Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2049/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5800 manat məbləğində kredit verilmişdir. Eyni tarixdə İddiaçı Cavabdeh bankdan kredit götürməsi ilə bağlı zamin durmuş və zamin olaraq bank qarşısında borcalanla birgə məsuliyyət daşımışdır. Kredit götürən iddiaçı müqavilə şərtlərinə əsasən bank qarşısında götürülmüş öhdəliyi vaxtında icra etməmişdir. İcra edilməyən öhdəlik səbəbilə Bank borclu və zaminlərə qarşı kredit borcunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə 13 may 2016-cı il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6858 saylı əmri ilə təmin edilmişdir. Qeyd edilən məhkəmə əmrinə icrasına əsasən iddiaçı bank tərəfindən verilmiş möhlətə ilə əlaqədar banka olan borcundan qismən ödəniş etmiş, lakin qalan hissədə isə ödəniş etməkdən yayınmışdır. Bu səbəbdəndə qalan borcun ödənilməsi üçün məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçının işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 1 saylı Rabitə Xidmətləri Mərkəzində əmək haqqından 50% qədərdə tutulmasına yönəldilmiş icra vərəqəsi təmin edilmişdir. İddiaçının işlədiyi rabitə müəssisəsində əmək haqqıından "xxxx" ASC-nin hesabına 29 fevral 2019-cu il tarixindən - 31 yanvar 2021-ci il tarixinə kimi 1962,64 manat və 302,12 manat isə icra xidmətinə görə tutulmalar olmuşdur. İddiaçının əmək haqqından tutulmalar aşağıdakı qeyd olunan tarixlərdə öz əksini tapmışdır. xx.xx.2020-də - 115,50 manat, xx.xx.2020-də - 302,75 manat, xx.xx.2020-də - 302,75 manat; xx.xx.2020-də - 302,75 manat, xx.xx.2020də - 328,33 manat, xx.xx.2021-də - 590,16 manat, xx.xx.2021-də - 20.40 manat; ümumən 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə və məhkəmə əmrinə əsasən iddiaçının əməkhaqqından bankın hesabına tutulmaların cəmi məbləği 1962,64 manat etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6858/2016 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı və Cavabdeh cəmi 4316,63 manat borc və 20,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6858/2016 saylı məhkəmə əmrinin məzmunundan göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 5800 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq kreditorla İddiaçı və X1 arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X2 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin 3- 27/110/2/21/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(001)-6858 saylı əmrinin icrası ilə əlaqədar iddiaçının işlədiyi "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin kargüzarlıq üzrə mütəxəssisi vəzifəsində aylıq əmək haqqından “Bank BTB" ASC-yə ödənilən məbləğlər barədə məlumatlar "aşağıda kimi öz əksini tapmışdır:
1. xx.xx.2020 - əsas borc 115,50 manat
2. xx.xx.2020 - əsas borc 302,75 manat
3. xx.xx.2020 - əsas borc 302,75 manat
4. xx.xx.2020 - əsas borc 302,75 manat
5. xx.xx.2020 - əsas borc 328,33 manat
6. xx.xx.2021 - əsas borc 590,16 manat
7. xx.xx.2021 - məhkəmə rüsumu 20,40 manat
8. xx.xx.2021 - icra məmurları (7%) 302,12 manat Cəmi - 2.264,76 manat" Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6858/2016 saylı icra sənədi üzrə cəmi 2.264,76 manat məbləğində pul ödənilməklə, o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənilmişdir. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6858/2016 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar iddiaçıdan tutulmuş 2264,76 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-6858/2016 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar iddiaçıdan tutulmuş 2264,76 (iki min iki yüz altmış dörd manat yetmiş altı qəpik) manat məbləğində pul və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə