Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2014/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən öhdəliyin icra edilməsi üçün ödənilmiş 3160 manat pul vəsaitinin, "xxxx" MMC-yə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 55 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr ayında o, sosial şəbəkə vasitəsilə Cavabdeh1 MMC ilə əlaqə saxlamış və nəticədə cavabdehin qanuni təmsilçisi Cavabdeh2 ilə tanış olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılması üçün razılığa gəlmişlər. O, cavabdehə tikinti işləri aparılması üçün ilkin olaraq 1000 manat, daha sonra 900 manat pul vermiş, qarşı tərəf bununla bağlı ona mədaxil qəbzi vermişdir. Daha sonra cavabdehə əlbəəl 300 manat vermiş, lakin cavabdeh həmin ödənişlə bağlı qəbzi təqdim etməmiş, daha sonra təqdim edəcəyini bildirmişdir. Bundan əlavə o, Cavabdeh2 məxsus bank hesabına 960 manat məbləğində pul köçürmüşdür. O, cavabdehə tikinti işlərinin aparılması üçün ümumilikdə 3160 manat məbləğində ödəniş etmiş, cavabdeh bunun müqabilində heç bir xidmət göstərməmiş, bu günədək yalnız hasarın tikintisini yarımçıq aparmışdır. Hasara çəkilmiş xərcin müəyyən etmək üçün o "xxxx" MMC-yə müraciət etmiş, sonuncu rəy tərtib etmiş və rəydə qeyd edilmişdir ki, bünövrənin hazırlanmasında qəliblərdən istifadə edilməmiş, hasarın hazırda əyildiyini və göstərilən nöqsanların aradan qaldırılması üçün hasarın tam sökülərək yenidən tikinti norma və qaydalarına uyğun inşa edilməlidir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 080/KS/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin hasarının tikintisinə çəkilən xərc tikinti dövrünə bazar qiymətləri üzrə 794 manat müəyyən edilmişdir. - ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 adına olan “Unibank” kartına (kartın nömrəsi **********545601) +994 50 *** ** ** nömrəli mobil telefon vasitəsi ilə 910 (400+60+50+200+200=910) manat pul köçürülmüşdür. - mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-yə ümumilikdə 1900 manat məbləğində ödəniş edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2684 nömrəli rəydən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarının tikintisi üçün görülmüş işlərin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 885 manat, həmin hasar tikilisinin bünövrə hissəsində mövcud olan qüsurun aradan qaldırılması üçün görüləcək işlərin dəyəri isə hal-hazırdakı bazar qiymətlərinə uyğun olaraq təqribən 449 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qanunvericiliklə qeyd olunan tələbləri, iddiaçının izahatı ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərdir. Məhkəmə qeyd edir ki, müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması Mülki Məcəllə ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xüsusi olaraq nizama salınır. Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, sifarişçinin öz tapşırığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır (MM-in 427.2-ci maddəsi). Beləliklə, işin qeyd olunan halları və iş materiallarına əlavə edilmiş sənədlər ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı şifahi razılaşma mövcud olmuş, həmin razılaşmaya əsasən də Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 (FİN xxxxxxx) iddiaçı tərəfindən verilmiş sifarişi (işin görülməsi) yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Lakin hazırda sifarişçinin həmin işlərə hər hansı marağı qalmadığına görə o, cavabdehdən sifariş üçün ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. -7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini tələb etmək hüququna malikdir və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. - 8-ci maddəsənə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur -9.2-ci maddəsənə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. -9.5- ci maddəsənə əsasən bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın. - 11-ci maddəsənə əsasən malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə ekspertizasının 10/2684 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarının tikintisi üçün görülmüş işlərin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 885 manat, həmin hasar tikilisinin bünövrə hissəsində mövcud olan qüsurun aradan qaldırılması üçün görüləcək işlərin dəyəri isə hal-hazırdakı bazar qiymətlərinə uyğun olaraq təqribən 449 manat məbləğində müəyyən edilmişdir. Odur ki, fərdi yaşayış evinin hasarı tikinti norma və qaydalarına uyğun olmamaqla cavabdehlər tərəfindən inşa edilmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı cavabdehlərə razılaşdırılmış məbləğdən 2810 manat pul ödəmişdir. Həmin məbləğdən cavabdeh 885 manat dəyərində təmir-tikinti işləri görmüşdür. Lakin görülmüş işlər cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, yəni keyfiyyətsiz (qüsurlu) aparıldığından, təmir nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək təkrar təmir-tikinti işlərinə əlavə 449 manat məbləğində pul xərclənməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 2374 (2810-885+449=2374) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 2374 (iki min üç yüz yetmiş dörd) manat məbləğində pul və 55 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci cavabdehlərdən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2014/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2014/2023
06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver