Məhkəmə qərarları › İş №2(001)-1940/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1940/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1940/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Ş.Məmmədov və İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə cavabdeh qismində AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin onun tabe olduğu Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əvəz edilməsini və cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə əlaqədar olaraq mülki işin cavabdehin hüquqi ünvanının olduğu ərazi üzrə səlahiyyətli məhkəməyə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsin ərizəsini (vəsatətini) dinləyib, işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, (ərizə) vəsatət təmin edilməli, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ərizənin cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hissəsi təmin edildiyindən və əsl cavabdeh olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun hüquqi ünvanı ünvan 2sinin (vəsatət) aidiyyət hissəsi də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfin vəsatətini nəzərə alaraq, mülki işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. - 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun hüquqi ünvanı ünvan 3 görə də vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 39, 44, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar