Məhkəmə qərarları › İş №2(001)-2025/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2025/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2025/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh5nə qarşı “əmlakın hərracdan satılması barədə icra şöbəsinin qərarının ləğv edilməsi, qiymətləndirmə hesabatının və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, habelə həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməklə iddiaçıya mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbləri barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh5 ona məxsus olmaqla ipoteka ilə yüklü edilmiş mənzilin hərracdan satılması barəsindəki qərarının, iş üzrə apellyasiya şikayəti verilməsi ilə əlaqədar ləğv edilməsi, həmin mənzilin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin hesabatının və mənzilin satılması ilə əlaqədar keçirilmiş hərracın və “xxxx” MMC ilə hərracın qalibi arasında bağlanmış ’’Hərracın yekunları barədə” müqavilə qüvvəsinə malik protokolun etibarsız hesab edilməsi, habelə həmin protokol əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında müvafiq çıxarışın ləğv edilməklə, həmin mənzilə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin yönəldiyi bütün şəxslər cavabdeh kimi iddia ərizəsində göstərilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan və iddiaçının tələbindən görünür ki, iddiaçı mübahisəli mənzilin satılması ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinə dair protokolun etibarsız hesab edilməsini, habelə həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməklə həmin mənzilə özünün adına yeni çıxarış verilməsini istəsə də, hərracın qalibinin kim olduğunu müəyyənləşdirməmiş və onu cavabdehlər sırasında göstərməməmişdir. Halbuki həmin tələblər bilavasitə həmin şəxsə də yönəlməkdədir. Məhkəmənin qənaətinə görə, iddia ərizəsinin bu şəkildə icraata qəbul edilməsi iddia təmin olunacağı halda onunla nəticələnə bilər ki, məhkəmə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslə bağlı məsələni həll etmiş olsun. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbinin yönəldiyi bütün şəxslər cavabdeh kimi iddia ərizəsində göstərilmədiyindən həmin iddia ərizəsinin bu şəkildə məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir:.. 149.2.3-cü maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh5nə qarşı “əmlakın hərracdan satılması barədə icra şöbəsinin qərarının ləğv edilməsi, qiymətləndirmə hesabatının və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, habelə həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməklə iddiaçıya mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbləri barədə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh5nə qarşı “əmlakın hərracdan satılması barədə icra şöbəsinin qərarının ləğv edilməsi, qiymətləndirmə hesabatının və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, habelə həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməklə iddiaçıya mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbləri barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar