Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2029/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməklə) “birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış BPM**********57 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin onun payına ½ hissə və Cavabdeh payına ½ hissə olmaqla bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında nikah xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu Leyla nikah evi tərəfindən qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X10 doğulmuşlar. 2022-ci ilin oktyabr ayında ailədaxili münaqişələr səbəbindən Cavabdeh uşaqları ilə birlikdə evi tərk etmişdir. Cavabdeh nikahın pozulması üçün Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-284/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, uşaqların Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Birgə nikah dövründə xx.xx.2022-ci ildə o, Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialından BPM**********57 saylı kredit müqaviləsi əsasında 7300 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə əldə edilmiş borc məbləği İddiaçı tərəfindən ailənin ümumi ehtiyaclarını ödəmək məqsədilə istifadə edilmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Beynəlxalq Bankının Sabunçu filialına müraciət etmiş və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 11000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə ayrılmış məbləğ hesabına xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc bağlanmışdır. O, xx.xx.2023-cü il tarixdən yeni müqavilə üzrə ödənişlər etməyə davam edir. Eyni zamanda Bakı şəhəri 9 saylı Mediasiya təşkilatı tərəfindən mediator qismində təyin edilmiş mediator Mehriban Qaffarova tərəfindın ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir. Qeyd etmək zəruridir ki, tərəflər kredit müqaviləsi üzrə borcun bölgüsü barədə ümumi razılığa gələ bilməmişlər. Ona görə də, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan kredit müqaviləsinin keçmiş həyat yoldaşı hazırki Cavabdeh ilə hər tərəfin payına ½ hissə olmaqla bərabər bölünməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə aralarındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. O, xx.xx.2022-ci il tarixdə bankdan 7300 manat kredit götürmüş, daha sonra xx.xx.2023-cü il tarixdə 11000 manat götürəndə köhnə kredit müqaviləsi üzrə olan borcu bağlamış və yeni tarixli müqavilənin ödəniş cədvəlinə əsasən ödəməyə başlamışdır. Hal-hazırda ödənişləri edir, borc bağlanmayıb. Həmçinin göstərdi ki, o, nəqədər kredit götürmüşsə, hamısını evin tikilisinə xərcləmiş, hazırda da, tikinti davam edir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilib, Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış BPM**********57 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin onun payına ½ hissə və Cavabdeh payına ½ hissə olmaqla bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, kreditin götürülməsindən onun məlumatı olmayıb, həmin puldan ona heçnə verməmişdir. 2022-ci ilin oktyabr ayından tam ayrı yaşayırlar. Lakin ona qədər arada gəlibgedib, gah evdə gah anası gildə yaşayırdı. Həmin kredit məbləğini ödəməyə maddi imkanı yoxdur, xadimə işləyir və hər ili 2500 manat böyük qızının təhsil haqqısını ödəyir. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehin qızıdır. O, hal-hazırda universitetə gedib gəldiyinə görə atası ilə yaşayır. Anası Ramana, atası isə Xutor qəsəbəsində yaşayır. İki il əvvəl valideynlərinin münasibətləri pisləşdi, onlar ayrıldılar. 2022-ci ildən valideyinləri ayrı yaşayırlar. Atası bacısı və qardaşının saxlanması üçün aliment ödəyir, o, isə nikah pozulan zaman artıq yetkinlik yaşına çatmışdır. O, həmçinin bildirdi ki, atası tərəfindən kredit götürməsi barədə onda heç bir məlumat yoxdur. Atasının Masazırda evi var, hələ hazır deyil, tikinti davam edir. Özü də olmuş həmin evdə, ev yarım tikilidir. Ehtimal varki, atası həmin evi qardaşı üçün tikir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi Teymur Kərimov məktubla iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, iddiaçı öz iddia tələbində "xxxx" ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin iddiaçı və cavabdehin ½ hissədə paylarına uyğun bölünməsini xahiş etmişdir. Bununla əlaqədar ilk növbədə qeyd edir ki, iddia tələbinin “xahiş edirəm" hissəsində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi xahiş olunsa da, həmin müqavilə üzrə borc artıq bağlanmış və iddiaçının, yəni İddiaçı həmin müqavilə üzrə bölünməsini xahiş etdiyi hansısa öhdəliyi qalmamışdır. Qeyd edilən müqavilənin tarixinin səhvən xx.xx.2023-cü il əvəzinə, xx.xx.2022-ci il tarixi yazıldığını fərz edərək iddianın məhz həmin hissədə təmin olunubolunmaması ilə bağlı münasibəti isə aşağıdakılardan ibarətdir. İddiaçı öz tələbində kredit müqaviləsi üzrə payların müəyyən olunmasını xahiş etmişdir və qeyd edilməlidir ki, bu cür yazılmış iddia tələbində ümumi öhdəlikdə payların müəyyən olunması dedikdə, tələbkar üçün borclunun əvəz edilməsi həyata keçirilməli olması başa düşülə bilməz. Belə ki, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05.04,2024-cü il tarixli qərarına əsasən, borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Həmin qərarın 6.36-cı bəndinə əsasən Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41,2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. O, da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın birbirlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı və cavabdehin ½ hissədə paylarının müəyyən olunması zamanı Bank üçün borclu qismində sadəcə is üzrə iddiaçı olan İddiaçı tanınacağı və bu bölgünün iddiaçı ilə cavabdehin öz arasında olan münasibətləri ehtiva etdiyini göz önündə saxlayaraq iddianın məhz qeyd edilən xüsusatlar nəzərə alınmaqla təmin olunmasına etiraz etmir və iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxanda adı çəkilən qərarındakı halların nəzərə alınmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Mediasiya sesiyasının davam etdirilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/5- 02406 nömrəli arayışdan görünür ki, Cavabdeh – İddiaçı qarşı ailə mübahisəsi: nikahın pozulması və aliment tələbi üzrə xx.xx.2022-ci il tarixində, 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında Cavabdeh – İddiaçı iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sesiyasında sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, onunla cavabdeh İddiaçı arasında bağlanmış 14 fevral 2004-cü il tarixli nikahın pozulması, birgə nikahlarından olan 09 noyabr 2004-cü il təvəllüdlü X2, 24 may 2008-ci il təvəllüdlü X3, 12 mart 2010-cu ii təvəllüdlü X4, 18 mart 2 0 1 4 - c ü i i təvəllüdlü X7 onun yanında saxlanması və cavabdehdən hər bir uşağa görə yetkinlik yaşına çatanadək 193 manat olmaqla, cəmi 772 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-284/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 14 fevral 2004-cü il tarixində bağlanmış Bakı şəhəri Binəqədi rayonu “Leyla nikah” evində 131 № ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulan 24 may 2008-ci il təvəllüdlü X3, 12 mart 2010-cu il təvəllüdlü X4, 18 mart 2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 24 may 2008-ci il təvəllüdlü X3, 12 mart 2010-cu il təvəllüdlü X4, 18 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aiiment cavabdeh İddiaçı-tutularaq iddiaçı Cavabdeh ödənilməsi, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmçinin qeyd edilən qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak edən (həmin iş üzrə iddiaçı) Cavabdeh izahatında bildirmişdir ki, o, təxminən 2022-ci ilin oktyabr ayının ortasından uşaqları ilə birgə valideyinlərinin evində qalır. Həmçinin məhkəmə iclasında iştirak edən (həmin iş üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixinədək uşaqları ilə birlikdə onun yanında qalmışlar, sonradan isə uşaqları ilə birlikdə anasının evinə köçmüşlər. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********57 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən illik 21 faizlə, 48 ay müddətinə ödəmək şərti ilə 7300 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, BPM**********57 saylı kreditin və ona hesablanmış faizlərin ödənişi cədvəlindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, BPM**********57 saylı kredit müqaviləsi üzrə hər ay 226.1 manat ödəmək şərti ilə 48 ay müddətinə, yəni xx.xx.2026-cı il tarixədək əsas və faiz borcunu ödəməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********57 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən illik 19 faizlə, 30 ay müddətinə ödəmək şərti ilə 11000 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, BPM**********57 saylı kreditin və ona hesablanmış faizlərin ödənişi cədvəlindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, BPM**********57 saylı kredit müqaviləsi üzrə hər ay 463.5 manat ödəmək şərti ilə 30 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək əsas və faiz borcunu ödəməsini öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.5-ci madddəsində İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarına görə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış BPM**********57 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 21 faizlə, 48 ay müddətinə ödəmək şərti ilə götürdüyü 7300 manat məbləğində kredit borcunun ½ hissədə onun və ½ hissədə Cavabdeh payı müəyyən olunmaqla bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi götürülmüş pul məbləğinin ailənin ümumi ehtiyaclarını ödəmək məqsədilə istifadə edildiyinə əsaslanır. Cavabdeh kreditin götürülməsindən və pulun hara xərclənməsindən məlumatlı olmadığını bildirərək iddianı qəbul etmir. Qeyd olunmalıdır ki, iddiaçının əsaslandığı hallar və cavabdehin etirazı bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Hazırki iddianın əsaslılığı iddiaçı tərəfindən əldə edilən kredit məbləğinin ailənin ehtiyacları üçün sərf olunduğunun sübuta yetirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.14-cü bəndində qeyd olunmuşdur ki, “Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir.Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.. 3.15-ci bəndində qeyd olunmuşdur ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16-cı bəndində qeyd olunmuşdur ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X5 14 fevral 2004-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşlar. Sonradan tərəflər arasında münasibətlər pozulduğundan iş üzrə Cavabdeh Bakı 5 saylı Mediasiya Təşkilatına nikahın pozulması ilə bağlı müraciət etmiş və tərəflər xx.xx.2022-ci il tarixdə mediasiya sesiyasında iştirak etmiş, lakin tərəflər arasında barışıq əldə edilmədiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(001)-284/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin qeyd edilən qətnamə ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak edən (həmin iş üzrə iddiaçı) Cavabdeh izahatında bildirmişdir ki, o, təxminən 2022-ci ilin oktyabr ayının ortasından uşaqları ilə birgə valideyinlərinin evində qalır. Həmçinin məhkəmə iclasında iştirak edən (həmin iş üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixinədək uşaqları ilə birlikdə onun yanında qalmışlar, sonradan isə uşaqları ilə birlikdə anasının evinə köçmüşlər. Daha sonra müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, BPM**********57 saylı kredit müqaviləsi bağlanaraq, İddiaçı illik 21 faiz olmaqla, 48 ay müddətinə, xx.xx.2026-cı il tarixədək, hər ay 226.1 manat ödəmək şərti ilə 7300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə öhdəlik İddiaçı tərəfindən yerinə yetirilmiş və o, təkrar "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli, BPM**********57 saylı kredit müqaviləsi bağlayaraq illik 19 faizlə, 30 ay müddətinə ödəmək şərti ilə 11000 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi kredit verilərkən tərəflər rəsmi nikah münasibətlərində olsalar da, artıq onlar arasında ailə münasibətlərinə xitam verilməsi ilə bağlı müştərək qaydada iradə ifadələrini nümayiş etdirmişlər. Belə ki, kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da ondan bir gün öncə, xx.xx.2022-ci il tarixdə cavabdeh nikahın pozulması ilə bağlı 5 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər mediasiya sesiyasında iştirak etmişlər, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmiş və məhkəmənin 30 mart 2023-cü il tarixli, 2(001)-284/2023 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulduğunu nəzərə alsaq, bu münasibətlərin xitamı qərarına gəlmək üçün tərəflər arasında münasibətlərin pisləşdiyi əsas faktorlardan biridir. Bu isə ani deyil, müəyən bir zaman kəsiyində baş verə bilər. Bu baxımdan xx.xx.2022-ci il tarixdə tərəflərin nikahın pozulması ilə bağlı mediasiya sesiyasında iştirak edərək, sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmələri ona dəlalət edir ki, xx.xx.2022-ci il tarixəpozulmuşdur. Belə olan halda nikahı rəsmi pozulmaq ərəfəsində olan iddiaçının əldə etdiyi kredit məbləğini ailə məqsədləri üçün istifadə etdiyi sağlam mühakimə əsasında inandırıcı görünmür. Bununla yanaşı iddiaçı öz ərizəsində kredit müqaviləsi əsasında əldə etmiş olduğu pul məbləğini ailə ehtiyacları üçün istifadə olunduğunu qeyd etsə də, istinad etdiyi dəlillərə dair heç bir mötəbər sübut təqdim etməməklə yanaşı, bu halları iş üzrə şahid qismində dindirilmiş tərəflərin birgə nikahlarından olan X6 təsdiq etməmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hazırkı iş üzrə işin məhkəmə araşdırılması ilə iddiaçının dəlillərinin əsaslı olması sübuta yetmədiyindən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış BPM**********57 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin iddiaçının payına ½ hissə və Cavabdeh payına ½ hissə olmaqla bərabər bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2029/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2029/2024
12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver