Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1943/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Xaqani oğluna qarşı “həyətyanı sahəyə giriş-çıxışa maneçiliyin aradan qaldırılması” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 22 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Xaqani oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvannda həyətyanı yaşyış sahəsinə giriş-çıxışın müəyyən edilməsi, cavabdehlər tərəfindən torpağa basdırılmış iri ölçülü hündür dəmir boruların çıxarılması, həyətdə giriş-çıxış üçün nəzərdə tutulmuş darvazanın cavabdehlər tərəfindən bir hissəsinin bağlanaraq tikilmiş hammaış sökülməsi, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında ümumi istifadədə olan həyətyanı yaşayış sahəsində İddiaçı tərəfindən şəxsi istifadəsi üçün tikilmiş olan eyvanın (balkonun) öz hesabına sökülməsi, eyvan sahəsi ərazisinin əvvəlki vəziyyətə qaytarılmasının cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 ilk iddianı müdafiə etdiklərini, qarşılılıq iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, İddiaçı iddia ərizəsində göstərilən ünvanda özünə məxsus 4 otaqlı, 90,2 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Evin həyətyanı sahəsi ilə qonşuluqda Cavabdeh2 məxsus mənzil yerləşir. Həm iddiaçının, həm də Cavabdeh2 evləri eyni həyətyanı sahədə yerləşir, həyətə giriş-çıxış qapısı birdir. Cavabdeh2 2021-ci ilin sentyabr ayından ümumi istifadədə olan həyətdə tikinti işlərinə başlamış, həyətdə iri ölçülü hündür borular basdırmışdır. Eyni zamanda, özünə məxsus iri əşya dolabını, paltar sərgisini, ayaqqabı və digər geyim əşyalarını, istifadə etmədiyi tikinti materiallarını ümumi istifadədə olan həyətə və həyətdən giriş-çıxış yoluna düzmüşdür. Həyətə giriş darvazasının bir hissəsi cavabdehlər tərəfindən bağlanaraq, orada hamam-tualet tikilmiş, nəticədə həyətə giriş darlaşdırılmışdır. Nəticədə iddiaçının həyətdən istifadəsi mədudlaşmış və həyətə girişçıxış darvazasından istifadəsi mümkün olmamışdır. Həmçinin, həyətin ümumi yolunda paltar sərgisi asılmış, cavabdeh və onun ailə üzvləri tərəfindən həyətə soba qoyularaq orada yemək bişirilir. Bütün bu sadalananlar nəticəsində iddiaçının və ailə üzvlərinin ümumi həyətdən istifadəsi məhdudlaşmışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Girişdəki darvaza cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılarsa, mübahisəni barışıq yolu ilə həll etmək olar. Qarşılıqlı iddiada göstərilənlər isə əsassızdır, belə ki, İddiaçı özünə məxsus fərdi yaşayış evində konstruktiv dəyişiklik etmiş, ümumi istifadədə olan həyətdə tikili inşa etməmişdir. Digər tərəfdən, Cavabdeh2 bu məzmunda iddia qaldırmağa subyektiv hüququ yoxdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Hüeynqulu oğlu vəkilinin izahatında göstərlənləri təsdiq edərək, əlavəsinin olmadığını bildirib, iddiasının təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı isə müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, ilk iddia tələbində göstərilənlərlə, yəni iddia edilən maneçiliyin olub-olmamasının müəyyən edilməsi ilə bağlı ekspertiza aparılmış, həyətə basdırılmış dəmir boruların və ya darvazanın Ayaz Məmmədvun evinə gediş-gəliş yoluna heç bir maneçilik yaratmadığı müəyyən edilmişdir. Darvazanın əvvəlki vəziyyətə qaytarılması üçün həyətdəki hamamtualet sökülməlidir, bu isə mümkün deyil. Buna görə də, ilk iddia təmin edilməməlidir. Digər tərəfdən, İddiaçı özünə məxsus evin texniki pasportunda qeyd edilməyən eyvan sahəsi artırmışdır. Həmin eyvan sahəsi Cavabdeh2 ümumi istifadədə olan həyətyanı sahədən istifadə və mülkiyyət hüququnu pozmaqdadır. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 ilk iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, sözügedən həyətyanı sahədə onlar (atası Cavabdeh2, qardaşı Cavabdeh1 və digər ailə üzvləri) tərəfindən İddiaçı evinə gediş-gəlişlə bağlı heç bir maneə törədilmir. Darvazaya bitişik tikilmiş hamam-tualet İddiaçıla razılaşdırılmış qaydada inşa edilmişdir, habelə, ekspert rəyindən də görünür ki, nə həmin hamam-tualet, nə də həyətyanı sahədə basdırılmış dəmir borular gediş-gəliş yoluna maneçilik törətmir. Sonda Cavabdeh3 məhkəmədən göstərilənləri nəzərə alıb İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh1 Xaqani oğlu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsini üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Mülki iş materiallarında olan: - FM seriyalı, 037017 nömrəli “qeydiyyat vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra küçəsindəki 4 otaqlı, 60 kv.metr yaşayış, 90,2 kv.metr ümumi sahəsi olan 187 saylı fərdi yaşayış evi 16 fevral 2006-cı il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - FM seriyalı, 014702 nömrəli “qeydiyyat vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra küçəsindəki 2 otaqlı, 23,3 kv.metr yaşayış, 32,4 kv.metr ümumi sahəsi olan 187 saylı fərdi yaşayış evi 24 dekabr 2002-ci il tarixdə X3 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə ilk öncə İddiaçı iddiasına münasibətdə qeyd edir ki, iddia tələbində göstərilən həyətyanı sahədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Xaqani oğlu tərəfindən quraşdırılmış dəmir boruların, habelə darvazanın bir hissəsinə bitişik inşa edilmiş hamamın İddiaçı mülkiyyət hüquqlarını pozub-pozmadığının, həmin dəmir boruların və hamamın həyətyanı sahədən istifadəni məhdudlaşdırıbməhdudlaşdırmadığının, habelə İddiaçı mülkiyyət hüquqları pozulursa, bu pozuntuların aradan qaldırılması üçün dəmir boruların və hamamın sökülməsinin zəruri olubolmadığının müəyyənləşdirilməsi məqsədilə məhkəmənin 29 aprel 2022-ci il tarixli, 2(001)- 1943/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli müvafiq rəyində göstərilmişdir ki, “Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Torpaq sahəsi 3 tərəfdən qonşu sahələrlə, 1 tərəfdən isə yol ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş yol tərəfdən 1 taylı dəmir daraza vasitəsilədir. Torpaq sahəsinə baxış keçirilən zaman giriş qapısının sağ tərəfindən sanitar qovşağı tikilisinin inşa edildiyi, həyəyanı sahəyə daxil olduqda sağ tərəfdə Cavabdeh2 adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi, giriş qapısı ilə üzbəüz isə İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiri müşahidə olunmuşdur. Eyni zamanda qeyd olunur ki, həyətyanı sahəyə baxış keçirilən zaman Cavabdeh2 adına qeydiyyata alınmış fərdi yaşayış evinin qarşısında qonşu torpaq sahəsilə sərhəddə inşa edilmiş hasar tikilisinə bitişik 6 ədəd dəmir borunun quraşdırıldığı müşahidə olunmuşdur.” Ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra küçəsi, 187 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir borular və giriş qapısının sağ tərəfində inşa edilmiş hamam tikilisinin həyətyanı sahəyə keçid yolunda (keçid yolunun eni 2 metr təşkil edir) kəndarda yerləşdiyindən, həmin tikilin və borular həyətyanı sahədən istifadəni məhdudlaşdırmır. Digər sualları cavablandırmaq tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində cavabdehlər tərəfindən quraşdırılmış boruların və inşa edilmiş hamam-tualetin həyətyanı sahədən istifadəni məhdudlaşdırmadığı müəyyən edilmişdir. Bunlardan başqa maneənin olmasına dair isə ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, əsassız olduğundan İddiaçı iddiası rədd edilməlidir. Cavabdeh2 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə bildirir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Mülki işin faktiki halları ilə müəyyən edilir ki, mübahisələndirilən həyətyanı sahənin bir girişi mövcuddur, girişdən sağda ilk öncə Cavabdeh2 məxsus fərdi yaşayış evinin qapısı, sonra isə girişlə üzbəüz hissədə İddiaçı məxsus evin qapısı yerləşir. Yəni, İddiaçı inşa etdiyi iddia edilən əlavə eyvan sahəsi Cavabdeh2 məxsus evə gediş-gəliş yoluna maneçilik törədə bilməz. Ümumi istifadədə olan həyətyanı sahəyə dair isə Cavabdeh2 mülkiyyət hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd mövcud olmadığından bu hal onun mülkiyyət hüququnun pozulması kimi də qiymətləndirilə bilməz. Nəticədə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülkiyyətində olan evin texniki pasportunda nəzərdə tutulmamış yeni tikili inşa edilməsinin qarşısının alınması istiqamətində prosessual hərəkət etmək hüququ müvafiq icra hakimiyyəti orqanına məxsus olduğundan, Cavabdeh2 belə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Habelə məhkəmə bir daha Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsini xatırladır və qeyd edir ki, Cavabdeh2 tərəfindən İddiaçı inşa etdiyi iddia edilən qanunsuz tikili ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət etməsinə dair də heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, qarşılıqlı iddia əsassız hesab edilərək, rədd edilməlidir. Beləliklə, həm ilk, həm də qarşılıqlı iddia rədd edildiyindən, hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Xaqani oğluna qarşı “həyətyanı sahəyə giriş-çıxışa maneçiliyin aradan qaldırılması” tələbinə dair ilk, habelə, Cavabdeh2 İddiaçı qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Hər iki iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza dəyəri kimi 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1943/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1943/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver