləri halda ictimai nəqliyyatdan istifadə edərkən narahatçılıqlar, çətinliklər, sıxıntılar keçirtmişlər ki, bunun da əvəzi onlara cavabdeh tərəfindən pulla ödənilməlidir. Mənəvi zərəri 5000 (beş min) manatla qiymətləndirir. Qeyd olunanalara əsasən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, hadisə baş vermiş, hadisədə onun təqsirinin olduğu müəyyən edilmiş, o, müəyyən məbləğbdə ödəniş etməyə razı olmuşdur. Lakin, iddiaçı onun təklifi ilə razı olmamışdır. Tələb edilən məbləğlə razı deyil. Hesab edir ki, məbləğ şişirdilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)- 2684/2020 saylı, 30.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilərək, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.1-ci maddələrilə inzibati məsuliyyət cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Baş Dövlət İdarəsi X3 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan müəyyən edilir ki, Bakı şəhəri Baş Polis İdarəsi X2 İdarəsindən daxil olmuş 16 oktyabr 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cavabdeh 16 oktyabr 2020-ci il tarixdə saat 20:25də idarə etdiyi “Hyundai Grandeur” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimnaov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən Azpetrolun qarşısında hərəkətdə olarkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə düzgün riayət etməmiş və hadisə nəticəsində zərər çəkmiş şəxs İddiaçı maddi zərər vurulmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarında olan “Farsaj” avtoservis tərəfindən tərtib edilmiş 04.11.2020-ci il tarixli Zərər aktından görünür ki, “BMW” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) məbləği 1490 (min dörd yüz doxsan) manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/2617 saylı, 31 may 2021-ci il tarixli rəyindən görünür ki, “Farsaj” avtoservisin 04.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1390,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi ekspertiza rəyi nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh 1390 (bir min üç yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 300 manat ictimai nəqliyyatdan istifadəyə görə xərc tələbilə bağlı bildirir ki, iddiaçı həmin xərclər barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin iddia tələbinin 5.000 manat mənəvi zərərə görə hissəsini də məhkəmə əsassız hesab edir. Belə ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, mənəvi sarsıntı və iztirablar keçirdiyini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin 5.000 manat mənəvi zərərə görə hissəsi təmin edilməməlidir. Təsvir edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 1390 (bir min üç yüz doxsan) manat alınaraq İddiaçı verilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 02 manatı iddiaçıya aid edilməli, 28 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 100 (bir yüz) manat ekspertiza xərcinin 07 manatı iddiaçıdan, 93 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurduğu maddi ziyanın əvəzi olaraq 1390 (bir min üç yüz doxsan) manat və dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat, cəmi 1418 (bir min dörd yüz on səkkiz) manat alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 07 manatı İddiaçı, 93 manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1874/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1874/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver