Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1993/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X17 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı Cavabdeh qarşı borcun vərəsənin əmlakına yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borclu X4 ölümündən sonra ona olan 92000 manat borcu mirası qəbul etmiş vərəsəsi kimi oğlu Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 ona olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manathissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manatın onun vərəsəsi olan Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh həyat yoldaşının əmisi oğludur. 2020-ci ilin noyabr ayında həyat yoldaşı Zülfiyyənin əmisi arvadı X6 ev alması üçün 110 min manat pul verdi. Pul verilərkən Ərkinazın oğlu Cavabdeh, arvadı Zülfiyyə, qonşusu X7, tanışı X10 da orada olmuş və pul verilməsini görmüşlər. Razılaşmamıza əsasən Ərkinaz həmin pulu 6 ay ərzində geri qaytaracaqdı. Ərkinaz həmin pulun 18 min manatını oğlu Səməd vasitəsilə qaytardı, qalan pulu is hissə-hissə qaytaracağı barədə vəd verdi. X3 09 oktyabr 2021-ci il tarixd vəfat etdi və bu səbəbdən o pulun qaytrılması üçün onun miras əmlakını qəbul edən oğlu Cavabdeh müraciət etdim. Musa hələlik maddi durumunun yaxşı olmadığını, evini yüksək qiymtə satacağını və pulu qaytaracağını vəd etdi. Lakin o, sonradan məndən qaçmağa və telefon zənglərimə cavab verməməyə başladı. Əlacsız qalıb 09 sentyabr 2023-cü il tarixdə onun yaşadığı Baki şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti-22, mənzil-2 ünvanına getmişdi. Pula ehtiyacı olduğunu bildirib borcu qaytarmasını tələb etdi. Səməd isə hədələyərək pulun verməyəciyini deyib onu qovmuşdu. O, Binəqədi rayon Polis idarəsinin 5-ci polis Bölməsinə müraciət etdi. Polis bölməsində araşdırma aparıldı və 14 sentyabr 2023-cü il tarixdə cinayət işi başlanması rədd edilməklə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli olduğum izah edildi. Binəqədi rayon Polis İdarosi 5-ci polis Bölməsinin 14 sentyabr 2023-cü il tarixliu cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 ev alması üçün 110 min manat pul verilməsi faktı pul verilərkan orada iştirak etmiş Cavabdeh, Zülfiyyə Haqverdiyeva, X7 və X10 tərəfindən təsdiq olunmuş, məsələnin mülki mühakimə icraatı qaydasında həll edilməsi tərəflərə izah edilmişdir. AZ-İl seriyalı 222085 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 09 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. X1 ona olan 110000 manat borcundan ödənilməmiş 92000 manat onun vərəsəsi kimi oğlu Cavabdeh alınaraq ona verilməlidir. Bundan başqa 110000 manat pulunu vaxtında qatarılmadığından 3 il ərzində 30000 manat gəlirdən məhrum olub. Həmin pulu X6 verməyib biznesə yönəldəydi, 3 il ərzində 18000 manatdan çox pul qazanardı. Pulunun vaxtında qatarılmaması nəticəsində 18000 manat gəlirdən məhrum olub. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən zaman iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya X2 İddiaçı olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manatın manat pul boclu olduğunu və ev satılarkan iddiaçının borcunu ödəyəcəyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüuqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 22, mənzil 2, YENİ QAYDALARLA az 1130 Bakı şəhəri, Binəqədi rayonu.ş Anar Şükürov küçəsi,55, M1, mənzil 2 Cavabdeh 1/2 hissəsi mülkiyyətə alınmışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2020-ci ilin noyabr ayında anası X8 qohumu olan Əyyub adlı şəxsdən ev almaq üçün 11000C manat borc pul almışdır. Həmin ərəfədə anası Ərkinaz xəstələndiyi üçün pulun demək olarki hamısı onun müalicəsi üçün xərclənmişdir. Anası evi ala bilməmişdir. Anasının sağlığında İddiaçı 18000 manat pulu qaytarsada, 92000 manat pulu qaytara bilməmişdir, Anası rəhmətə getdiyindən və o, da işsiz olduğuna görə qohumu Əyyubun pulunu qaytara bilməmişdir.Əyyub dəfələrlə ondan pulunu istəsədə, o, Əyyubdan vaxt ismsəişdir ki, evi təmir evdə yüksək qiymətə satıb, özünə ev alsın və ona da olan borcu qaytarsın.xx.xx.2023-cü ii tarixdə Əyyub onun yaşadığ ünvana gələrək ondan anasına Ərkinaza vermiş olduğu pulun yerdə qalan 92000 manatını istəmişdir.O, Əyyuba narahal olmamasını, evi təmir edib satıb onun pulunu verəcəyini bildirsədə, buna baxmayaraq Əyyub onunla mübahisə etmişdir.2020-ci ilin noyabr ayında hal-hazırda yaşadığı mənzildə Əyyub 110000 manat pulu anası Ərkinaza ev alması üçün borc vermişdir.Həmin vaxt evdə qonşusu Rəna, Əyyub, yoldaşı Zülfiyyə, Əyybunu tanışı Xanlar və özü olmuşdur.O, Əyyubu ölümlə hədələməyib, sadəcə sözlə aralarında müdahisə olmuşdur.Əyyubun pulunu evi satandan sonra verəcəkdir. AZ-İİ № 222085 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 367 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 İddiaçı olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manatın onun vərəsəsi olan Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 367 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 İddiaçı olan 110000 manat borcundan ödənilməmiş qalan 92000 manat hissəsinin və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18000 manatı, cəmi 110000 manat və 367 (üç yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu əvəzi onun vərəsəsi olan Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1993/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1993/2024
04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver