Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1895/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2017-ci il tarixdə onunla Cavabdeh2 arasında bağlanmış və reyestrdə 3M-340 nömrəsi ilə qeyd olunmuş borcun etirafı haqqında müqaviləsinin, 04 oktyabr 2017-ci il tarixli, reyestrdə 3M-341 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsinin və 05 oktyabr 2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdeh kimi qeyd etdiyi ünvan ünvanı üzrə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçının tələbi Cavabdeh2 ilə aralarında bağlanmış müqavilələrin etibarsız hesab edilməsidir. İddia ərizəsindən isə görünür ki, Cavabdeh2 Türkiyə Respublikası, Evka 3.Mah.X1 caddesi №2/25.Bornova. İzmir şəhərində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə Cavabdeh2 Binəqədi rayonunda rəsmi qeydiyyatda olmadığından, habelə cavabdehin əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmədiyindən və bu barədə iddia ərizəsinə rəsmi sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı Cavabdeh2 qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə, habelə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə qarşı isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “borcun etirafı haqqında müqavilənin, ipoteka haqqında müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, Cavabdeh2 qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə, habelə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə qarşı isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müvafiq məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1895/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1895/2025
17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver