Məhkəmə qərarları › İş №2(001)-1934/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1934/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1934/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbi ”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbi ”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə təhlükəsizliklərinin təmin edilməsi məqsədilə 30.000 mant birdəfəlik maddi yardım əvəzində ünvan 1 ünvanında yerləşən yaşadıqları qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Baxış oğlu mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və iddiaçının məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin işə mahiyyət üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı,259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbi ”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar