Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-191/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X14, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 46.838,70 manat məbləğində əsas, 14.473,83 manat məbləğində faiz, 9.081,99 manat məbləğində dəbbə pulu, cəmi 70.394,52 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X14, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddianı qəbul etməyərək, bildirmişdir ki, lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixli sazişə əsasən Cavabdeh2 təhvil verilmiş və onun atası Cavabdeh1 həmin sazişdən irəli gələn öhdəliyin icrasına zamin durmuşdur. Lakin sonradan Cavabdeh2 həmin saziş üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və avtomobil iddiaçıya qaytarılmışdır. İddiaçı Cavabdeh2 ilə aralarında xx.xx.2019-cu il tarixdə Daxili maliyyə lizinqi müqaviləsinin bağlandığını bildir, halbuki həmin müqavilənin və müqaviləyə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin Cavabdeh2 tərəfindən imzanması qeyri-mümkündür. Belə ki, bu şəxs həmin vaxt həqiqi hərbi xidmətdə olmuş və avtomobil onun istifadə və sahibliyində olmamış, həmin vaxt avtomobil artıq iddiaçıya qaytarılmışdır. Digər tərəfdən bu avtomobil lizinq obyekti oduğundan onun idarə olunması üçün iddiaçı tərəfindən Cavabdeh2 etibarnamə verilməli idi. Lakin 2019-cu il tarixdə bu şəxsə yalnız bir dəfə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək qüvvəsi olan etibarnamə verilmişdir. Bundan əlavə qeyd edilən avtomobili cavabdehlərə hər hansı aidiyyəti olmayan və onların tanımadığı X5 adlı şəxs xx.xx.2019-cu il tarixdə idarə edərkən, yol-nəqliyyat hadisəsi törəmiş və bu hadisə nəticəsində başlanmış cinayət işi üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(005)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə həmin şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona müvafiq cəza təyin edilmişdir. Bütün bunlar avtomobilin Cavabdeh2 alındığını və nəticədə onların arasında öhdəlik münasibətlərinə xitam verilməsini sübut edir. Bununla da iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə də xitam verilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavə təqdim edilsə də, həmin müqavilənin özü təqdim edilməmiş və bu müqaviləyə uyğun Cavabdeh1 ilə zaminlik müqaviləsi və ya zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə bağlanmamışdır. Bu halın mövcudluğu da lizinq müqaviləsi üzrə Cavabdeh1 hər hansı məbləğdə pulun tutulmasını istisna edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9, X2 və X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə X4 adlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli avtomobili həmin şəxsə 24 ay müddətinə lizinqə (icarəyə) vermiş, o isə bu əmlakın dəyəri olan 69.550 manat pulu illik 18 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənilməsi, habelə ödənişlərdə gecikməyə yol verdiyi halda hesablanacaq dəbbə pulunun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra iddiaçı ilə X10 adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər həmin şəxsə ötürülmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər Cavabdeh2 ötürülmüş və qeyd edilən avtomobil həmin tarixdə ona təhvil verilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 lizinq alan Cavabdeh2 xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin avtomobillə bağlı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və X18 adlı şəxsə xx.xx.2019-cu il tarixədək, habelə Cavabdeh2 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X3 xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərərək, Daxili maliyə lizinqi müqaviləsi üzrə yaranmış borc barədə onlara məlumat vermiş və həmin borcun 3 gün ərzində ödənilməsini tələb etmişdir. Hazırda iddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli sazişə əsasən xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin Cavabdeh2 ötürülməsinə baxmayaraq, onun tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyini, həmçinin iddiaçının razılığı olmadan avtomobili sürücülük hüququ olmayan şəxsə verdiyini və həmin şəxs tərəfindən yol-nəqliyyat hadisə törədildiyini, nəticədə avtomobilə maddi zərərin də vurulduğunu, avtomobilin hazırda onda olmadığını bildirir və cavabdehin xx.xx.2021-ci il tarixə həmin müqavilə üzrə 46.838,70 manat əsas, 14.473,83 manat mükafat, 9.081,99 manat cərimə, cəmi 53.268,39 manat borcunun yarandığını iddia edir və bu məbləğin ondan, habelə onun öhdəlikləri üçün zamin olan digər Cavabdeh1 tutulmasını tələb edir. Həmçinin, iddiaçı Cavabdeh2 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə onunla yeni ödəniş cədvəlinin bağladığını və həmin cədvələ əsasən öhdəliklərin icrasının 48 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdək uzadıldığını bildirir. Cavabdeh1 vəkili iddianı qəbul etmir. Lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli sazişə əsasən Cavabdeh2 təhvil verilməsinə baxmayaraq, sonradan öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən avtomobilin iddiaçıya qaytarıldığını, bu cavabdehin xx.xx.2019-cu il tarixdə Daxili maliyyə lizinqi müqaviləsini və müqaviləyə 1 saylı əlavəni, yəni ödəniş cədvəlini imzalamadığını, onun həmin vaxt həqiqi hərbi xidmətdə olduğunu, avtomobilin onun istifadə və sahibliyində olmadığını, həmin vaxt avtomobilin artıq iddiaçıya qaytarıldığını, avtomobilin idarə edilməsi üçün ona iddiaçı tərəfindən etibarnamənin verilmədiyini, 2019-cu il tarixdə bu şəxsə yalnız bir dəfə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək qüvvəsi olan etibarnamənin verildiyini, qeyd edilən avtomobili cavabdehlərə hər hansı aidiyyəti olmayan və onların tanımadığı X5 adlı şəxs idarə edilərkən xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyini, bütün bunların bu cavabdehlə iddiaçı arasında öhdəlik münasibətlərinə xitam verilməsini sübut etdiyini, bununla da iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə də xitam verildiyini, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavə təqdim edilməsinə baxmayaraq, həmin müqavilənin təqdim edilmədiyini və bu müqaviləyə uyğun Cavabdeh1 ilə zaminlik müqaviləsinin və ya zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin bağlanmadığını, bu halın mövcudluğunun da lizinq müqaviləsi üzrə ondan hər hansı məbləğdə pulun tutulmasını istisna etdiyini bildirir və iddianın bu cavabdehə aid hissədə rədd edilməsini xahiş edir. SX seriyalı, ******* saylı Hərbi biletin surətinə əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1599 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 127-ci vərəqində olan Cavabdeh2f Rövşən oğlunun adından "xxxx" MMC-nin rəhbəri X8 adına ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdə “İmza:” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-36-cı vərəqində olan 11 yanvar 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavənin (ödəmə cədvəlinin) kserosurətinin 1-ci və 2-ci vərəqlərində “Lizinq alan” qrafasındakı əks olunmuş imzalar – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2019-cu il tarixdə həmin avtomobil üçüncü şəxs X7 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə üçüncü şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs kimi tanınmış "xxxx" MMCnin nümayəndəsi X14 bildirmişdir ki, “AUDİ A7” minik markalı, ** AR *** nömrəli avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh2 lizinqə verilmiş, həmin avtomobilin idarə edilməsi üçün də bu şəxsə, həmçinin X12 etibarnamələr verilmiş, lakin lizinq ödənişləri aparılmadığından bir neçə dəfə avtomobil Cavabdeh2 alınmış, sonradan ödənişlər edildiyindən avtomobil ona qaytarılmışdır. 2019-cu ildə avtomobillə bağlı cəmi 3 dəfə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və X12, habelə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 müraciətinə əsasən X3 etibarnamə verilmişdir. 2019-cu ilin noyabr ayının 2-ci 10 günlüyündə onlara məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil zədələnmişdir. Hadisə zamanı avtomobilə 10.000 manatdan artıq maddi zərər dəymiş, hadisə zamanı avtomobili idarə edən şəxs barədə onların məlumatı olmamışdır. Cəmiyyət təqsirləndirilən şəxsdən şikayətçi deyil. İfadəsi alınmış X18 həmin avtomobili lizinq müqaviləsi üzrə əldə edən Cavabdeh2 atası Cavabdeh1 sürücüsü kimi 2019-cu ilin aprel ayından iyul ayınadək idarə etdiyini, sonradan işdən çıxdığını bildirmişdir. Cavabdeh2 isə qeyd etmişdir ki, həmin avtomobili 2017-ci ildə lizinq müqaviləsinə əsasən almış və avtomobil həm onun, həm də "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında sürücüləri tərəfindən idarə edilmişdir. Sonradan avtomobili hər hansı rəsmiləşdirmə aparmadan 10.000 manata Teymur adlı şəxsə satmışdır. Bir müddət sonra avtomobilin Rəşad adlı şəxs tərəfindən alınması barədə məlumat əldə etmişdir. Lakin Rəşad ödənişləri etmədiyindən "xxxx" MMC onu narahat etməyə başlamış, o da Rəşadın telefon nömrəsini taparaq onunla əlaqə saxlamış və ödənişlərin aparılmasını ondan tələb etmişdir. Rəşad da ödəniş edəcəyinə vəd vermişdir. xx.xx.2019-cu il tarixdə ona telefon vasitəsi ilə avtomobilin qəzaya düşməsi barədə məlumat verilmişdir. Araşdrıma zamanı avtomobilin hazırda iddiaçıda və ya cavabdehlərdə olduğu aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir; 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748.3-cü maddəsinə əsasən lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı "xxxx" MMC ilə X4 adlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən X4 lizinq obyekti olan “AUDİ A7” minik markalı avtomobilin dəyərini təşkil edən 69.550 manat məbləğində pulu 24 ay ərzinə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bununla belə, həmin müqavilə 24 ay müddətinə bağlanmış və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. Lakin iddiaçı ilə Cavabdeh2 arasında bu müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə saziş müqavilənin qüvvədə olması müddəti bitdiyi, yəni xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Halbuki, qüvvədə olma müddəti bitmiş müqavilə üzrə belə bir saziş bağlana bilməzdi. xx.xx.2017-ci il tarixli sazişə əsasən cavabdeh müqaviləyə əlavə olunmuş qrafikin davamı olaraq illik 18 faiz dərəcəsi ilə faiz hesablanmaqla hər ay 1.625,18 manat məbləğində ödəniş etməli idi. Halbuki, həmin vaxt ödəniş cədvəli artıq bitmişdir. xx.xx.2015-ci il tarixli müqavilə üzrə lizinq müddətinin uzadılması barədə tərəflər arasında hər hansı razılaşmanın olması, o cümlədən yeni ödəniş cədvəlinin tərtib edilməsi də müəyyən edilmir. Sazişdə də öhdəliyin icrası müddəti ilə bağlı hər hansı qeyd aparılmamış, habelə sazişə uyğun hər hansı ödəniş cədvəli tərtib edilməmişdir. Belə olan halda, xx.xx.2015-ci il tarixli müqavilədə bu müqavilənin öhdəliklər tam icra olunanadək qüvvədə olması barədə müddəa olduğu təqdirdə belə həmin müddəa iddiaçıya lizinq alan tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində ona vurulmuş zərəri tələb etmək hüququnu verir, lakin cavabdehlə həmin müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə saziş bağlamaq hüququnu vermir. Hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında yeni Daxili maliyyə lizinqi müqaviləsi bağlanmalı idi, lakin bağlanmamışdır. Qeyd edilən avtomobilin onun əvvəlki istifadəçisi olmuş X10 tərəfindən iddiaçıya qaytarılması tarixi barədə də hər hansı məlumat yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində bu barədə hər hansı qeyd aparılmasa da, iddia ərizəsinə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş ödəniş cədvəli əlavə edilmişdir. İddiaçı həmin cədvəlin cavabdehin müraciəti əsasında tərtib edildiyini və onun tərəfindən imzalandığını, bununla da lizinq müddətinin uzadıldığını iddia etsə də, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1599 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyində həmin ödəniş cədvəlinin 1-ci və 2-ci vərəqlərində “Lizinq alan” qrafasında əks olunmuş imzaların – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bu da öz növbəsində həmin cədvəlin cavabdeh tərəfindən imza edilməsini istisna edir. Cədvəlin onun tərəfindən imza edilməsini istisna edən digər hal isə cavabdehin həmin vaxt həqiqi hərbi xidmətdə olmasıdır. Cədvəldə aparılmış qeydə əsasən həmin cədvəl iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 126 saylı Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavədir. Lakin araşdırma zamanı belə bir müqavilənin olması (bağlanması) müəyyən edilməmişdir. Ümumiyyətlə məhkəmənin təklifinə baxmayaraq, iddiaçı tərəfindən cədvəlin əsli də təqdim edilməmişdir. Nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə hər hansı müqavilə, o cümlədən müqavilənin tərkib hissəsi olan əlavə imzalanmamış və bağlanmamışdır. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh2 arasında hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə saziş bağlana bilməzdi və o, borclunu əvəz edə bilməzdi. Bu səbəbdən bu saziş bağlandığı andan etibarsızdır. Tərəflər arasında hər hansı Daxili maliyyə lizinqi müqaviləsi də bağlanmamışdır. Başqa sözlə, xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında hər hansı öhdəliyi yarana bilməzdi və həmin müqavilə üzrə mövcud olan öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün bu cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd edilən avtomobildən istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən aparılmış ödənişlər isə lizinq müqaviləsi üzrə aparılmış lizinq ödənişləri kimi qəbul edilə bilməz. Bu səbəbdən iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə hər hansı məbləğdə pul tələb edə bilməz. Məhkəmə o halları da nəzərə alır ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən saziş üzrə ödənişlər xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmış, bundan sonra 10 aya yaxın müddət hər hansı ödəniş aparılmamış və xx.xx.2019-cu il tarixdən ödənişlərin aparılması davam etdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaçının nümayəndəsi özü də etiraf etmişdir ki, lizinq ödənişləri aparılmadığından bir neçə dəfə avtomobil Cavabdeh2 alınmış, sonradan ödənişlər edildiyindən avtomobil ona qaytarılmışdır. Cavabdeh özü də avtomobili idarə etdiyini etiraf etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olması onun bu avtomobildən istifadə etməsini istisna edir. Bununla belə, göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, həm ödənişlərin aparılmadığı, həm də cavabdehin həqiqi hərbi xidmətdə olduğu vaxt avtomobil cavabdehin deyil, iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Lakin avtomobilin hansı tarixlərdə cavabdehdən alınması və hansı tarixlərdə ona yenidən qaytarılması, habelə ödənişlərin hansı hissəsinin məhz cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında aparılmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən avtomobilin ümumiyyətlə hansı müddət ərzində cavabdehdə olmasını, habelə onun tərəfindən hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək olmur. Həmin avtomobilin iddiaçı tərəfindən verilmiş və 1 ay (növbəti ödəniş tarixinədək) qüvvəsi olan etibarnamələr əsasında idarə edildiyi (istifadə edildiyi) nəzərə alındığı halda, avtomobil yalnız 2019-cu ilin 12 iyun tarixindən – 11 iyul tarixinədək cavabdehin istifadəsində olmuşdur. Məhkəmə, avtomobilin hər hansı bir müddət ərzində cavabdehin istifadəsində olması ilə bağlı qeyd edir ki, məhkəmənin hazırki mövqeyi iddiaçının (avtomobilə görə aparılmış ödənişlər nəzərə alınmaqla, habelə tələbin hüquqi əsasını və cavabdehi müəyyən etməklə) xx.xx.2017-ci il tarixdən sonra avtomobilin real olaraq istifadə edildiyi müddət üçün pulun, habelə avtomobildən istifadə nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin tutulmasını məhkəmə qaydasında tələb etmək hüququnu istisna etmir. Məhkəmə, iddia tələbinin “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə Cavabdeh2 borcun tutulması” hissəsi ilə bağlı mövqeyini rəhbər tutub, belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi də etibarsızdır və bu səbəbdən iddia tələbi bu cavabdehə münasibətdə də əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli saziş etibarlı olduğu, habelə xx.xx.2019-cu il tarixli müqavilə (ödəniş cədvəli) real olaraq bağlandığı təqdirdə belə Mülki Məcəllənin 477-ci maddəsinin tələbləri baxımından zaminlik müqaviləsinə xitam verilməlidir. Belə olan halda da, iddia tələbi Cavabdeh1 aid hissədə əsassız olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X14, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 manat məbləğində pul vəsaitinin 70 manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 70 manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 (bir yüz qırx) manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 70 (yetmiş) manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-191/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-191/2022
10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver