Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1982/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə ümumilikdə 6400 (altı min dörd yüz) manat və vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat pulun cavabdehlər X1 və Cavabdeh2 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci idə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edərək, kredit yolu ilə X1 aldığı “BMW 320” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində 5200 manat pul və 1200 manat dəyərində tikinti materialları ilə birlikdə cərimə meydançasından çıxarılması barədə məlumat vermişdi. Həmin ərizə əsasında toplanmış material xx xxxxxx 2020-ci il tarixdə araşdırılması üçün Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədovun icraatına verilmişdir. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov onun avtomobilinin cərimə meydançasından çıxarılması və qanunsuz olaraq başqa şəxsə satılması barədə göstərdiyi xüsusatların mülki xarakterli olduğunundan və avtomobilinin içərisində 5200 manat pul və 1200 manat dəyərində tikinti materiallarının olması isə sübuta yetmədiyindən xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(005)-98/2020 saylı qərarı ilə göstərdiyi xüsusatları mülki xarakterli olduğundan təmin edilməmiş və ona mülki qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Avtomobili cərimə meydançasına yerləşdirilərkən onun iştirakı ilə avtomobildə hər hansı qiymətli əşyanın olması yoxlanılmalı, hal şahidlərinin iştirakı ilə akt tərtib edilməli və həmin aktın bir surəti ona təhvil verilməli idi. Lakin bunların heç biri edilməmişdir. Həmçinin avtomobilin açarlarının özündə qalacağını güman etdiyi üçün avtomobildə olan pulu götürməmişdir. Lakin cərimə meydançasından çıxdıqda DYP əməkdaşı Rəhman Abbasov avtomobilin açarlarını cərimə meydançasının əməkdaşına verməyini, narahat olmamağını, işinin tezliklə həll olunacağına köməklik edəcəyinə onu inandıraraq açarları ondan almışdır. İki gündən sonra isə avtomobili cərimə meydançasından çıxarmaq üçün arayış alınması ilə bağlı müraciət etdikdə, avtomobilin Elnur Alməmmədov tərəfindən cərimə meydançasından çıxarıldığını və Cavabdeh2 adlı şəxsə satıldığını öyrənmişdir. Bununla da ona kredit yolu ilə X1 aldığı “BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində olan 5200 manat pul və avtomobildə olan tikinti materiallarının dəyəri 1200 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmçinin avtomobilinin onun məlumatı olmadan cərimə meydançasında çıxarılması və onun əmək qabiliyyətinin olmaması səbəbindən işsiz qalmış və aparatlarının olmaması səbəbindən sənəti ilə məşğul ola bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X4 “...”BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində olan 5.200 manat pulun, dəyəri 1200 manat dəyərində tikinti materiallarının, o cümlədən sənədləri ilə birlikdə cərimə meydançasından çıxarılaraq, özgə şəxsə təhvil verilməsi” barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmişdir, həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Nərimanov RPİ-nin İŞ-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qanuni hesab edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında təqdim edilmiş Nərimanov RPİ-nin İstintaq Şöbəsində vətəndaş İddiaçı müraciəti əsasında araşdırılmış rədd materiallarında olan “BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin DİN-in Siqnal İdarəsinin 17 saylı Cərimə meydançasına təhvil-təslim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli aktın Surətindən görünür ki, “BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil edilərkən dəyərli əşya və pulun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı, cərimə meydançasından cavabdeh X3 tərəfindən çıxarılmaqla digər Cavabdeh2 satılmış BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində özünə məxsus 5200 manat pulun və 1200 manat dəyərində tikinti materiallarının olmasını iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbinin əsası kimi Mülki Məcəllənin 157-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi pul vəsaitinin və tikinti mallarının özünə məxsusluğunu və cavabdehlərdə olduğunu sübut etməsidir. Lakin iddiaçı iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə iddia cavabdehlər tərəfindən etiraf edilməmişdir. Əksinə, məhkəmə tərəfindən verilmiş sorğu əsasında təqdim edilmiş Nərimanov RPİ-nin İstintaq Şöbəsində vətəndaş İddiaçı müraciəti əsasında araşdırılmış rədd materiallarında olan “BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin DİN-in Siqnal İdarəsinin 17 saylı Cərimə meydançasına təhvil-təslim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli aktda, “BMW 320” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil edilməsi zamanı onda dəyərli əşya və ya pulun olmadığı göstərilmişdir. Məhkəmə həmçinin hesab edir ki, qeyd edilən hissədə iddianın əsassız olması, onun irəli sürdüyü iddianın qalan (mənəvi ziyanın tutulması) hissəsinin də dispozitiv şərtlərini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1982/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1982/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver