Məhkəmə qərarları › İş №2(001)-199/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-199/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-199/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) cavabdehə məxsus qeyri-yaşayış sahələrinin qapılarının bağlanması və sair tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus qeyri-yaşayış sahələrinin qapılarının bağlanması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı poçt vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbi üzrə kifayət qədər sübutları təqdim etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək bildirdi ki, onlarda olan məlumata görə iddiaçının hazırkı məhkəmə proseslərindən ümumiyyətlə xəbəri yoxdur. Belə ki, hazırkı iddia ərizəsi, habelə məhkəməyə ünvanlanmış digər ərizələr özünü iddiaçının nümayəndəsi kimi tanıdan Famil Mehdiyev tərəfindən imzalanaraq məhkəməyə göndərilmişdir. Məhkəmə açıq iclasları da açıq şəkildə keçirildiyindən həmin şəxs də hər dəfə iclaslarda iştirak edərək, işin gedişatından məlumatlanmışdır. Açıq məhkəmə iclasında iştirak edən X1 məhkəməyə müraciət edərək bildirdi ki, o, iddiaçının etibarnamə əsasında nümayəndəsidir. İddia ərizəsi və məhkəməyə ünvanlanmış digər ərizələrin hamısı onun tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddia İddiaçı tərəfindən qaldırılmış olsa da, iddia ərizəsi və məhkəməyə ünvanlanmış digər ərizələr X1 tərəfindən, yəni imza səlahiyyəti olmayan şəxs imzalanmışdır. X1 ərizələri etibanaməyə əsasən imzaladığını bildirsə də, iş materiallarına hər hansı etibarnamə əlavə edilməmiş, məhkəmə iclasında təqdim edilmiş etibarnamənin müddəti də bitməklə yanaşı həmin etibanamədə iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi də göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1 və 74.2-ci maddələrinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertiza keçirilmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünürki, aparılmış tədqiqatın dəyəri 150 manatdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus qeyri-yaşayış sahələrinin qapılarının bağlanması və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar