Məhkəmə qərarları › İş №2(001)-1973/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1973/2020

31.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1973/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5030 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kreditlə götürdüyü avtomobilin pulunu ödəyə bilmədiyindən həmin pulu banka ödəmək üçün etdiyi xahişə əsasən ona xx xxxxxx 2019-cu il tarixdə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxndan 5000 manat kredit götürməklə borc vermişdir. Cavabdeh həmin pulu 6 ay ərzində qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatdığından polis orqanlarına müraciət etmişdir. Bununla bağlı Səbail RPİ-nin TŞ-də araşdırılma aparılmış, araşdırılma zamanı cavabdeh borclu olduuğunu etiraf etsə də, lakin polis orqanı onun barəsində heç bir tədbir görməmişdir. Səbail RPİ-nin TŞ-nin xx xxxxxx 2019-cu ol tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməklə mülki muhakimə qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, 5000 manat borcdan 1500 manat ödəniş edilmişdir, lakin iddiaçı bankdan kredit götürüb pulu cavabdehə verdiyinə görə faizi ilə 5000 manat tələb edirlər. Göstərilənlə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli prosesində iştirak edən Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Beynəlxalq Bankına və Kapital banka ödənişlər etmiş və bu barədə çəkləri məhkəməyə təqdim etmişdir. İddiaçının qeyd etdiyi pul məbləği 2018-ci ildə bacısının yoldaşına verilmişdir. İddiaçı pulu Elvin Məhərrəmova vermişdir. O, öz maşınını nağd almışdır. Pulu yeznəsi götürmüş və ödənişlər etmişdir. Onun yeznəsinə 5000 manat pul verilmişdir. Valeh ilə Elvin arasındakı mübahisə 5000 manat borcun qarşılığında onun üçün əlavə faiz ödənişinin edilməməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun rəisidir. Cavabdeh adlı qadını İddiaçılə birlikdə olan zaman tanımışdır. Həmin gün o İddiaçı maşın lazım olduğu üçün öz maşini ilə onu banklara aparmışdır. İddiaçı “Kapital Bank”dan 2300 manat , “Beynəlxalq Bank”dan isə 5000 manat kredit götürərək onun yanında həmin məbləğləri Cavabdeh vermişdir. Pulun əlbəəl Cavabdeh verilməsinə şahid olsa da, pulun qaytarılıb-qaytarılmaması ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səbail RPİ-nin TŞ-nin PB-nin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən qəbul edilən xx xxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş İddiaçı ərizəsin əsasında toplanmış 1 saylı HK-492 nömrə ilə qeydə alınmış material araşdırılmışdır. Araşdırılma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçıla 2018-ci ilin may ayında uzun illər tanıdığı Zöhrab Babayevin vasitəsilə tanış olmuşdur. Tanışlığa səbəb İddiaçı onu işə düzəltməsi olmuşdur. Lakin Valehin tapdığı işin əmək haqqısı aşağı olduğundan həmin işi qəbul etməmişdir. Buna baxmayaraq İddiaçıla arasında normal münasibətlər olmuşdur. Bir müddət tanışlıqdan sonra ona pul lazım olduğundan, həmin pulu kürəkəninə vacib lazım olduğu üçün ona köməklik etmək məqsədilə kredit götürmək qərarına gəlmişdir. O, heç bir yerdə işləmədiyinə görə kredit götürə bilməmiş və buna görə də İddiaçı müraciət etmişdir. Valeh bu məsələdən xəbərdar olmuşdur. Valeh onunla razılaşaraq bankdan kredit götürməsinə razılıq vermişdir. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı öz adına “Kapital Bank”dan 2300 manat, elə həmin tarixdə 5000 manat məbləğində isə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxndan kredit götürüb. Həmin pulları İddiaçı səhəri günü kürəkəni Elvin Məhərrəmova vermişdir. Daha sonra Valehə söz verdiyi qaydada pulları qaytarmağa başlamışdır. Hətta “Kapital Bank”a olan 2300 manat krediti 6-7 ay ərzində ödəyərək bağlamışdır. “Beynəlxalq Bank”ın kreditinin müəyyən hissəsini ödəmiş və hazırda banka təxminən 3400 manat borcu qalmışdır. Həmin qalan məbləği ödəməməyinin səbəbi maddi vəziyyətinin yaxşı olmaması və kürəkənin ondan aldığı pulları qaytara bilməməsi olmuşdur. Bu səbəbdə İddiaçıla onun arasında narazılıq yaranmışdır. Kürəkəni Elvinin ümumilikədə 33 000 manat borcu var və pulu ödəmədiyi üçün ödənişində problemlər yaranmışdır. O, banka borcunun olmasını etiraf edir. maddi vəziyyətinin yaxşı olmaması və kürəkəninin ona olan borcunun qaytarmamasına görə banka olan kredit ödənişlərini edə bilməmişdir. Lakin İddiaçı borcunu ödəməyi öz öhdəsinə götürür və “Beynəlxalq Bank”a olan borcunu yaxın vaxtda ödəyəcəkdir. 217249 saylı xx xxxxxx 2019-cu il tarixli, 18659 saylı, xx xxxxxx 2019-cu il tarixli, 213054 saylı, xx xxxxxx 2018-ci il tarixli, 19180 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 221974 saylı, xx xxxxxx 2019-cu il tarixli, 201231 saylı, xx xxxxxxxx 2018-ci il tarixli, 208806 saylı, xx xxxxxx 2018-ci il tarixli və 204702 saylı, xx xxxxxxx 2018-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Azərbaycan Beynəlxal Bankına İddiaçı hesabına ümumilikdə 1562 manat kredit ödənişi edilmişdir. X1 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26% olmaqla 5000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixdə bitir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdehin əvvəldən tanışlığı olmuşdur. İddiaçı cavabdehə xx.xx.2019-cu ildə 5000 manat pul vermişdir. Cavabdeh pulu aldığı Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla təsdiq olunur. Həmin puldan 1562 manat qaytarılmışdır. İddiaçı iddia edir ki, 5000 manatı Beynəlxalq Bankdan kredit götürdüyünə görə cavabdeh həmin banka faizləri ilə birlikdə ödəməli idi. Lakin 1562 manat banka ödənilmiş, qalıq kredit borcunu isə iddiaçı ödəməyə məcbur qalmışdır. Cavabdeh iddianı qəbul etmir və bildirir ki, borc ona yox kürəkəninə aiddir. O pulu kürəkəninə görə götürmüşdür. Kürəkəninin başqa borcları olduğu üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə arasında borc müqaviləsindən yaranan öhdəlik münasibətlərinin yaranmasını iddia etsə də bununla bağlı hər-hansı yazılı müqavilə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı borc müqaviləsinin bağlandığına istinad etsə də, cavabdeh belə bir müqavilənin olmasını qəbul etmir. Hər-bir halda cavabdeh tərəflər arasında şifahi müqavilənin bağlandığını etiraf etsəydi belə, həmin müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilən tələblərinə əməl edilməyi üçün etibarsız hesab ediləcəydi. Lakin cavabdehin iddiaçıdan 5000 manat pul qəbul etdiyi və həmin puldan 1562 manat hissəsinin iddiaçıya qaytarıldığı işin halları ilə təsdiq olunur. Odur ki, cavabdehin qeyd edilən məbləğdə pulu alması sübut olunduğundan tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin yarandığı müəyyən edilir. Cavabdehin həmin pulu özünün istifadə etmədiyi və başqa şəxs üçün götürdüyü dəlillər isə öhdəliyin icrasını istisna edən hal deyildir. Belə ki, Mülki Məcəllənin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bundan başqa mülki iş materiallarında olan qəbzlərdəki ödənişlərin digər şəxs(cavabdehin kürəkəni) tərəfindən icra edilməsi Mülki Məcəllənin 431-ci maddəsinin tələbinə uyğun olmaqla qanuna ziddi deyildir və öhdəliyin yaranma əsasını dəyişmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 5000 manat pul verdiyi təsdiq edildiyindən, cavabdeh həmin məbləğin 1562 manatını qaytardığından, sonuncu (cavabdeh) qalıq məbləğə münasibətdə əsassız olaraq varlanmışdır. İddiaçının tələbi qaytarılmayan 3438 manat hissədə əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, tələbin təmin edilməsinə mütənasib olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, 20 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 3438 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3438 (üç min dörd yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar