Məhkəmə qərarları › İş №2(001)-2032/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2032/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2032/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ünvan 4 qarşı (X11 3-cü şəxs qismində cəlb edilməklə) ünvan 1 ünvanında yerləşən, mərhum anası X4 miras qalmış mirasdakı paydan ünvan 4 imtina barədə yazdığı ərizəsinin etibarsız hesab olunmasına, miras qalmış əmlaka vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə və daşınmaz əmlakda onun vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh ünvan 4 qarşı (X11 3-cü şəxs qismində cəlb edilməklə) ünvan 1 ünvanında yerləşən, mərhum anası X4 miras qalmış mirasdakı paydan ünvan 4 imtina barədə yazdığı ərizəsinin etibarsız hesab olunmasına, miras qalmış əmlaka vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə və daşınmaz əmlakda onun vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə anası X5 vəfatından sonra miras qalmış əmlakda payından qardaşı X11 xeyrinə imtina etməsinə dair ünvan 4 xx.xx.2023-cü il tarixli D-07 nömrəli ərizə ilə müraciət edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə istinad etməklə mirasdakı paydan imtina barədə ərizəsinin müəyyən səbəblərə görə geri qaytarılaraq etibarsız sayılması, mərhum anasından miras qalmış əmlaka vərəsəlik payı barədə vərəsəlik şəhadətnaməsinin onun adına rəsmiləşdirilərək verilməsini cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisindən xahiş etməsinə baxmayaraq, Bakı şəhəri 26 saylı notariat ofisinin X-19 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmiş, şəhadətnamənin verilməsi dayandırılmışdır. Vərəsəliklə bağlı bütün sənədlər, razılıq ərizələri hal-hazırda Bakı şəhəri 26 saylı notariat ofisindədir. Anasından miras qalmış əmlakın taleyinin həlli ilə bağlı iddiaçı ilə qardaşı Elçin arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, hal-hazırda qardaşı miras payının iddiaçının adına rəsmiləşdirilməsinə razıdır və iddiaçının vərəsəlik hüququnun bərpa olunmasını istəyir. Ona görə də ünvan 1 ünvanında yerləşən, iddiaçının mərhum anası X4 miras qalmış mirasdakı paydan İddiaçı cavabdeh ünvan 4 imtina barədə yazılmış ərizəsinin etibarsız hesab olunmasına, miras qalmış əmlaka vərəsəlik payı barədə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə və daşınmaz əmlakda İddiaçı vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, miras qoyanın birinci dərəcəli vərəsələri olan tərəflər öz aralarında əvvəldən razılığa gəlsələr də evin birinin qardaşın, digərinin isə bacının adına keçirilməsi hissəsində anlaşılmazlıq olmuşdur. İddiaçı 24 yanvar tarixində imtina ərizəsi ilə müraciət etmiş, 25 yanvar tarixində isə bütün mirasdan imtinaya səbəb olacağından ərizəsini geri götürmüşdür. Ona görə də iddiaçı ərizəsinin bütün əmlakdan imtina kimi deyil, anadan miras qalmış əmlaka dair şəhadətnamə verilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Lakin notariat ofisi iddiaçıya əsassız imtina etmiş və 3-cü şəxsi qanun üzrə birinci dərəcəli vərəsə hesab etmişdir. İddiaçı hal-hazırda miras əmlakdan qeydiyyatda olaqla faktiki istifadə edir. Anasının sağlığında mirasqoyan mübahisəli əmlakı qızına, rayondakı evi isə oğluna vəsiyyət etdiyini bildirmiş, bu barədə vəsiyyətnamə olmasa da, şifahi şəkildə mərhum tərəfindən övladlarına deyilmişdir. E.İbrahimov ata yurduna sahib çıxmış, anasından qalan əmlak isə iddiaçının mülkiyyətinə veriməli olduğu halda ərizəsinə əsasən qardaşı qanun üzrə vərəsə sayılmışdır. Tez bir zamanda iddiaçı fikrindən yayınmış, məlumatsız olduğundan və rayonda olan evin qardaşına keçməsinə razı olduğundan, miras əmlakdan imtina etməsinin anasının ona miras qoyduğu əmlakdan da imtinası kimi anlaşılacağını bilmədiyindən özünü mirasdan məhrum etmişdir. İddiaçı yazdığı ərizənin mahiyyətini dərk etməmişdir. İddiaçı qardaşının xeyrinə rayondakı evdən imtina etdiyini düşünmüş və tez bir zamanda ərizənin onun ziyanına olduğunu dərk edib imtina etdiyinə dair notariat ofisinə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs X14 iddia ərizəsi ilə razılaşaraq izahatında göstərmişdir ki, o, anası vəfat etdikdən sonra bacısına əmlakdan imtina etməsi barədə notariusda ərizə yazmasını demiş, bacısının onun xeyrinə imtina etməli olduğu əmlak Göyçay rayonunda yerləşir. Rayondakı evi vərəsəlik qaydasında gec qəbul etmişdir. Notariusa tək gedən bacısı atasından qalan evdən imtina etməli, Bakıdakı ev isə bacısının mülkiyyətində qalmalı idi. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ünvan 4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli X-140 saylı məktubu ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1259. Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1272.Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Notariat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 67. Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Əqddə fiziki çatışmazlığına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Notariuslar tərəfindən videoyazı vasitəsilə ərizələrdə imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bağlı notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat:

110. Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır. Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınır. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunur və notariat qaydasında təsdiq edilir. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil edilir. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılır. Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikilir. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir. Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir. Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 187559 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1655 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli V-JQ № 320057 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1998-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998ci il tarixdə 264 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ № 649652 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1109 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 656550 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2014-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 233 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 002834 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Zeynalov döngə İİ korpus küçəsindəki 9 otaq 140,8 kv.m yaşayış sahəsi 243,4 kv.m ümumi sahəsi olan 15 saylı fərdi yaşayış evi 1/7 hissədə X10, 1/7 hissədə X7, 1/7 hissədə X1, qalan hissədə X3, X13 1 otaq, 2/7 hissədə X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu barədə 43 saylı reyestr kitabının 6464 səhifəsində 30/3275 saylı xx.xx.1999-cu il tarixli qeydiyyat aparılmışdır. X11 26 saylı notariat kontoruna ünvanladığı xx.xx.2021-ci il tarixli reyestrdə 8İ-11017 № ilə qeyd edilmiş ərizəsinin surətindən müəyyən olunur ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmuş, həmin ünvanda yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlakları qəbul etdiyini, ondan başqa İddiaçı da vərəsə olmasını, gələcəkdə hər hansı mübahisə yaranarsa, məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçı ünvan 4 ünvanladığı xx.xx.2021-ci il tarixli reyestrdə 8İ-11018 № ilə qeyd edilmiş ərizəsinin surətindən müəyyən olunur ki, o, anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etməsini, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qəbul etmədiyini, ona düşən miras paydan qardaşı X11 xeyrinə imtina etməsini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəyini, mirasa dair iddiası, əmlak tələbi olmayacağını, Azərbaycan Respublikası MM-nin 1268-ci maddəsinin məzmununun, imtina etmək barədə ərizəsinin geri götürülməsinin və ya ləğv edilməsinin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini bildirərək ərizəsini oxuyaraq razı olmasını öz imzası ilə təsdiq etmişdir. İddiaçı ünvan 4 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X5 əmlakına dair xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmasını, vərəsəlik işi açılarkən ailə üzvüləri ilə danışıqları zamanı qardaşı X11 anasından qalmış miras əmlakı qəbul etməsi, onun isə miras əmlakdan imtina etməsi barədə qərar qəbul edilməsini, lakin ailə üzvüləri ilə sonradan aralarında anlaşılmamazlıq yarandığı üçün tərəfindən yazılmış imtina ərizəsinin ləğv edilməsinə qərar verməsini bildirib, miras əmlakdan imtina ərizəsinin notariat qaydada ləğv edilməsinin mümkünsüzlüyünü dərk etdiyi üçün ərizəsinin məhkəmə qaydasında ləğv etmək məqsədi ilə vərəsəlik işinin aparılmasının və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli X-19 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixli D-07 nömrəli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X5 əmlakına dair Bakı şəhəri notariat ofisində açılmış vərəsəlik işi dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş miras qoyan X.Q.İbrahimovanın birinci dərəcəli vərəsələrindən biri olan iddiaçı N.Ə. İbrahimova xx.xx.2021-ci il tarixdə ünvan 4 ərizə ilə müraciət edərək anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etməsini, anasının ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qəbul etmədiyini, ona düşən miras paydan qardaşı X11 xeyrinə imtina etməsini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəyini, mirasa dair iddiası, əmlak tələbi olmayacağını, Azərbaycan Respublikası MM-nin 1268-ci maddəsinin məzmununun, imtina etmək barədə ərizəsinin geri götürülməsinin və ya ləğv edilməsinin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini bildirərək ərizəsini oxuyaraq razı olmasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı bir ildən sonra ünvan 4 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək miras əmlakdan imtina ərizəsinin notariat qaydada ləğv edilməsinin mümkünsüzlüyünü dərk etdiyini bildirib ərizəsinin məhkəmə qaydasında ləğv etmək məqsədi ilə vərəsəlik işinin aparılmasının və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin dayandırılmasını xahiş etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina etmək vərəsənin hüququ olduğundan, bunun üçün vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınanadək müraciət etməli olduğundan, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsənin isə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bildiyindən, bu barədə ərizə ilə vərəsə notariat orqanına müraciət etməli olduğundan, qanunla müəyyən olunmuş vaxtda və qaydada mirası qəbul etməkdən imtina edən vərəsənin bu barədə ərizəsini geri götürmək hüququ olmadığından, araşdırma zamanı xx.xx.2021-ci il tarixdə vəfat etmiş miras qoyan X.Q.İbrahimovanın birinci dərəcəli vərəsələrindən biri olan İddiaçı qanunla müəyyən olunmuş vaxtda və qaydada anasından miras qalan bütün miras əmlakdan imtina etməsi barədə ərizəsini notariat ofisinə təqdim etməsi, imtina ərizəsini təsdiq edən notarius tərəfindən iddiaçının iradə ifadəsini rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam əməl edilməsi öz təsdiqini tapdığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ

İddiaçı cavabdeh ünvan 4 qarşı (X11 3-cü şəxs qismində cəlb edilməklə) ünvan 1 ünvanında yerləşən, mərhum anası X4 miras qalmış mirasdakı paydan ünvan 4 imtina barədə yazdığı ərizəsinin etibarsız hesab olunmasına, miras qalmış əmlaka vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə və daşınmaz əmlakda onun vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar