Məhkəmə qərarları › İş №2(001)-206/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-206/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-206/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: maddi zərər, pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Eviniz Tikilsin” Mənzil Tikinti Kooperativin nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı 4271 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə Cavabdeh Mənzil Tikinti Kooperativindən 45780 ABŞ dolları ödəyərək MTK-nın ünvan 1 ünvandakı İV giriş, İV mərtəbəsindəki ümumi sahəsi 109 kv.m yaşayış sahəsi, 52,5 kv.m olan 3 otaqlı, 211 saylı mənzili almışdır. xx.xx.2023-cü il tarixdə həmin mənzilə dair texniki pasport alan zaman məlum olmuşdur ki, qeyd olunan mənzilin ümumi sahəsi 98,83 kv.metrdir. bunun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş və həmin çıxarışla xüsusi mülkiyyət hüququ ilə onun adına 98,83 kv.m mənzil **********2005, ********* reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzili alan zaman hər kv.m üçün 420 ABŞ dolları hesablanmış və ümumilikdə 45780 ABŞ dolları dəyərini tam həcmdə ödəmişdir. Hazırda 10,17 kv.m və ya 4271 ABŞ dolları fərq var. xx.xx.2024-cü ildə Cavabdeh Mənzil Tikinti Kooperativinə ərizə ilə müraciət etmiş və həmin fərq həcmində ona dəyən ziyanın ödənilməsini xahiş etmişdir. Lakin hazırki vaxtadək cavabdeh tərəfindən ona yazılı cavab verilməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 109 kv.m sahəsi olan mənzilə dair ümumilikdə pul həyat yoldaşı tərəfindən verilmiş və həyat yoldaşı vəfat etdikdən sonra mənzilə dair pay onun adına keçirilmişdir. Mənzilin mülkiyyət hüququnun qeydiyyatı onun müraciəti əsasında həyata keçirilmiş və çıxarış verilən zaman mənzilin sahəsinin 98.83 kv.m olduğu göstərilmiş, texniki pasport verilmişdir. Bununla da müəyyən edilir ki, həyat yoldaşı tərəfindən artıq 4271 ABŞ dolları məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, iddiaçının həyat yoldaşı mənzili 2006-cı ildə almış, iddia ərizəsini iddia müddətini ötürərək vermiş, iddia müddəti tətbiq edilərək ərizə rədd edilməli, həmçinin, mənzillərin sahəsi hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın istəyinə uyğun hesablanmır, buna dair təsdiqlənmiş qaydalar var, hesablama da həmin qaydalara riayət etməklə aparılıb. İddia qanunsuz və əsassızdır və bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X2 Cavabdeh Mənzil Tikinti Kooperativindən 45780 ABŞ dolları məbləğində ünvan 1 ünvandakı İV giriş, İV mərtəbəsindəki ümumi sahəsi 109 kv.m yaşayış sahəsi, 52,5 kv.m olan 3 otaqlı, 211 saylı mənzili almışdır. - xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixli kassa mədaxil qəbzlərinin surətindən görünür ki, X2 tərəfindən Cavabdeh MTK-ya ümumilikdə 45780 ABŞ dolları pul ödənilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 366 saylı, xx.xx.2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş 10A saylı, xx.xx.2009-cu il tarixli protokolunun surətindən görünür ki, BŞİH-nın MKTİ Cavabdeh MTK-nın üzvü A.Ə.Musayevin vəfatı ilə əlaqədar ünvan 1 ünvandakı İV giriş, İV mərtəbəsindəki ümumi sahəsi 109 kv.m yaşayış sahəsi, 52,5 kv.m olan 3 otaqlı, 211 saylı mənzilin və payçının həyat yoldaşı İddiaçı 1 nəfər (özü) ailə tərkibi ilə kooperativinə üzv qəbul olunmaqla adına keçirilməsi barədə Cavabdeh MTK üzvlərinin xx.xx.2009-cu il tarixli ümumi iclasının qərarı göstərilən ünvanda İddiaçı pasport qeydiyyatı olmadığından istisna hal kimi baxılmaq üçün komissiyaya çıxarır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, mənzil 211 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 242, M4, m4) 04.10.202-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 109/4177 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, ev 38, 211 saylı ünvanında yerləşən mənzilin daxili arakəsmə divarları nəzərə alınmadan (müvafiq azaltma əmsalları tədbiq olunmadan) ümumi sahəsinin 105,13 m2, daxili arakəsmə divarları nəzərə alınmaqla (müvafiq azaltma əmsalları tətbiq olunmadan) ümumi sahəsinin 109 m2 olduğu müəyyən olundu. ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına müvafiq olaraq 98,83 kv.m olduğu müəyyən edilir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəfin maddi ziyan tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma iddialarından yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, həm X2 ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi, həm də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 109/4177 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, ev 38, 211 saylı ünvanında yerləşən mənzilin daxili arakəsmə divarları nəzərə alınmadan (müvafiq azaltma əmsalları tədbiq olunmadan) ümumi sahəsinin 105,13 m2, daxili arakəsmə divarları nəzərə alınmaqla (müvafiq azaltma əmsalları tətbiq olunmadan) ümumi sahəsinin 109 m2 olduğu müəyyən olunur. ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına müvafiq olaraq 98,83 kv.m olduğu müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar