Məhkəmə qərarları › İş №2(001)-2001/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2001/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2001/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, eyni zamanda ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk və Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlərdən müştərək qaydada ödəmiş olduğu 16.500 manat məbləğində pulun qalıq məbləği olan 6600 manat pulu və 3000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123 məhəllə, ev 63F, mənzil 18 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan mənzili aylıq kirayə haqqı 450 manat olmaqla müddətsiz ona kirayə vermişdir. Bu barədə tərəflər arasında yazılı kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilə bir nüsxədə tərtib edilmişdir və həmin müqaviləni cavabdeh özündə saxlamışdır. Cavabdeh vergi ödənişlərindən yayındığı üçün ona kirayə müqaviləsinin nüsxəsini verməkdən ehtiyat etmişdir. Bağlanılmış müqavilə üzrə onunla Cavabdeh1 arasında olan razılığa əsasən 2021-ci ilin oktyabr ayına qədər 16500 manat ödəmişdir. 2020-cı ilin oktyabr ayında “Covid-19” pandemiya xəstəliyi ilə bağlı aralarında olan razılığa əsasən kirayə haqqının məbləğini müvəqqəti olaraq 350 manata endirmişlər və o, kirayə haqqını ödəməyi davam etdirmişdir. 2021-ci il aylarında cavabdeh bildirmişdir ki, müqaviləni birtərəfli qaydada ləğv edir, evi boşaldılmasını ondan tələb etmişdir. Bildirmişdir ki, müqaviləni birtərəfli qaydada ləğvi qanunda və müqavilənin şərtlərinə görə qadağan edilmişdir, cavabdeh, ona bildirmişdir ki guya aralarında heç bir müqavilə yoxdur, yazılı müqaviləni isə üzə çıxarmaqdan imtina etmişdir. Cavabdeh yazılı müqaviləni gizlətsə də, tərəflər arasında müqavilənin mövcud olması işin bütün halları ilə təsdiq edilmişdir. Cavabdeh evi ona faktiki təhvil vermiş, tərəfindən uzun müddət kirayə haqqı ödənilmişdir. Bundan sonra cavabdeh ona heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixdə onun mənzildən məcburi qaydada çıxarılmağı barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra cavabdehin iddia tələbi təmin edilmişdir. Digər cavabdeh olan Məmmədov X1 Aygün Kamil qızının yaxın qohumdur və tərəfindən ödənilmiş icarə haqqını cavabdeh Elşada şəxsən vermişdir. X2 mənzillə bağlı işlərini Bakıda Elşad aparırdı. İşlərin aparılması ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial ehtibamamədə mövcuddur. Mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını cavabdeh Elşada əvvəlcədən ödəniş etmişdir. Bu barədə əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahatında da öz təsdiqini tapmışdır. Cavabdeh müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna görə məhkəməyə ərizə verib və həm məhkəmə iclaslarında, həm də çıxarılmış məhkəmə qətnaməsində Cavabdeh1 Cavabdeh2 məxsus burada yerləşən və onun icarədar olduğu mənzillə bağlı məsul şəxs olması öz təsdiqini tapır. Göstərilənlərə əsasən evsiz qalmağı və bu şəraitdə ev tapmağı çətinləşdiyindən, habelə ona öncədən xəbərdarlıq edilmədən yeni bir icarəyə ev tapmaq müddəti düşünülmədən cavabdehlər tərəfindən edilmiş bu hərəkət ona mənəvi zərər vurmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15377 manat pulun, əvvəli 1 avqust 2020-ci il tarixindən hesablanmaqla illik 10% olmaqla 3000 manat əldən çıxmış fayda qismində zərərin, dövlət rüsumuna görə ödənilən 147 manat pulun, cəmi 18524 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən 72,7 kv.metr sahəli mənzil onun mülkiyyətindədir. O, Şəki şəhərində yaşayır və həmin mənzili agentlik vasitəsilə İddiaçı kirayə vermişdir. Belə ki, İddiaçı həmin mənzili 2019-cu ilin dekabr ayından kirayə götürmüş, həmin vaxt o, Şəki şəhərində yaşadığından və sonradan pandemiya şəraiti olduğundan onlar arasında kirayə müqaviləsi bağlanmamışdır. İddiaçı ilk 5 ay hər ayı 450 manata, sonradan 4 ay pandemiya dövründə hər ayı 350 manata evdə yaşamış, 2020-ci ilin avqust ayından isə heç bir ödəniş etməmişdir. Buna əsasən onun tərəfindən əvvəlcə hüquq mühafizə orqanlarına, daha sonra xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 6203/2021 nömrəli qətnaməsi ilə onun İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılması, həmin mənzilin ona qaytarılması, dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6203/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1223/2022 saylı qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ziya Şirinov, Rafael Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı vəkili Mustafayev Raqif Həmid oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1223/2022 saylı qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1233/22 saylı qətnaməsindən iş üzrə cavabdeh İddiaçı vəkili Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1223/22 saylı qətnaməsi elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, yəni tərəflərə, o cümlədən cavabdehə məhkəmənin qətnaməsi elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin cavabdeh tərəf kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir və beləliklə də, mülki prosessual məcəllədə (MPM-393-cü maddə) kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş iki ay müddəti ötürmüşdür. Bu səbəbdən də, kassasiya şikayəti geri qaytarılmalıdır. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3521/2022 saylı qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, İspəndiyar Şəfiyev) cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1223/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1223/2022 saylı qətnaməsindən yenidən kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, əlavə olaraq kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə ilə də müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1223/2022 saylı qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov) cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1223/22 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh İddiaçı (vəkili Mustafayev Raqif Həmid oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(103)-1223/2022 nömrəli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-469/2023 saylı qərarı ilə Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə və qərarlardan görünür ki, İddiaçı Cavabdeh2 evində uzun müddət qanunsuz yaşamaq üçün prosessual hüquqlarından sui-istifadə edərək məhkəmə proseslərini uzatmış və bugünədək evi boşaltmamışdır. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6203/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnamənin 2-ci səhifəsinin birinci abzasında göstərilmişdir ki, məhkəmə iclasında cavabdeh İddiaçı iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, mənzilin 2021-ci ilin noyabr ayınadək kirayə haqqını Elşad adlı şəxsə əvvəlcədən ödəniş etmiş, iddiaçını ümumiyyətlə tanımamışdır. Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi də vardır, mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsini təsdiq edəcək şahidləri də vardır. Yalnız həmin tarixdə evi tərk edə bilər. Qeyd etmək istəyir ki, İddiaçı tərəfindən mənzilin kirayə haqqını 2021-ci ilin noyabr ayınadək ödəməsi həqiqəti əks etdirmir, bununla əlaqədar hər hansı bir sübut təqdim edilməmiş, hətta hal-hazırda da mənzili boşaltmamışdır. xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə İddiaçı pretenziya məktubu göndərilərək 11700 manat kirayə ödənişi tələb edilmiş, lakin ödənilməmişdir. İnterekonomservis MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06\23 saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən mənzilin görə 527 manat kommunal borcu vardır. İddiaçı Cavabdeh2 məhkəməyə müraicət etmək məcburiyyətdə qoyduğu üçün dövlət rüsumuna görə ödənilən 147 manat da İddiaçı tutularaq ona ödənilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, eyni zamanda ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, ilk iddia üzrə iddiaçı dekabr (2019) – 450 manat, yanvar (2020) – 450 manat, fevral (2020) – 450 manat, mart (2020) - 450 manat, aprel (2020) - 450 manat, may (2020) - 350, iyun (2020) – 350 manat, iyul (2020)- 350 manat ödəmişdir. Tərəflər arasındakı razılaşmaya əsasən 350 manat məbləğində güzəşt bitdiyi vaxtdan, yəni 2020-ci ilin avqust ayından iddiaçı artıq heç bir ödəniş etməmişdir. Qarşılıqlı iddia ərizəsində mexaniki səhv nəticəsində 3 ay əvəzinə 4 ay qeyd edilmişdir. O, bu barədə əvvəlki məhkəmə iclasında da qeyd etmişdir ki, tərəflər arasında güzəştli məbləğin müddəti 3 ay (may, iyun, iyul ayları) olmuş, həmin vaxtlarda da iddiaçı ödənişi etmişdir. İlk iddia üzrə iddiaçının vəkili də buna cavab olaraq bildirmişdir ki, o, ümumiyyətlə nə qədər ödənişlər edildiyini bilmir. İddiaçının özü də iddia ərizəsində ödənişin 350 manat məbləğinə endirilməsinin müvəqqəti olduğu barədə fikir bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ilk iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdehlərin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)- 6203/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18, giriş 1 ünvanında yerləşən Cavabdeh2 məxsus mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1223/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı iddia ərizəsində göstərilən mənzillə bağlı Elşad adlı şəxslə aralarında kirayə müqaviləsi bağlandığını, habelə, mənzildə kirayə qalması ilə bağlı 2021-ci ilin noyabr ayınadək kirayə haqqını ödədiyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclaslarında isə izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən edilən hallarına görə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə olmamış, iddiaçı cavabdeh qarşısında heç bir öhdəlik götürməmişdir”. Bu halda Kollegiya xüsusi olaraq onu da qeyd etmişdir ki, cavabdeh iddiaya etirazının, həmçinin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyasına təqdim etməmiş, onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Həmçinin, Kollegiya onu da qeyd etmişdir ki, avabdeh etirazında və izahatında 2021-ci ilin 20 noyabrına kimi mənzilin pulunu əvvəlcədən ödəmiş olduğunu və həmin tarixdən sonra evdən çıxa biləcəyini bildirmiş olsa da, hətta 2021-ci ilin 20 noyabrından 3 ay müddət ötmüş, cavabdeh yenə kirayə haqqı ödəmədən iddiaçının mülkiyyətində olan mənzilidən istifadə etməkdədir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının kobud pozulmasıdır”. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən İddiaçı ünvanlanmış pretenziya bildirişindən görünür ki, sonuncudan 11700 manat məbləğində icarə haqqının ödənişinin edilməsi və mənzilin boşladılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18-ə 2021-ci ilin yanvar ayından 2023-cü ilin mart ayı daxil olmaqla 527 manat kommunal borcu var. Pretenziya məktubu 2022-ci ildə göndərildiyindən, 11700 manat məbləğində ödəniş edilməsi tələb edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədi üzrə icraata başlanılmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu sözügedən qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədini könüllü icra etmədiyindən, həmin icra vərəqəsinin məcburi icrası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı icra sənədinin icrası xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. İcra sənədində göstərilən mənzil - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 18 iş üzrə tələbkarın nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddianın qaldırılması üçün ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəmənin hesabına 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmənin hesabına 147 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, 18 saylı mənzilin mülkiyyətçisidir. Onunla İddiaçı arasında həmin mənzilin kirayə verilməsinə dair hər hansı müqavilə olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-6203/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 məxsus sözügedən mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 qaytarılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə icra edilərək İddiaçı sözügedən mənzildən çıxarılması təmin olunmuşdur. Hazırda ilk iddiaçı bildirir ki, o, cavabdehlərlə müddətsiz kirayə müqaviləsi bağlamış və həmin müqaviləyə görə 2021-ci ilin oktyabr ayına qədər Cavabdeh1 16500 manat məbləğində pul ödəmişdir. Kirayə müqaviləsinin şərtləri pozulduğundan o, ödədiyi 6.600 manatın geri qaytarılmasını və 3.000 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş edir. Cavabdehlər isə iddianı qəbul etmir və bildirirlər ki, onlar arasında kirayə müqaviləsi bağlanmamış, həmçinin iddiaçı ümumiyyətlə 2020-ci ilin avqust ayından heç bir ödəniş etməmiş və evdən qanunsuz istifadə etmişdir. Həmçinin, Cavabdeh2 qarşılıqlı iddia ilə müraciət edərək, İddiaçı 2020-ci ilin avqust ayından ona məxsus mənzildən qanunsuz istifadə səbəbindən, məhrum olduğu 14.850 manat gəlirin, 527 manat kommunal xərcin, habelə ödənişin gecikdirilməsinə görə illik 10% olmaqla hesablanmış 3000 manat faiz borcun tutulmasını tələb edir. İlk növbədə ilk iddia ərizəsində irəli sürülmüş iddia tələbinin araşdırılmasını məqsədə müvafiq hesab edən məhkəmə həmin iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia ərizəsindən göründüyü kimi, ilk iddiaçı aralarında mövcud olan müddətsiz kirayə müqaviləsinin şərtlərinin cavabdehlər tərəfindən pozulması səbəbindən Cavabdeh1 ödəmiş olduğu 16500 manatdan 6.600 manatının geri qaytarılmalı və 3.000 manat mənəvi zərərin tutulmalı olduğunu iddia edərək həmin iddia ələblərini irəli sürmüşdür. Halbuki, tərəflər arasında kirayə müqaviləsinin olmaması halı iş materiallarında göstərilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu mənada məhkəmə hesab edir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadı. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, tərəflər arasında kirayə müqaviləsinin olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığından, mövcud olmayan həmin müqavilə şərtlərinin cavabdehlər tərəfindən pozulması səbəbi ilə cavabdehlərin ilk iddiaçıya maddi və mənəvi zərər vurmalarından da söhbət gedə bilməz. Digər tərəfdən ilk iddiaçı mübahisəli mənzilin 2021-ci ilin oktyabr ayına qədər istifadəsinə görə, Cavabdeh1 16500 manat ödəmiş etmiş olduğu bildirsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, işin məhkəmə araşdırılması zamanı ilk iddia üzrə iddiaçının mübahisəli mənzili xx.xx.2023-cü il tarixdə boşaltdığı (mənzildən çıxarıldığı) müəyyən edilmişdir ki, işin qeyd edilən halı da ilk iddia tələbinin əsassız olduğunu göstərməkdədir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan rədd edilməlidir. Gəlmiş olduğu qənaətə uyğun olaraq məhkəmə, ilk iddianın mənəvi zərərin tutulması hissəsi ilə bağlı əlavə əsaslandırılmasına zərurət olmadığı vurğulayaraq bunu prosessual qənaət prinsipinə də uyğun sayır. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Mülki Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Qarşılıqlı iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələri təşkil edir. Qeyd edilən maddi hüquq normaları mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur. Qeyd edildiyi kimi, mübahisəli mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ mövcuddur, cavabdeh isə iddiaçının xüsusi mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas olmadan yaşamağa davam etməklə, iddiaçının milli və beynəlxalq qanunlarla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozmuş olduğundan, iddiaçının pul tələbi barədə iddiası əsaslı hesab edilir. İşin materiallarından göründüyü kimi, mübahisəli mənzilin xx.xx.2023-cü il tarixə qədər İddiaçı sahibliyində olması, onun ailə üzvləri birlikdə həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Qarşılıqlı iddiaçı onun (İddiaçı) mənzildən istifadəyə görə əvvəlki müddət üzrə ödənişlər etməsinə rəğmən, 2020-ci ilin avqust ayından hər hansı məbləğdə ödəniş etmədiyini bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı qaldırmaqda haqlıdır. Məhkəmə qeyd edir ki, tutulmalı olan pul məbləğ hesablanarkən iki əsas nüans diqqətdə saxlanılmalıdır. Birincisi, mübahisəli mənzilin 2020-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixə qədər İddiaçı qanusuz sahibliyində olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı pulun tutulması ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Ona görə tutulmalı olan məbləğ hesablanarkən MPM-in 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmalı və tutulmalı olan məbləğ məhz 2020-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixə qədər hesablanmalıdır. İkincisi, tərəflərin mübahisəli mənzildən istifadəyə görə əvvəlcədən müəyyənləşdirilmiş məbləğin 450 manat olmasıdır. Çünki həmin məbləği tərəflər mübahisələndirmir. Həmçinin nəzərə alınmalıdır ki, ilk iddia üzrə iddiaçı həmin mənzildə xx.xx.2023-cü il tarixə qədər yaşamağa davam etmişdir. Bu hal öz-özlüyündə onu göstərir ki, o, həmin ərazidə oxşar şəraitli mənzildə yaşasaydı, həmin məbləğdə kirayə ödənişi etməli olacaqdı. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq həmin ərazidə oxşar şəraitli mənzilin kirayə dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizasının təyin edilməsini də zəruri hesab etməmişdir. Beləliklə, göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya məxsus mənzildən istifadəyə görə ödəniş etmədən orada xx.xx.2023-cü il tarixə qədər yaşamaqla onun hesabına əsassız olaraq varlanmış, iddiaçı isə öz əmlakından götürməli olduğu gəlirlərdən məhrum olmuşdur. Belə olan halda da, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin “mənzildən qanunsuz istifadə görə 14.850 manat məbləğində pulun tutulması” hissəsi qismən təmin edilməli, xx.xx.2020 – xx.xx.2021-ci il tarixə qədər 5 ay x 450=2250 manat, 2021-ci il üzrə 12 ay x 450=5.400 manat, 2022-ci il üzrə 12 ay x 450 manat = 5.400 manat, 2023-cü il üzrə 2 ay (qarşılıqlı iddia ərizəsinin verildiyi tarixə qədər) x 450=900 manat, ümumilikdə (31 ay x 450 manat) 13.950 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh2 ödənilməli, bu iddia tələbinin qalan hissəsi isə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə zamanı kommunal xidmətlərdən istifadə etməsinə baxmayaraq, xidmət haqqını ödəməmiş, bununla da iddiaçıya 527 manat məbləğində borc hesablanmışdır, ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, göstərilən normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırki işdə isə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı əmlakdan istifadə etməklə ondan faydalandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia “3.000 manat faiz pulun tutulması” hisəssində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddiaçının “İddiaçı barəsində xüsusi qərardad çıxarılması” vəsatəti ilə bağlı isə qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Hazırkı halda isə bu cür əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi rədd edilməli, ilk iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 14.477 (13.950 + 527) manat məbləğində pul tutularaq Cavabdeh2 ödənilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 116 manatı İddiaçı tutularaq Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi rədd edilsin. İlk iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 14.477 (on dörd min dörd yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 116 (bir yüz on altı) manatı İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar