Məhkəmə qərarları › İş №2(001)-195/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-195/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-195/2023 21.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Alan-X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11591 manat pulun, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə Cavabdeh1 məxsus “HYUNDAİ ACCENT” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılaşmaya əsasən 30 ay müddətinə, hər gün 20 manat ödəmək şərti ilə almağa razılaşmışdır. Cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olan nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə verilmişdir. 7 ay müddətdən sonra razılaşmanın şərtləri cavabdeh tərəfindən dəyişdirilmiş, dəyərin ödənilməsi üçün 36 ay müddət müəyyən edilmişdir. O, razılaşmaya əsasən cavabdehin atası Cavabdeh2 bank hesabına 8560 manat məbləğində pul köçürmüşdür. Daha sonra o, avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 3531 manat xərc çəkmişdir. Təmir bitdikdən sonra avtomobil başqa şəxsə verilmiş, İddiaçı təmir ilə bağlı xərcləri və ödənilmiş pulları tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin təqsiri üzündən o, maddi ziyanla yanaşı, ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmış, ona 1000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi N.Alan-Əliyev məhkəməyə ərizə ünvanlamış, Cavabdeh2 əlavə cavabdeh qismində mülki işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Alan-Əliyev iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş etibarnaməyə əsasən “HYUNDAİ ACCENT” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti İddiaçı verilmişdir. - Daxili işlər orqanı tərəfindən verilmiş, 041298 nömrəli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışa əsasən İddiaçı məxsus “HYUNDAİ ACCENT” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi zədələnmişdir. - xx.xx.2023-cü il tarixli, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən 8252,80 manat Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilmişdir. Belə ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, İddiaçı avtomobilin dəyərinin ödənilməsi və təmiri üçün 11591 manat məbləğində pul sərf edildiyini qeyd etsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01/23-296 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iş materiallarında olan mütəxəssis baxışına təqdim edilmiş qəbzlərə əsasən, avtomobilin dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən 8252,80 manat məbləğində ödəniş edilmişdir. İddiaçı məhkəməyə təmir xərcləri barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdehlər tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Buna görə də məhkəmə, mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair hissədə qismən əsaslıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 pulun tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ödənilmiş məbləğlər yalnız Cavabdeh2 bank hesabına ödənildiyindən Cavabdeh1 iddiaçı qarşısında heç bir öhdəliyi yaranmır. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı A.Məmmədov ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisənin əsasını təşkil edən avtomobilin alınmasə üçün iddiaçı və Cavabdeh1 arasında şifahi razılıq olsada, 8252,80 manat pul məbləği digər Cavabdeh2 bank hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra həmin avtomobil iddiaçı tərəfindən təmir edilərək cavabdehə geri qaytarılmışdır. Cavabdeh1 avtomobil təmir olunduqdan sonra onu başqa şəxsə vermiş və iddiaçıya həmin avtomobili yenisi ilə əvəz ediləcəyini söz vermişdir. Lakin sonradan avtomobili verməmiş və ödənilmiş pul məbləğini geri qaytarmaqdan yayınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 8252,80 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 8252,80 (səkkiz min iki yüz əlli iki manat səksən qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar