Məhkəmə qərarları › İş №2(001)-1993/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1993/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1993/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərlə mübahisəni məhkəmədən kənar qaydada həll etmələrini, bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbindən imtina etməsini, gələcəkdə cavabdehlərə qarşı hər hansı tələbinin və şikayətinin olmayacağını bildirib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizəni müdafiə edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iddiaçının iddia tələblərindən imtinasını qəbul edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X1 iddiaçının iddia tələblərindən imtinasını qəbul edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiadan imtina qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar