Məhkəmə qərarları › İş №2(001)-190/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-190/2024

18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-190/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı valideynlik hüquqlarından məhum edilmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı valideynlik hüquqlarından məhum edilmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixdə ATV kanalının canlı telelvizya proqramında yayımlanan valdeyinləri narkotik istifadəçisi olan baxımsız vəziyyətə düşmüş uşaqlarla əlaqədar ailənin ilkin qiymətləndirilməsini həyata keçirmək məqsəd ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq əməkdaşı tərəfindən ünvan 1 ünvanına səfər edilmişdir. İlkin qiymətləndirmə nəticəsində məlum olmuşdur ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 ilə qeyri-rəsmi nikah münasibətindən xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüdlü X22 adlı uşaqları vardır. X19 və X6 doğum haqqında şəhadətnamələrinin atası barədə qeyd hissələrində Cavabdeh2, X21 və X7 eyni adlı sənədlərinin atası barədə qeyd hissələrində X4 yazılmışdır. Qiymətləndirmə zamanı atada abstitent sindiromun (bir dərmana ya da madəyə olan fizioloji adaptasiya) əlamətləri müşahidə edilmişdir. Həmçinin ananın uşaqları tərk etdiyi dövrdə atanın abstitent vəziyyətdə uşaqlarla etinasız münasibət göstərdiyi, habelə onlara qayğı göstərmədiyi müəyyən edilmişdir. Uşaqalar evdə nəzarətsiz, baxımsız vəziyyətdə, natəmiz şəraitdə aşkar olunmuş, habelə onların təhsildən yayındıqları faktı müəyyən edilmişdir. Ailənin yaşadığı fərdi yaşayış evinin maddi-məişət şəraitinin uyğunsuzluğu, evin otaqlarının antisanitar vəziyyətdə olması, habelə evdə spesifik qoxunun (mavi qaz qoxusu, nəmişlik) olması, qaz sobasının tüstü bacasının olmaması səbəbi ilə zərərli qazların evin daxilinə yayıldığı və bu vəziyyətin uşaqların həyatı üçün təhlükəli olması müşahidə edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən verilən məlumata əsasən hər iki valideyinin narkotik istifadəçisi olduğu məlum olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 72.1-ci maddəsinə uyğun olaraq uşaqların həyat və sağlamlığı birbaşa təhlükədə olduğuna görə hadisə yerinə dərhal Binəqədi rayon İcra Hakimiyyəti yanında yedtkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları cəlb edilmiş və onların iştirakı ilə müvafiq akt əsasında uşaqlar ailədən təcili alınaraq ilkin olaraq X49 cəmiyyəti İctimai X10, daha sonra X22 xx.xx.2022-ci il tarixdə Nazirliyin 015/2022 nömrəli Qərarı ilə 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir. X19, X20 və X21 anası tərəfindən müəssisənin rəhbərliyinə məlumat verilmədən aparılmış, bununla bağlı aidiyyəti orqanlara məktublar ünvanlanmışdır. Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmiş sorğuya cavab olaraq Binəqədi Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13- 46-3/2-2981/2023 nömrəli məktubuna əsasən, Cavabdeh1 şübhəli şəxs qismində saxlanılaraq üzərində 1,349 qram narkotik maddə hesab edilən metamfetamin aşkar edilmiş, faktla bağlı Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi bağlanılmışdır. Habelə Cavabdeh2 əvvəllər eyni adlı maddə ilə məhkum olduğu bildirilmişdir. Qeyd olunanlara və cavabdehlərin bir valideyn kimi üzərilərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64.0.1ci maddəsinin tələblərinə əsasən, Sultanova X17 Dilək Elnur qızı, X20, X21 və X11 münasibətdə, Cavabdeh2 isə İsmixanlı Dilək qızı və X12 münasibətdə valideynlik hüququndan məhrum edilməlidirlər. Ona görə də Cavabdeh1 X19, X20, X21 və X11 münasibətdə, Cavabdeh2 isə X19 və X12 münasibətdə valideyinlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh1 qeyri-rəsmi nikahda yaşadığı şəxslərdən dörd uşağı anadan olmuşdur. Həmin uşaqlardan ikisinə, yəni İsmixanlı Dilək və İsmixanlı Cihana münasibətdə Cavabdeh2 atalığı müyyən edilmişdir. Belə ki, həmin iki uşağa münasibətdə ata Cavabdeh2, ümumilikdə isə dörd uşağa münasibətdə ana Cavabdeh1 valideynlik hüquqlarından məhrum edilməsi xahiş olunur. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının verdiyi rəydə də qeyd olunmuşdur ki, uşaqların faktiki olaraq ana ilə yaşadıqları şərait uşaqların birbaşa olaraq həm psixoloji, həm fiziki həyat və sağlamlıqları üçün təhlükəlidir. Çünki Cavabdeh1 başqa yaşayış yeri olmadığına görə narkotik qəbulunu və satışını həmin uşaqların yanında həyata keçirir. Bu da birbaşa olaraq uşaqların psixologiyasına təsir edir. İkinci tərəfdən isə mütamadi narkotik qəbulu edən şəxs valideynlik borcunu yerinə yetirməyi fiziki cəhətdən çatdıra bilməz. Bu da öz növbəsində Ailə Məcəlləsinin 64.0.1 və 64.0.6-cı maddəsinin tələblərini pozur ki, həmin uşaqlara münasibətdə valideynlik hüquqlarını davam etdirə bilməz. Uşaqların psixologiyası o qədər həssasdır ki, uşaqların yanında hər hansı bir qeyri-etik davranış uşaqların psixologiyasına pis təsir edir. Uşaqlar həmin evdən götürülən vaxtı evdə qeyrimüəyyən, uşaqların tanımadığı adamlar olmuşdur. Bütün bunlar da uşaqların psixologiyası üçün çox pis təsiredici abu-havadır. Nazirliyin uşaq hüquqları ilə məşğul olan övladlığa götürmə siyasəti şöbəsi olaraq uşaqların mənafeyi müdafiə etmək onların əsas vəzifəsidir. Valideynlik hüquqlarından məhrumetmə gələcəkdə həmin uşaqların mütləq qaydada övladlığa verilməsi demək deyildir. Onların məqsədi birinci növbədə uşaqların öz ailələrinə qaytarılmasıdır. Bunun üçün də nazirliyin özünün sosial dəstək mexanizmləri var ki, onlar bu mexanizmlərdən istifadə edirlər. Belə ki, əgər ailə üzvləri işləmirsə, onları işlə təmin edirlir və ya işləyirsə, lakin maddi imkanları çatmırsa onlara əlavə ünvanlı sosial yardım təyin edilir. Bütün bu sosial dəstək mexanizmlərdən istifadə edərək onlar uşaqları ilk növbədə öz valideynlərinə qaytarmaq istəyirlər. Lakin uşaqların valideynlərinin yanında olması uşaqlara təhlükə yaradırsa bu halda onlar uşaqları valideynlərindən almaq hüquqları da vardır. Həmin uşaqların da ailə tipli, alternativ qayğı olaraq himayədar ailələrə verilməsi nəzərdə tutulur. Ən pis halda uşaqlar müəssisəyə yerləşdirilir. Lakin uşaqların narkotik qəbulu və satışı ilə məşğul olan valideynlərinin yanında qalması məqsədəmüvafiq deyildir. Uşaqların normal psixoloji şəraitdə böyüməsi və normal maddi tələbatlarını yerinə yetirən şəxsin yanında böyüməsi daha məqsədmüvafiqdir, nəinki uşaqların maddi təminatını ödəməyən, uşaqlar üçün psixoloji gərginlik yaradan bioloji ana və atanın yanında qalmaları. Bir daha məhkəmədən iddianın təmin olunmasını, hər dörd uşağa münasibətdə cavabdeh X3 valideynlik hüquqlarından məhrum edilməsini, Dilək və Cihan adlı iki uşağa münasibətdə Cavabdeh2 valideynlik hüquqlarından məhrum edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X13 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ATV kanalında yayımlanan Bizimləsən verlişində əməkdaşlar həmin ailənin olduğu evə səfər etmişlər. Həmin səfər zamanı çəkilən video çəkilişlərdən görünür ki, uşaqlar evdə nəzarətsiz qalmışlar. Həmin vaxtı cavabdeh Mənsumə xanım tutulub istintaq təcridxanasına aparılmışdı. Ata isə uşaqları evdə qoyub, qapını kilidləyib getmişdir. Uşaqlar evdə bir-birilərinə baxırdılar. Hətta uşaqlardan biri yaş yarımlıq idi, həmin uşağa 10 yaşında olan bacısı baxırdı. Yəni uşaqlar evdə valideynlərinin qayğısından kənarda, özləri bir-birilərinə baxırdılar. Ev natəmiz vəziyyətdə, uşaqlar da baxımsız şəraitdə idilər. Onlar həmin verlişə baxandan sonra nazirliyin tabeçiliyində olan birbaşa ailələrin qiymətləndirilməsini həyata keçirən Sosial Xidmətlər Agentliyi daxil olan müraciətdən sonra ailəni qiymətləndirmiş və məlum olmuşdur ki, uşaqlar evdə valideynlərinin qayğısından kənar bir-birilərinə baxır, baxımsız vəziyyətdədirlər, evin vəziyyəti də uşaqların mənafeyinə uyğun deyildir. Daha sonra Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı və Sosial Xidmətlər Agentliyinin əməkdaşı birlikdə Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən uşaqları evdən götürmək üçün ailəyə səfər etmiş, həmin vaxt onlar ilk olaraq Sultanova Selini evdən götürə bilmişlər. Ana onlara qarşı çıxdığından digər üç uşağı götürmək mümkün olmamışdır. Daha sonra ikinci dəfə onlar üç uşağı götürmək üçün həmin ünvana gedəndə ana yenə müqavimət göstərmiş, lakin uşaqları götürmək mümkün olmuşdur. Birinci dəfə uşaqlar X49 Cəmiyyəti İctimai Birliyinə evinə yerləşdirilmiş, daha sonra onların dövlət uşaq müəssisəsinə yerləşdirilməsi üçün qərar qəbul edilmişdir. Ana uşaqları müəssisədə görmək üçün ziyarət edəndə uşaqları özü ilə aparmış, bundan sonra uşaqların yerini aşkar edilməmişdir. Uşaqlarının yerinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinə məktub yazılmış, uşaqların yeri müəyyən edilənədək onların müəssisələrə yerləşdirilməsi barədə qərarın icrası dayandırılmış, Sultanova Selin körpələr evinə yerləşdirilmişdir. Daha sonra ata Cavabdeh2 özü üç uşağı onlara təhvil vermiş, ana həbs olunduğundan ata uşaqlara baxmaqdan imtina edərək özü uşaqları . X49 Cəmiyyəti İctimai Birliyinə yerləşdirmişdir. Bundan sonra hər üç uşaq 3 saylı Uşaq Evinə yerləşdirilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, İsimxanlı Diləyin, İsimxanlı Cihanın və Sultanova Sevdanın atası Elnurdur. Elnur ilə onun rəsmi nikahı yoxdur. Elnuru ilə onlar birlikdə yaşamamış, Elnur onun evinə gəlibgetmiş, Elnurun öz ailəsi, həmin nikahdan da iki uşağı vardır. Sultanova Selinin atası başqa adamdır. O, ata mülkündə dörd övladı ilə yaşamış, Green House təmizlik şirkətində işləmiş, aylıq qazancı 200-300 manat olmuş, həmin vəsaitdən narkotik vasitələr də almış, Elnur ona uşaqların saxlanması üçün 10-50 manat köməklik etmişdir. Uşaqlarına baxan olmadığından uşaqları evdə təkbaşına qalmışlar. Onun başı narkotikə qarışsa da, gözü həmişə uşaqlarının üstündə olmuşdur. O, son 1-2 ildir narkotikdən istifadə etmişdir. Uşaqları evdə qoyub getdiyindən qonşuları şikayət etmişlər. Bəzi qonşular guya onun uşaqlarına baxmalarını desələr də, uşaqlarını özü böyütmüşdür. Onun böyük uşağı Biləcəridə 300 nömrəli məktəbdə oxumuş, onun başı narkotikə qarışdığından uşağını məktəbə aparıb-gətirə bilməmiş, uşaqları təhsildən kənar qalmışlar. 5 yaşlı uşağı məktəbə qədər təhsil almamışdır. O, işdə olduğu müddətdə uşaqları evdə tək qalmış, bəzi vaxtlarda ataları gəlib onlarla qalmışdır. Onun bacı-qardaşı olsa da, mülk üstündə mübahisələri olduğundan 5 ildir münasibətləri pozulmuşdur. Son bir ildə onun uşaqları nəzarətsiz qalmışlar. O, evdə olmadığı müddətdə evdə uşaqların ataları olmuş, kənar şəxslər evə gəlməmişlər. Narkotik vasitələrdən müalicə olunması üçün o, heç bir yerə müraciət etməmiş, hazırda əməlinə görə çox peşamandır. Uşaqları ilə telefon vasitəsilə əlaqə saxlayır. Balaca uşağını evdən apardıqları üçün o, əlinə bıçaq götürmüş, həmin vaxta qədər heç vaxt əlinə bıçaq almamışdır. Həmin vaxt pis vəziyyətdə olduğu üçün əlinə bıçaq götürmüş, lakin özünə xəsarət yetirmək fikri olmamışdır. O, nümayəndələrə evə gəldiyini desə də, onun icazəsi olmadan uşağını evdən aparmışlar. Anasına məxsus olan evdə o, dörd uşağı ilə birlikdə yaşamışdır. Video görüntüdə ağlayan onun qızı Diləkdir. Evdə olan kənar adamları o, tanımır. Barəsində axtarış elan edildiyi üçün Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi Vaqif ona bir müddət evə gəlməməsini demişdir. Barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan, elan olunan ittiham üzrə özünü təqsirli bildiyi cinayət işi ilə bağlı hələ hökm çıxarılmamışdır. Səhvini etiraf edərək, məhkəmədən ədalətli qərar çıxarılaraq övladlarının ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, nəqliyyat işində işləyir, özünə məxsus iki ədəd avtobusu icarəyə verməklə ayqlıq qazancı 500-600 manat təşkil edir. 1995-ci ildə nikaha daxil olmuş, həmin nikahdan olan uşaqları yetkinlik yaşına çatmışlar. Məsumə ilə 2010-cu ildən tanışdır, həftənin iki günü Məsumənin yanında olmuş, Məsumə son iki ildə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, Məsuməni bu yoldan çəkindirməyə çalışmışdır. Həmin vaxt işləmədiyindən Məsuməyə maddi cəhətdən köməklik edə bilməmişdir. Məsumə ilə münasibətləri 2018-ci ildə uşaqlarının doğulmasından sonra pozulmuşdur. Belə ki, o, Mənsumənin uşaq dünyaya gətirməsini istəməmişdir. Mənsumə artıq 6-7 aydır təcridxanadadır, o özü uşaqlarını sığınacağa təhvil vermişdir. Oğlu Cihanın 8 yaşı olsa da indi birinci sinifə gedir. Qızı Diləyin 10 yaşı olsa da 3-cü sinifdə oxuyur. Əvvəlki məhkəmə proseslərinə gəlməməsinin səbəbi onun balaca uşağın atası olmamasıdır. O, sonuncu uşağın atasını tanımır. Binəqədi Rayon İcra Hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin nümayəndələri evə gələrkən onun evdə tək başına ona aid olmayan uşağa baxmasını görmüşlər. O, həmin uşağa 4 ay baxmışdır. Hal-hazırda da o, 3 saylı Uşaq Evində olan uşaqları ilə maraqlanır. O, uşaqlarını atmamış, atmaq fikri də yoxdur. Mənsumənin evinə gələn tanışlarının ona aidiyyəti yoxdur. O, Mənsumənin evinə uşaqlarına görə getmişdir. Televiziyadan gələn xanıma qonşular Mənsumənin evinə gəlib gedənlərin, Elnur bu evə gələndən sonra yüzdə səksən faiz azalmasını demişlər. O, uşaqlara görə məcbur olub 4 ay Məsumənin evində qalaraq uşaqlara baxmış, həmin vaxt Məsumə 1-2 saatlıq evə gələrək yenidən getmişdir. O, Məsumədən harada qalmasını, nə işlə məşğul olmasını soruşmamışdır. Belə ki, onların münasibətləri çoxdan qurtarmış, hər biri öz həyatlarını yaşayırlar. Evə nəsə lazım olanda ya uşaqları mağazaya göndərmiş, ya özü alıb gətirmişdir. Nəsə vacib bir işi olduğu halda uşaqları qonşuya tapşırmışdır. Onun öz evi olmadığından uşaqalarını öz evinə apara bilmir. Məsumənin bacıları ilə evlə bağlı mübahisəsi olduğu üçün Mənsumə həbs olunduqdan sonra bacıları uşaqların pal-paltarını, velosipedini qırmış, şəxsiyyət vəsiqlərini yandırmışlar. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvü X35 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə sözügedən uşaqlarla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 2022-ci ilin dekabr ayında şifahi müraciət daxil olmuşdur. Həmin müraciət əsasında onlar Binəqədi Rayon Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə uşaqların yaşadıqları Biləcəri qəsəbəsi Vidadi küçəsi ev 2 ünvanına getmiş, ünvanda olarkən həmin evdə dörd uşağın olmasını, uşaqlardan ən kiçiyi olan Selenin həmin evdə beşikdə olmasını, evin pəncərəsinin qırıq olmasını, evdə qaz peçinin yanmasını, qaz peçinin borusunun evin içində olmasını, yəni qazın zərərli tüstülərinin körpə uşaq olan evə daxil olmasını, uşağın beşikdə ağlamasını, böyük uşaqlar Cihan, Dilək və Sevdanın evin həyətində oynamalarını, darvazadan küçəyə çıxmalarını aşkar etmişlər. Onlar evdə olan Cavabdeh2 özlərini təqdim etmiş və hansı məqsədlə ünvana gəldiklərini bildirmişlər. Elnura qanunvericiliyin tələblərini izah etsələr də Elnur onlarla razılaşmamışdır. Polis əməkdaşları ailəni tanımış, onların narkotik vasitə istifadəçi olduğunu bilmişlər. Onlar uşaqlarla söhbət aparmağa çalışmış, belə ki, uşaqlar müəssisəyə yerləşdirilməli idi. Onlar söhbət apardıqdan sonra Cavabdeh2 seçimi uşaqların iradəsinə buraxaraq etiraz etmədiyini bildirmişdir. Həmin vaxt Mənsumə xanım evdə olmamış, Elnur onunla əlaqə saxlasa da, Mənsumə xanım gəlib çıxmamışdır. Onlar ən kiçik uşağı beşikdən götürüb agentliyin əməkdaşalrına təhvil vermişlər. Belə ki, Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən qəyyumluq orqanı baxımsız və təhlükəli şəraitdə olan uşaqları ailədən almaq səlahiyyətinə malikdir. Həmin qanunun tələbinə əsasən onlar uşağı alaraq prokurorluğa da rəsmi məktubla məlumat vermişlər. Uşaq agentliyin əməkdaşlarına təhvil veriləndən sonra körpələr evinə yerləşdirilmişdir. Həmin gün balaca uşaq götürüləndən bir saat sonra Mənsumə xanım əlində bıçaqla ünvana yaxınlaşmış, bıçaqla onlara hücum etmiş, evə girəcəkləri halda özünə və uşaqlarına xəsarət yetirəcəyini demişdir. Cavabdehin bu cür davranış yarım saat davam etmiş, daha sonra ərazinin polis bölməsinin rəis müavini gəldiyindən Mənsumə xanım sakitləşmişdir. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəis müavini Vaqif hadisə yerinə yaxınlaşaraq xanımla söhbət aparmış, xanım səhəri gün uşaqları təqdim edəcəyinə söz vermişdir. Onlar növbəti günü yenidən həmin ünvana gəlmiş, Mənsumə xanım yenə evdə olmamış, onunla əlaqə saxlanılmış uşaqları təhvil verəcəyinə söz verdiyini demiş, Məsumə yenə gələcəyini deyərək onları aldatmışdır. Onlar da uşaqların atası Elnurla söhbət aparıb onun razılığı ilə uşaqları agentliyin xidməti maşını ilə sığınacağa aparmışlar. Onlar ikinci gün ünvana gedərkən həmin ünvanda 3-4 nəfər naməlum şəxs olmuş, onlardan birinin üzərindən şpris tapılmışdır. Ev böyük olsa da, çox səliqəsiz və dağınıq vəziyyətdə olmuş, evdə antisanitar şərait yüksək dərəcədə hökm sürmüşdür. Azyaşlı uşaqların həmin ünvanda yaşaması qətiyyən onların mənafeyinə uyğun deyildir. Həmin evdə balaca uşağın yatdığı otaqdan sonra qaranlıq, tamamilə dağınıq, istifadə olunmayan otaq olmuş, evdə olan şəxslərdən biri o otağa qaçmışdır. O, polis əməkdaşı ilə ora yaxınlaşdıqda həmin adam da cibindən nəsə kağız çıxardıb atmışdır. Onlar nə qədər axtarsalarda həmin əşyanı tapa bilməmişlər. Həmin adamın üzərindən qol sıxmaq üçün rezin və spiriş aşkar olunmuşdur. Onları polis əməkdaşları bölməyə aparmışdır. Bu hadisələrdən sonra Elnur uşaqları Ümid Yeri xeyyriyə cəmiyyəti İctimai Birliyinə aparmağa razılaşmış və uşaqlar həmin sığınacağa təhvil verilmişdir. Sonradan onlara uşaqların anası Mənsumə xanımın uşaqları görüş adı ilə götürüb heç kimə məlumat vermədən ordan qaçırması barədə məlumat verilmişdir. Onlar bu barədə polis idarəsinə məlumat vermiş, onlara uşaqların Abşeron rayonu Xırdalan şəhərində Masazır qəsəbəsində olmaları bildirilmişdir. Bundan sonra onlar aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, daha sonra uşaqların aşkar olunması, Mənsumə xanımın həbs olunması, uşaqların atalarında qalmaları, sonuncunun uşaqları könüllü şəkildə sığınacağa qaytarması məlum olmuşdur. Məhkəmənin qərardadı ilə bağlı tərəflərlə əlaqə saxlamaq mümkün olmadığından komissiya onların iştirakı olmadan işə baxaraq rəy vermişdir. Qonşuların da şifahi olaraq bildirdiklərinə görə cavabdehlər uşaqlara baxa bilmədiklərindən uşaqlar nəzarətsiz qalır, təhsildən yayınırlar. Onlar uşaqları ünvanda aşkar edərkən uşaqlar çox baxımsız şəraitdə olduqlarından onlar ilk əvvəl uşaqların şəraitini yaxşılaşdırmağı, evin səliqə-səhmana salınması tələb etmişlər. Lakin növbəti günü gedərkən evdə yenə eyni vəziyyətin olmasını, hətta evdə kənar şəxslərin olmasını aşkar etmişlər. Ordakı adamlar hansı səbəbdən həmin evdə olduqlarını izah edə bilməmişlər. Mövcud mənzərədən həmin adamların hansısa mənfi məqsədlər üçün ora gəlmələri görünürdü. Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına əsasən uşaq və ailə dövlətin himayəsindədir. Əgər ailələr, valideynlər uşaqlarının hüquqlarını qoruya bilmirlərsə, onları sağlam və təhlükəsiz şəraitdə yetişdirə bilmirlərsə, valideynlik vəzifələrindən sui-istifadə edirlərsə, dövlətin vəzifəsi ondan ibarətdir ki, uşaqları qorusun və öz nəzarəti altına alsın. Qaldırılmış iddia tələbi də dövlətin siyasəti, həmçinin qanunvericiliyin tələbinə əsasən irəli sürülmüş haqlı bir iddiadır. Çünki uşaqların valideynləri öz valideynlik vəzifələrini lazımı qaydada icra edə bilməyib və hətta bu hüquqlardan sui-istifadə ediblər. Narkotik cəmiyyətin bəlasıdır və hər il bu vasitələrdən istifadə edənlərin sayı artmaqda davam edir. Əgər uşaqlar valideynlərinin və digər şəxslərin təhlükəli vərdişləri mühitində böyüyərsə gələcəkdə onlar da potensial cinayətkar və ya digər mənfi ünsürləri daşıyan şəxslər olacaqdır. Bu baxımdan uşaqları qorumaq üçün, uşaqları müdafiə etmək üçün, komissiya hesab edir ki, uşaqlar dövlət himayəsində olmalıdır, valideynlər də valideynlik vəzifələrini yerinə yetirmədiklərinə görə cəzalarını almalıdırlar. Bu kimi qərarlar müvəqqəti xarakter daşıyır. Əgər valideyn islah olunarsa, öz vəzifələrini yerinə yetirmək iqtidarında olduğunu sübut edərsə, məhkəməyə müraciət edib valideynlik hüquqlarının bərpa edilməsini xahiş edə, uşaqlarını da müəssisədən götürə bilərlər. Hazırkı şəraitdə uşaqların gələcəyini təmin etmək üçün müəssisədə, müəssisə rəhbərinin və dövlət qurumlarının öz səlahiyyətlərini yerinə yetirmək üçün uşaqların mənafelərini daha sərbəst şəkildə qorumaq üçün bu iddia əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, işin halları hazırkı vəziyyətdə uşaqların valideynlərinin onlar üzərində valideynlik hüquqlarından məhrum edilməsi, onların mənafeləri baxımından daha məqsədə uyğundur. Uşaqlar dövlətin himayəsində cəmiyyət üçün daha sağlam formada yetişdirilə bilərlər. Bu barədə qərarın qəbul olunması istər dövlət müəssisələri, istərsə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin uşaqlar üzərində dövlət himayəsinin daha sərbəst, daha rahat həyata keçirilməsi üçün kömək olacaq və uşaqlar dövlət himayəsində cəmiyyətə faydalı şəxslər kimi yetişdirilməsi daha asan və rahat olacaqdır. Valideynlərin uşaqlar üzərində valideynlik hüquqları qalacağı təqdirdə uşaqların atası və uşaqların anası cəzasını qurtarandan sonra əlavə sorğusualsız uşaqların ailəyə qaytarılmasına bir növ rəvac verəcəkdir. Valideynlərin öz həyat tərzini, övladlarına qarşı münasibətlərini düzəldilməsinə əmin olunduqdan sonra ailəyə qaytarılmalarını təmin etmək üçün hal-hazırda qaldırılan iddianın təmin olunmasını və valideynlərin uşaqları üzərində valideynlik hüquqlarından məhrum edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayonu 3 nömrəli Uşaq Evinin nümayəndəsi X23 izahatında göstərmişdir ki, 4-5 ay əvvəl onların müəssisəsinə yerləşdirilən uşaqlar bu müddət ərzində mütəmadi olaraq psixoloji seanslardan keçirilmişlər. İsmixanova Dilək və İsmixanov Cihan simbioz həyat tərzinə meyillidirlər, yəni onlar valideynlərinə bağlı yaşayış tərzinə meyilli uşaqlardılar. O, psixoloq olaraq məhkəmədə söylənən bütün fikirlərlə razıdır. Uşaqlar üçün belə bir cəmiyyət yardılsa onlar üçün daha sağlıqlı olar. Sadəcə olaraq uşaqların düşüncəsi əksinədir. Uşaqlar valideynləri ilə simbioz həyat tərzinə malik olduqlarına görə ekstrabet tiplərdir. Onlar öz içlərinə qapanıq tiplərdir. Buna görə də onlar öz arxa dayağı olaraq valideynlərini görürlər. Əgər onlar bilsələr ki, onlardan bu səlahiyyət alınır, o zaman onlar müəyyən bir psixoloji travma ilə qarşılaşa bilərlər. “Valideynlərimiz bizi niyə atdı, deməli biz cəmiyyətə yararlı övladlar deyilik ki, valideynlərimiz bizi atdı” deyə düşünə bilərlər. Seansların birində Cihan ondan “biz niyə bu həyatı yaşadıq, bizim günahımız var, yoxsa valideynlərimizin günahı var” deyə soruşmudur. Yəni bu uşaqlar üçün daha böyük psixoloji travma olmuş olar. Hər iki mühit uşaqlar üçün zərərli olacaqdır. Birinci mühitdə onlar valideynlərindən təcrid olacaqlar, ikinci mühitdə isə olduqları mühit onlar üçün psixoloji travma yaratmış olacaqdır. Dilək əvvəllər 2 il təhsil almış, hazırda uşaqlar təhsil alırlar. Uşaqların ataları mütəmadi olaraq müəssisəyə gələrək onlarla görüşür. O, çıxış edən hüquqşünasların fikri ilə razıdır. Uşaqlar üçün sağlam mühit yaradılmalıdır. Lakin uşaqların hazırda duyğu durumu onlar üçün yaradılmış sağlam mühitə əl vermir. Çünki onların düşüncəsi tamam tərsinədir. O, psixoloq olaraq uşaqları korreksiya edə bilər, sadəcə bunun üçün müəyyən bir zaman lazımdır. Ona görə də izahatında qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayonu 3 nömrəli Uşaq Evinin nümayəndəsi X24 izahatında göstərmişdir ki, valideynlər müvəqqəti də olsa uşaqlardan və valideynlik hüquqlarından da təcrid olunmalıdırlar. Uşaqlar ataları ilə görüşür və görüşdən sonra çox yüksək əhval ruhiyyədə, təhsilə belə meyilli olurlar. Ata gəlməyəndə nikbinlik azalır, aqressivlik öndə olur. Uşaqları birdən-birə atadan ayırmaq çətin olacaqdır. Uşaqlar analarını görməsələr də, ataları ilə əlaqələri var, ata hər həftə uşaqları ilə görüşə gəlir. Onun valideynlər barədə məhkəmə iclasında eşitdikləri ona bu valideynlərin valideynlik hüquqlarından məhrum olunmalı olan valideynlər olması anlamına gəlməyə əsas verir. Ona görə də o, iddia ərizəsi ilə hazırda razılaşır. Məhkəmə iclasında Bakı şəhəri 1 nömrəli Körpələr evinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Cavabdeh1 dördüncü uşağı Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında körpələr evinə yerləşdirilmişdir. Uşaq müəssisəyə gələndə 7-8 aylıq, zəif və baxımsız olmuşdur. Onlar uşağı müayinə və müalicə üçün uşaq xəstəxanasına yerləşdirmiş, bir müddət orda qaldıqdan sonra uşaq yenidən onlara geri qaytarılmışdır. Hal-hazırda uşaq yaş yarımlıqdır və 1 nömrəli Körpələr evində yaşayır. Uşaqla görüşə heç kim gəlmir və maraqlanmır. Ona görə də iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verir. Məhkəmə iclasında Bakı şəhəri 1 nömrəli Körpələr evinin nümayəndəsi X18 digər nümayəndə X2 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında xx.xx.2013-cü il təvəllüdlü X19 izahatında göstərmişdir ki, o, 29 saylı orta məktəbin 3-cü sinifində təhsil alır, dərslərini yaxşı oxuyur, 3 saylı Uşaq Evində yaşayır. Valideynləri ilə yaşadığı müddətdə də məktəbə getmişdir. Uşaq evində qardaşı Cihan və bacısı Sevda ilə yaşayır. Uşaq evində bacısı ilə birlikdə yaşadıqları qəşəng otaqları, öz çarpayıları, öz şkafları vardır. O, yaşadığı yeri isti və rahat olduğu üçün xoşlayır. Onları uşaq evində gəzməyə, hovuza, heyvanxanaya aparmışlar. Onlar anaları ilə Biləcəridə nənəsinin evində yaşamış, anası ilə atası ayrıldıqlarından atası öz evində yaşamışdır. Anası işə getsə də, tez qayıtdığından onlar evdə tək qalmamışlar. Anası işdə olanda o, qardaşı ilə köməkləşib balaca bacısına baxmışdır. O, süd butulkasında bacısının yeməyini hazırlayıb bacısına vermişdir. Atası da onlara gəlib-gedir, uşağa baxırdı. Anası evdə olmayanda onlar ataları ilə yaşamışlar. Anası olmayanda bibisi də onlara yemək hazırlamışdır. Anası işdə olarkən Sevdanı o saxladığından Sevda daha çox ona bağlıdır. Məhkəmə iclasında xx.xx.2015-ci il təvəllüdlü X20 izahatında göstərmişdir ki, onun anası Mənsumə, atası Elnurdur. Hazırda o, uşaq evində yaşayır, orada dostları da vardır. 3-cü sinifdə oxumalı olsa da 1-ci sinifdə oxuyur. Bacılarını çox sevir, anası və atası ilə yaşamaq ona daha yaxşı olmuşdur. Məhkəmə tərəflərin və yetkinlik yaşına çatmayanların izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 6. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. Maddə 7. Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 12. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə və təhsil müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir. Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Maddə 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Maddə 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Maddə 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Maddə 65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Maddə 66.1. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Maddə 66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Maddə 72.1. Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda (bu Məcəllənin 116-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. Maddə 72.2. Uşağı götürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal prokurora və uşağın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvi X35, Binəqədi Rayon Polis İdarəsinin İTŞ-nin YYÇPİTB-nin ispektoru, polis mayoru X29, Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis leytenantı X30 və Azərbaycan Respublikası Əmək və Sosial Müdafiyəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə Departamentinin Qiymələndirmə şöbəsinin mütəxəssisi X31 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, kütləvi informasiya vasitələrində yayımlanan görüntülər və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şifahi məlumat əsasında sağlamlığı və həyatı üçün birbaşa təhlükə olan dörd uşağın valideynlərindən alınaraq uşaq sosial xidmət müəssisəsinə yerləşdirilmələri məqsədilə onların yaşadığı ünvan 2 ünvanında olarkən sözügedən sağlamlığı və həyatı üçün birbaşa təhlükə olan dörd uşaq xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüdlü X22 olmaları müəyyən edilmişdir. Evdə uşaqlar və onların atası olduğunu bildirən Cavabdeh2 aşkar edilmiş, aparılan müşahidələrlə uşaqların yaşadıqları evin baxımsız, yaşayış üçün əlverişsiz, onların həyatı və sağlamlığı üçün birbaşa təhlükəli olması müəyyən edilmişdir. Bununla yanaşı verilən məlumata əsasən uşaqların anası Cavabdeh1 narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir, Cavabdeh1 uşaqları evdə nəzarətsiz qoyub günlərlə evə gəlmir. Uşaqların atası olduğunu bildirən şəxs Cavabdeh2 da Cavabdeh1 uşaqlarını tez-tez evdə qoyaraq günlərlə evə gəlmədiyini, uşaqların onun himayəsində qaldığını, özünün də uşaqlara baxa bilmədiyini qeyd etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 72.1-ci maddəsinə əsasən sağlamlığı və həyatı üçün birbaşa təhlükə olması müəyyən edilən ünvan 3 ünvanında yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X22 və 4 uşağın doğum haqqında şəhadətnamələri alınmış, uşaqlar üçün dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına sağ-salamat vəziyyətdə təhvil verilmişdir. Digər 3 uşaqla müvafiq söhbət aparılan zaman ünvana onların anası Cavabdeh1 gəlmiş, əlində bıçaq tutaraq özünə xəsarət yetirəcəyi və benzinlə özünü yandıracağı ilə hədələdiyi üçün digər 3 uşağın ailədən alınması mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyumluq və himayəçilik komissiyasının üzvü X35, Binəqədi RPİ-in 6-cı PB-in sahə ispektoru, polis baş leytenantı X30, 6-cı PB-in əməlliyyat müvəkkili, polis leytenantı X25 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə Departamentinin Qiymətləndirmə şöbəsinin mütəxəssisi X31 tərəfindən tətib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, kütləvi informasiya vasitələrində yayımlanan görüntülər və Azərbaycan Respublikasının Ailə, X37 üzrə Dövlət Komitəsinin şifahi məlumatı əsasında sağlamlığı və həyatı üçün birbaşa təhlükə olan yetkinlik yaşına çatmayanlar xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X8 valideynlərindən alınaraq uşaq sosial xidmət müəssisəsinə yerləşdilmələri məqsədilə onların yaşadığı ünvan 3 ünvanına aktı tərtib edən şəxslər təkrar getmiş, evdə uşaqlar X19, X20 və X8 onların atası olduğunu bildirən Cavabdeh2 habelə narkotik maddələrinin aludəçisi olması ehtimal edən üç nəfər şəxs müəyyən edilmiş, həmin üç nəfər şəxs adiyyəti üzrə təhvil verilmişdir. Aparılan müşahidələrlə müyyən edilmişdir ki, uşaqların yaşadıqları ev hələ də baxımsız, yaşayış üçün əlverişsiz, onların həyatı üçün birbaşa təhlükəlidir. Aparılan profilaktik söhbətlərdən sonra Cavabdeh2 yetkinlik yaşına çatmayanlar xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X14 evdən çıxarmış, onlar X49 Cəmiyyəti İctimai Birliyinin sığınacağına aparılmış və sağ-salamat vəziyyətdə aktla sığınacağa təhvil vermişlər. Əlavə olaraq 4 uşağın doğum haqqında şəhadətnaməsi də sığınacağa verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin qiymətləndirmə üzrə 079/2022 saylı hesabatından müəyyən olunur ki, ATV-in canlı efirində valideynləri narkotik aludəçisi olan baxımsız vəziyyətdə qalan uşaqlar ilə bağlı məlumat əldə edən kimi xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüldlü X7 olduğu ailəyə ilkin qiymətləndirmə aparılması məqsəd ilə səfər edilmişdir. Müəyyən edilmişdir ki, uşaqların anası xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 ilə qeyri-rəsmi münasibətindən X19, X20 və X21 dünyaya gəlmişdir. Bioloji ata Cavabdeh2 verdiyi məlumata əsasən xx.xx.2022-ci il təvəllüdlü X7 doğum şəhadətnaməsində onun adı qeyd edilsə də, uşaq bioloji ananın digər şəxslə qeyri-rəsmi münasibətindən dünyaya gəlmişdir. Binəqədi RPİ-in 6-cı PB-dən verilən məlumata görə valideyn ananın CM-nin 234.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunduğu məlum olmuşdur. Hazırda uşaqlar Cavabdeh2 nəzarətindədir. Qiymətləndirmə zamanı Cavabdeh2 özünündə narkotik maddə istifadəçisi olduğu müəyyən olunmuşdur. Ailənin yaşadığı fərdi yaşayış evinin maddi-məişət şəraitinin uyğunsuzluğu, yataq yerləri, evin otaqlarının antisanitar vəziyyətdə olması, evdə spesifik qoxunun (mavi qaz qoxusu, nəmişlik) olması qaz sobasının tüstü bacasının olmaması səbəbi ilə zərərli qazların evin daxilinə yayıldığı və bu vəziyyətin uşaqların həyatı üçün təhlükəli olması müşahidə olunmuşdur. Ailəyə edilən səfər zamanı yeddi aylıq körpənin sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu müəyyənləşmiş və təcili yerləşdirilməsi zərurəti yaranmışdır. Ailə Məcəllənin 72.1-ci maddəsinə uyğun olaraq hadisə yerinə dərhal Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşı cəlb edilmiş və onların iştirakı ilə müvafiq akt əsasında uşağın ailədən təcili alınaraq müəssisəyə yerləşdirilməsi qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il təvəllüdlü X22 müvafiq qurumların iştirakı ilə ailədən götürülmüş və X49 cəmiyyəti İctimai Birliyinin sığınacağına yerləşdirilmişdir. Digər uşaqların evdən çıxması prosesinə qurumun əməkdaşlarına hədə-qorxu gəlməklə bioloji ana mane olmağa çalışmış və polisə aparılmışdır. Uşaqların psixo-emosianal vəziyyətində gərginliyi nəzərə alaraq digər 3 uşağın yerləşməsi xx.xx.2022-ci il tarixdə baş tutmuşdur. xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 müvafiq akt əsasında ailədən alınaraq sığınacağa yerləşdirilmişdir. Sığınacağa yerləşdirilən xx.xx.2022-ci il təvəllüdlü X22 barəsində təcili olaraq Səhiyyə Nazirliyi tabeliyində Bakı şəhəri 1 saylı Körpələr Evinə yerləşdirilməsi barədə qərara gəlinmişdir. Digər uşaqlar xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 ilə sosial-psixoloji reabilitasiya tədbirləri başladılmışdır. Reabilitasiya tədbirləri bitdikdən sonra uşaqların müəssisədə qiymətləndirmə nəticələrinə uyğun olaraq dövlət uşaq müəssisələrindən birinə yerləşdirilməsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, televiziya verlişlərinin birində yayımlanan canlı efir zamanı əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi tərəfindən narkotik istifadəçisi Cavabdeh1 və Cavabdeh2 baxımsız vəziyyətə düşmüş uşaqları barəsində ünvan 2 ünvanında aparılmış qiymətləndirmə nəticəsində məlum olmuşdur ki xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 ilə qeyri-rəsmi nikah münasibətindən xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2022-ci il təvəllüdlü X22 adlı uşaqları vardır. Uşaqlar evdə nəzarətsiz, baxımsız vəziyyətdə, natəmiz şəraitdə aşkar olunmuş habelə onların təhsildən yayındıqları faktı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 72.1-ci maddəsinə uyğun olaraq həyat və sağlamlığı birbaşa təhlükədədə oluğuna görə hadisə yerinə dərhal Binəqədi Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiyəsi üzrə Komissiyasının və Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları cəlb edilmiş və onların iştirakı ilə müvafiq akt əsasında uşaqlar ailədən təcili alınaraq ilkin olaraq X49 Cəmiyyəti İctimai X10, daha sonra X22 xx.xx.2022-ci il tarixdə Nazirliyin 015/2022 nömrəli Qərarı ilə 1 nömrəli Körpələr Evinə yeləşdirilmişdir. X49 Cəmiyyəti İctimai Birliyindən verilən məlumata əsasən xx.xx.2022-ci il tarixində X19, X20 və X21 anası tərəfindən müəssisənin rəhbərliyinə məlumat verilmədən aparılmış, bununla bağlı Nazirlik tərəfindən aidiyyəti orqanlara məktublar ünvanlanmışdır. Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2023-cü il tarixli 3- 13-40-3/2-5636/2023 nömrəli məktubunda uşqaların anadan alınıb müəssisəyə yerləşməsi barədə köməklik ediləcəyi qeyd edilmişdir. Habelə sözügedən polis bölməsinin müvaqafiq əməkdaşı tərəfindən verilən şifahi məlumata əsasən ana barəsində həbs qətimkan tədbiri seçilmiş və eyni zamanda uşaqlar barəsində məlumat verilməmişdir. Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-46-3/2-2981/2023 nömrəli məktuba əsasən, Cavabdeh1 şübhəli şəxs qismində saxlanılaraq üzərində 1.349 qram narkotik maddə hesab edilən metamfetamin aşkar edildiyi, faktla bağlı Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığı, Cavabdeh2 isə əvvəllər eyni maddə ilə məhkum olunduğu bildirilmişdir. Bununla əlaqədar, uşaqların hüquq və mənafelərinin müdafiəsi məqsədilə Nazirlik tərəfindən valideynlərinin valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə baxışı zamanı ana barəsində ittihamedici hökmün çıxarılması müəyyən edilmişdir. Qeyd olunlanları nəzərə alaraq, uşaqların hüququ və mənafelərini müdafiə etmək və təhlükəsizliklərini təmin etmək məqsədilə onların tapılması, yerləşdirilməsinə köməklik göstərilməsi və nəticəsi barədə Nazirliyə məlumat verilməsi ilə əlaqədar müvafiq göstəriş verilməsi xahiş olunmuşur. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 6-cı PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 şübhəli şəxs qismində saxlanılaraq 6-ci PB-nə gətirilmiş, şəxsi axtarış zamanı onun üzərindən 1,349 qram narkotik maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüş, faktla bağlı Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayyət işi başlanılaraq toplanmış material Binəqədi RPİ-nə göndərilmişdir. xx.xx.1974-cü ildə Naxçıvan MR-da anadan olmuş Cavabdeh2 əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 485586 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1438 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 640867 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 951 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır. Bakı 1 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 333036 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 4901 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Cavabdeh1dır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 647149 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 59 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Cavabdeh1dır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-194/2023 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, işin araşdırılan hallarına əsasən, komissiya tərəfindən cavadehlər Cavabdeh1 və Cavabdeh2 övladlarına qarşı öz valideynlik vəzifələrini lazımınca yerinə yetirməmələri, valideynlik hüquqlarından suiistifadə etmələri, habelə narkotik vasitələrin və psixotrop maddələrin istifadəçiləri olmaları müəyyən edildiyindən Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi və 34-cü maddələrini, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci və 19-cu maddələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci və 64-cü maddələrinin tələblərini nəzərə alaraq, uşaqların mənafeyinin üstünlüyü baxımından cavabdehlər Cavabdeh1 övladları xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüldlü X11 münasibətdə, habelə Cavabdeh2 övladları X15 və X12 münasibətdə valideynlik hüquqlarından məhrum olunmalarını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 faktiki nikah münasibətlərindən X19, X20 anadan olmuşdur. Araşdırma zaman cavabdehlər X8 da onların faktiki nikah münasibətlərindən doğlulmasını bildirsələr də, bu uşağa münasibətdə Cavabdeh2 atalığı müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh1 dünyaya gətirdiyi X11 münasibətdə də atalıq müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, uşaqlarının qayğısına qalmaq və onları tərbiyə etmək borcu olan, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşımalı olan valideynlər Cavabdeh1 və Cavabdeh2 öz övladlarına münasibətdə valideynlik vəzifələrini icra etməmələri barədə məlumat ATV kanalında müzakirə olunduqdan sonra iddiaçının əməkdaşları dərhal araşdırmaya balamış, valideyn nəzarətindən, qayğısından uzun müddət kənarda qalan, dörd yetkinlik yaşına çatmayanın, yəni xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 və ya həyatının birbaşa təhlükədə olmasını aşkar edərək onların müvafiq dövlət müəssisələrinə yerləşdirilməsini təmin etmiş, daha sonra iddiaçı öz vəzifələrini icra etməyən valideynlərin valideynlik hüquqlarından məhrum edilmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müxtəlif yaş hədlərində olan uşaqların uzun müddət natəmiz şəraitdə öz başlarına yaşamaları, təhsil almaq hüququ olan uşaqların təhsildən yayınmaları, onlara tibbi xidmət göstərilməməsi, narkotik vasitələrin aludəçisi olan, hazırda bu əməlinə görə məhkum edildiyi üçün cəza çəkən ananın yetkinlik yaşına çatmayanları evdə nəzarətsiz qoyması, uşaqları ilə maraqlanmaması, övladları ilə yaşamayan atanın, yalnız kənar şəxslər tərəfindən məlumat verildikdən sonra övladlarının yaşadığı evə gəlməsi, bundan sonra azyaşlı uşaqların yaşadığı evə kənar şəxslərin gəlməsinə, həmin evdə öz istədikləri şəkildə davranmalarına şərait yaratması, nəticədə hər iki cavabdehin öz övladlarına münasibətdə valideynlik vəzifələrini icra etməmələri öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayanlar dövlət müəssisələrinə yerləşdirildikdən sonra onlar qayğı ilə əhatə olunmuş, onlara tibbi xidmət göstərilmiş, təhsil hüquqları bərpa edilmiş, asudə vaxtlarını maraqlı keçirmələri, istirahət hüquqlarının təmin edilməsi üçün təşkil olunan müxtəlif tədbirlərdə iştirak etmişlər. Bu halı məhkəmə iclasında dinlənilən yetkinlik yaşına çatmayanlar da izahatlarında bir daha təsdiq etmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2018ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X11 münasibətdə, Cavabdeh2 isə xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12 münasibətdə valideynlik vəzifələrini icra etməmələri mülki iş üzrə tədqiq olunmuş bütün sübutlarla öz təsdiqini tapdığından, cavabdehlərin etirazlarında istinad etdikləri hallar övladlarının mənafeyinə deyil, yetkinlik yaşına çatmaynlara münasibətdə özlərinin faktiki davranışlarına haqq qazandırmaq məqsədi daşıdığından iddia ərizəsi əsaslıdır ona görə də təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X11 münasibətdə valideynlik hüquqlarından məhrum edilsin. Cavabdeh2 xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X12 münasibətdə valideynlik hüquqlarından məhrum edilsin. Cavabdeh2 dövlət rüsumuna görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar