Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2001/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Alışanov Tural Akif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu olan 33 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə dekabr 2022-ci ildə borc məqsədilə 1230 manat pul vermişdir. Cavabdeh pulu onun rəfiqəsi olan Bakı şəhər sakini X1 adına və onun üçün götürmüşdür. Razılaşmaya əsasən pulu 2-3 ay müddətinə geri qaytaracaqdılar, sonra cavabdeh bildirmişdir ki, borcun tamamını iyun 2022-ci il tarixində bağlanacaq. Pulu vəd olunan vaxtda geri qaytara bilmədikləri üçün cavabdeh öz razılığı ilə bildirmişdir ki, müəyyən miqdarda əlavə ödəniş edəcək. Qeyd edir ki, pulun borc verilməsi ilə əlaqədar cavabdehə bildirmişdir ki, rəfiqəsi Mehdiyevə Səkinə borc müqaviləsi yazıb imza çəkməlidir və şəxsiyyət vəsiqəsinin surətini əlavə edər. Lakin cavabdeh borc müqaviləsinə şəxsiyyət vəsiqəsinin surətini əlavə etməyərək bildirdi ki, səkinənin şəxsiyyət vəsiqəsi konsulluqdadır və s. O da öz növbəsində cavabdehin bacısı olmasını, ondan daha öncələr etibarsızlıq görmədiyim üçün borc müqaviləsində şəxsiyyət vəsiqəsinin olmamasını problem yaratmamışdır. Daha sonra öhdəlik üzrə pulun ödənilmə vaxtı çatanda cavabdehdən pulu tələb etmiş, lakin pulu ödəməmişdir. Daha sonra borc müqaviləsi üzrə öhdəlik qəbul edən X1 ilə əlaqə saxlamışdır. İlkin danışığda Mehdiyevə Səkinə qətiyətlə bildirmişdir ki, o, nə kimsədən borc almamış, nədə onun şəxsiyyət vəsiqəsinin surəti kimsədə ola bilməz. Daha sonra cavabdehin Mehdiyevə Səkinənin adından yazıb imzaladığı borc müqaviləsinin şəkilini Səkinəyə atmiş, yenə də bildirmişdir ki, bu yazı və imza ona aid deyil. Daha sonra cavabdeh ilə Mehdiyevə Səkinə öz aralarında nə danışdılarsa (hərçənd rəfiqə sayılırlar) Cavabdeh bildirmişdir ki, yazı rəfiqəsi Mehdiyevə Səkinəyə aiddir, lakin ödənişi Şəbnəm özü edəcək. 22 mart 2023-cü il tarixində Cavabdeh ona WhatsApp sosial şəbəkə üzərindən yazaraq bildirmişdir ki, "qaqa Səkinə deyir ki, 1230 manat borcu gələn ay (yəni xx.xx.2023) bağlaya bilərəm?" bu şərtlə o razılaşmışdır. Daha sonra 22 iyun 2023-cü il tarixində Cavabdeh yenidən ona Whatsapp sosial şəbəkə üzərindən yazaraq bildirir ki "Mehdiyevə Səkinə ilə əlaqəni kəs, pulu mən verəcəm". Qeyd edir ki, pul Cavabdeh kartına ödənilib, onun rəfiqəsinin adından saxta borc müqaviləsi yazdığını o, sonradan öyrənmişdir. Borcu Cavabdeh qaytaracağını qeyd edəndən sonra, anası 1962-ci il təvəllüdlü Hacıqabul şəhər sakini X2 ona zəng edərək bildirdi ki, borca qarşılıq gəl evimdə olan məişət əşyalarından (kondisioner, televizor və.s) apar sat pulu əvəzlə. O da öz növbəsində bildirmişdir ki, özünüz satıb borcu ödəyin. Qeyd edir ki, anası Sevda Nəzərova ikinci əl ev və məişət əşyalarının satışı ilədə məşğuldur. Daha sonra həm anası Nəzərova Sevda, həmçinin Cavabdeh borcu ödməkdən boyun qaçırdılar. Bildirirlər ki, onlar bu pulu ödəmişdirlər. Sual yaranır: əgər cavabdeh pulu ödəyibsə niyə ona xx.xx.2023-ci il tarixində yazır ki, rəfiqəsi Mehdiyevə Səkinəyə zəng etmə pulu o ödəyəcək. Qeyd edir ki, Cavabdeh bacısı olmaqla yanaşı əvvəllər münasibətiləri normal olub, hər zaman bir-biriləri arasında pul alışverişi olub. Lakin 2023cü ilin iyun ayından cavabdeh, anası və digərləri ilə ailə-məişət zəmnində münasibətləri pozulduğu üçün onlar pulu ödəməkdən imtina etdilər. Yuxarıda göstərilən səbəbdən və cavabdehin ona olan borcunu vaxtında geri qaytarmaması səbəbindən ağır maddi vəziyyətə düşmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda iddiasını 1000 manat olaraq tələb edir, 33 manat dövlət rüsumunu tələb etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya 1000 manat pul boclu olduğunu və 1000 manatı ayda 100 manat olmaqla ödəyəcəyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 və onun qardaşı X4 əməllərində heç bir cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 230 manat, xx.xx.2023-cü il tarixdə 230 manat, xx.xx.2023-cü il tarixdə 345 manat, xx.xx.2023-cü il tarixdə 270 manat məbləğlərində ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2001/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2001/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver