Məhkəmə qərarları › İş №2(001)-1882/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1882/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1882/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, əri, 03 dekabr 2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 03 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. X2 “VAZ 21099” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyətində olmuş və bu avtomobil miras qalmışdır. Onun tərəfindən mərhum əri X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmiş və ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir.O, əri vəfat etdikdən sonra miras əmlaka sahiblik etməyə başlamış və mirası qəbul etmişdir. Lakin hüquqlarını bilmədiyindən vaxtında notariat kontoruna müraciət etməmiş və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib,iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iddiası üzrə bütün məhkəmə proseslərinin onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİ-ЖГ seriyalı 405135 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 arasında nikah 23 aprel 1988-ci il tarixdə bağlanmış, arvada “Zülfüqarova” soyadı verilmişdir. AZ-İİİ seriyalı 273295 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 dekabr 2016-cı il tarixdə kəskin ürək ağciyər çatışmazlığı səbəbi ilə ölmüşdür. AC seriyalı 041105 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21099” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən İddiaçıya ünvanlanmış 02 noyabr 2022-ci il tarixli, 402 nömrəli məktubdan görünür ki, sonuncunun 03 dekabr 2016-cı il tarixdə vəfat etmiş əri X2 vəfatı ilə əlaqədar mirasın qəbulu barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən sonuncuya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, “VAZ 21099” markalı **-DK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “VAZ 21099” markalı **- DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi - X3 03 dekabr 2016-cı il tarixdə vəfat etmiş və həmin nəqliyyat vasitəsi hələ də X2 mülkiyyətində qalmış və əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Mərhumun həyat yoldaşı İddiaçı isə qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsədir. İddiaçı 2022-ci ilin noyabr ayında qeyd olunan əmlaka dair mirasın qəbulu üçün notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığına görə ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda iddiaçı hüquqlarını bilmədiyindən vaxtında notariusa müraciət etmədiyini və mirası faktiki qəbul etdiyini bildirərək, mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsinin üzürlü sаyılaraq həmin müddətin uzаdılmаsını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsinin səbəblərini üzürlü hesab edərək, iddiaçının mərhum X2 birinci növbədə qanuni vərəsəsinin olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən mirаs əmlаkın qəbul еdilməsi müddəti uzаdılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X1 miras qalmış “VAZ 21099” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilərək, həmin müddət 1 ay uzadılsın. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar