Məhkəmə qərarları › İş №2(001)-2054/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2054/2025

03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2054/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(əri) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Mercedes Benz C230 minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz və işlək vəziyyətdə ona geri qaytarılması və avtomobilin cavabdehin istifadəsində olan zaman itirilmiş fayda olaraq hesablanmış 8540 manat pulun, eyni zamanda ödənilmiş 105.4 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən cavabdeh barədə məlumatlar yenidən sorğulandıqda iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilmişdir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, ŞÜVƏLAN QƏSƏBƏSİ, NİZAMİ KÜÇƏSİ, DÖNGƏ 4, EV 6 ünvanında qeydiyyatdadır. Beləliklə, mübahisənin mahiyyətinin mülkiyyət hüququnun müdafiəsindən irəli gəldiyini və digər aidiyyət qaydalarının təsir dairəsinə düşmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmədə baxıldığı zaman aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edildiyindən mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi mülki işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Mülki işin göndərilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilsin. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar