Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2064/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilərək geri alınmış 1000 manat, əldə çıxmış 8500 manat pul vəsaitinin ona ödənilməsi, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş % hissəsi olan 440 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 870 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ** KU *** dövlət qeydiyyat nişanlı «Mersedles Sprinter» markalı avtomobili vardır. Həmin avtomobil onun mülkiyyətindədir, avtomobildə hər cür rahatlıq və şərait olduğundan əksər hallarda ondan dövlət tədbirlərində istifadə etdilməsi üçün sifariş qəbul edir. Bu il noyabr ayında böyük beynəlxalq tədbir olan KOP-29 keçirildiyi dövrdə sürücü yoldaşı Şirxan ona bildirmişdir ki, İndoneziya dövlətindən gələcək nümayəndələr üçün mikrovavtobus axtarılır, onun mobil telefonunu həmin səfirliyin əməkdaşına verəcək, özü onunla əlaqə saxlayacaqdır. Elə həmin gün ona ********** nömrəli mobil telefondan «Watsap» vastəsi ilə onun mobil telefonuna zəng gəldi və zəng edən şəxs səfirliyin işçisi Gülaliyev Emil olduğunu bildirdi. Həmin şəxs ona demişdir ki, İndoneziya dövlətindən rəsmi şəxslər üçün avtomobil tam olaraq onlara lazımdır, ondan qiymət barədə soruşmuş və avtomobilin şəkillərini göndərməsini xahiş etdmişdir. O, cavabdehə qiymətin 8 saat iş gününə görə 400 manata olduğunu bildirdikdə, həmin şəxs avtomobilin 12 saat lazım olduğunu demiş və o, həmin şəxsdən həmin vaxta görə 500 manat istəmişdir. Həmin şəxs etiraz etməyib razılaşçışdır. Onlar əldə etdikləri razılığa əsasən 11 noyabr 2024-cü ilən 21 noyabr 2024-cü ilə kimi işləməli idi. Həmin şəxs bildirmişdir ki, əlavələr olduğu halda yenə əlavə pul ödəniləcəkdir. Beh kimi kartına 1000 manat göndərmişdir. Onların arasında söhbət təxminən sentyabr ayının ortalarında olmuşdur. Cavabdeh bildirmişdir ki, bir ay qabaq ona işin proqramını verəcək, həmin proqramda kimləri, nə vaxt qarşılayacağı və onları hara aparmalı olması göstəriləcəkdir. O, 11 oktyabrdan sonra cavabdehə zəng etmiş, proqramı istəmişdir. 18 oktyabrda cavabdeh ona bildirmişdir ki, heç bir proqramı olmayacaq, o, 24 saat işləyəcək və hara desə gedəcək, ona bundan artıq pul verməcək. Ona təklif etmişdir ki, printerdə çıxarılan saxta invoys gətirsin, həmin pulu səfirliyə təqdim edəcək, həmin sənəd əsasında orada avtomobildən istifadə üçün 7200 ABŞ dolları yazlacaqdır. Ora uydurma şirkət adı yazsın, həmin sənədi səfirliyə verib pulu oradan alacaq. Cavabdeh bu barədə ona səs də atmışdır. Həmin səs onun telefonunda saxlanılır. Lakin o, cavabdehin təklifindən imtina etmişdir. Onun imtinasından sonra cavabdeh bildirmişdir ki, özü bunu kompüterdə düzəldəcək, ona ehtiyac yoxdur. Bundan sonra cavabdeh onunla işləməyəcəyini demişdir. Emil onun 1 aydan çox heç bir iş görmədən dayanmasına səbəb olmuşdur. Həmin dövrlərdə ona KOP-29-lə bağlı müxtəlif adamlardan sifarişlər gəlmişi, o, onların hamısından imtina edib İndoneziya səfirliyindən beh aldığını və onlarla işləyəcəyini demişdir. O, cavabdehin təklifini qəbul etməyəndən bir neçə gün sonra cavabdeh demişdir ki, o, əvvəla onun təklifini qəbul etməmiş, 24 saat üçün 500 manata işləməli, hara dedisə ora getməlidir. O, yenə cavabdehdən proqramı istədikdə, cavabdeh behin qaytarılmasını tələb etmişdir. O, behi qaytarmaqdan imtina etdikdə, cavabdeh onu hədələmiş, səfirliyin əməkdaşı olduğunu və onun sözünün eşidiləcəyini dəfələrlə təkrarlamışdır. O, çəkinərək özünə problem yaranacağından qorxaraq, həmin 1000 manatı cavabdehin verdiyi karta göndərmişdir. Emilin təqsiri üzündən KOP-29 ərəfəsində 05 noyabr 2024-cü ildən 25 noyabr 2024-cü ilə kimi boş dayanmış, çünki Emilin sözünə əsasən gələn bütün sifarişlərdən imtina etmişdir. Emillə apardığı söhbətlərin əksəriyyəti səs və yazı vasitəsi ilə olmuş və həmin danışıqlar onun mobil telefonunda saxlanılır. Emilin təqsiri üzündən geri qaytardığı 1000 manatdan əlavə və boş dayandığı müddətdə 8500 manat əldə edəcəyi gəlirdən məhrum olmuşdur. İddia ərizəsində də qeyd edildiyi kimi, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlik yerinə yetirilməmişdir. 9500 manat pul vəsaitinin ona geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin 5% hissəsi olan 440 manat, bank uçot dərəcəsi 8,5% hissəsi olan 870 manat ödənilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, beh şəklində ona ödənilmiş, lakin sonradan qaytarılmış 1.000 manat, əldən çıxmış faydaya görə 8500 manat, illik 5% hesabblanmaqla 870 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ** KU *** dövlət qeydiyyat nişanlı «Mersedes Sprinter» markalı avtomobilin sahibidir və o, həmin avtomobildən dövlət tədbirlərində itifadə etmək üçün sifarişlər qəbul edir. Azərbaycan Respublikasında keçirilən “COP 29” beynəlxalq tədbirdən 2 ay əvvəl, yəni 2024-cü ilin sentyabr ayının ortalarında Şirxan adlı sürücü yoldaşı ona bildirmişdir ki, İndoneziya səfidiyi “COP 29”-da iştirak edəcək nümayəndə heyəti üçün maşın axtarırlar və o, iddiaçının telefon nömrəsini həmin səfirliyin əməkdaşına verəcək. Şirxanla söhbətlərinin olduğu gün ona Cavabdeh adlı şəxs zəng etdi və özünü İndoneziya səfirliyinin əməkdaşı kimi təqdim edərək, maşından istifadə edilməsi ilə bağlı qiymətləri soruşdu və maşının şəkillərinin ona göndərilməsini xahiş etdi. İddiaçı Emilə 8 saat üçün 400 manat qiymət olduğunu bildirmiş, Cavabdeh isə onlara gün ərzində maşının 12 saat lazım olduğunu dedikdə, iddiaçı həmin vaxta görə 500 manat ödəniş olacağını bildirmişdir. Cavabdeh bu qiymətlə razılaşmış və əlavə iş saatlarına görə əlavə ödənişlərin olacağını da demişdir. Onlar razılaşmışlar ki, iddiaçının iş tarixləri 2024cü ilin noyabr ayının 11-dən 21-ə kimi olacaq və cavabdeh tədbirə 1 ay qalmış işin proqramını, yəni kimləri, nə vaxt qarşılayacaq, onları hara aparacaq və sair, barədə məlumatları iddiaçıya verəcəkdir. Bu şərtlər barədə razılaşdıqdan sonra Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə 1.000 manat beh göndərmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh zəng vuraraq proqramı istəmiş, xx.xx.2024-cü il tarixdə Emil proqramın olmayacağını, iddiaçının 24 saat işləməli olduğunu, hara göndərilsə getməli olduğunu və bunun müqabilində əlavə ödənişin olmayacağını bildirmişdir. Bundan bir neçə gün sonra Cavabdeh iddiaçı ilə işləməyəcəyini ona bildirmiş və ondan behi geri qaytarılmasını tələb etmişdir. İddiaçı behı qaytarmaqdan imtina etdikdə cavabdeh ona hədə-qorxu gəlməyə başlamışdır. İddiaçı da bu hədələrdan qorxaraq aldığı behi iddiaçıya qaytarmışdır. Cavabdeh təqsiri üzündən iddiaçı maddı zərərə uğramışdır. Çünki, COP 29 tədbirində onun maşınından istifadə etmək üçün iddiaçıya çoxsaylı sifarişlər verilmiş, lakin o, İndoneziya Səfirliyindən beh qəbul etdiyi üçün həmin sifarişlərdən imtina etmişdir. Nəticədə iddiaçıya maddi zərər dəymişdir. Hesab edir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh tanıdığı şəxsdən KOP29 zamanı İndoneziya nümayəndələri üçün Mercedes sprinter markalı avtomobillərin şəkillərini istəmişdir. Həmin şəxsın cavabdehə göndərdiyi şəkillərinin arasında hazırkı iş üzrə İddiaçı kimi özünü təqdim edən şəxsin avtomobilinin də şəkilləri olmuşdur. 2023-cü ilin sentyabr ayının 08-də Cavabdeh İddiaçı ilə əlaqə saxlayaraq avtomobilinin şəkillərdəki görünüşünün bəyənildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə isə tərəflər “noyabr ayında 10 gün, gündəlik 12 saat 2 transfer, şəhəriçi" iş qrafiki olmaqla hər gün üçün 500 manat ödəniş olunması şərti ilə razılığa gəlmişlər. Elə həmin ərəfədə və sonrakı danışıqlarda da Cavabdeh İddiaçı oktyabr ayının 20-dək iddiaçıya İndoneziyadan gələn nümayəndə heyətinin gəliş və qayıdış tarixlərini bildiriləcəyini ifadə etmişdir. Həmçinin, İddiaçı 1.000 manat beh istəyinə də müsbət cavab verilmiş, xx.xx.2024-cü il tarixdə həmin məbləğ iddiaçının göndərdiyi kartın üzərindəki hesaba göndərilmiş, iddiaçı behi aldığını təsdiq etmişdir. Beh göndərilməmişdən əvvəl Cavabdeh tərəfindən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə İddiaçı səsli mesaj göndərilərək, onlar arasında əldə olunmuş razılaşmanın şərtlərinin, yəni gün ərzində 12 saat, 2 transfer 500 manat və hər əlavə saata görə 20 ABŞ dolları ödənişin sabit, dəyişilməz (fix) şərt olduğunu bildirmiş və yalnız bundan sonra 1.000 manat məbləğində behi iddiaçıya göndərmişdir. İddiaçı behi qəbul etməklə əvvəlcədən razılığını verdiyi bu şərtlərlə bir daha etirazının olmadiğını bəyan etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh “proqram" barədə soruşmuş, cavabdeh isə cavabında ona İndoneziyada xx.xx.2024-cü il tarixdə prezident seçkilərinin olacağını və 23-25 oktyabr ayına qədər ona nümayəndənin gəliş-dönüş tarixlərini bildiriləcəyini demişdir. Qarşılığında isə İddiaçı “İnshaAllah” mesaj yazıb göndərmişdir. xx.xx.2024-cü il tarixədək isə cavabdeh iddiaçıya İndoneziya heyətinin 2024-cü ilin 10-19 noyabr tarixlərində Azərbaycana səfər edəcəklərini təsdiq bildirmişdir. Bundan sonra, İddiaçı qeyri-adekvat və əsassız olaraq proqramı tələb edərək proqrama baxaraq qiyməti yenidən təklif edəcəyini Cavabdeh bildirmişdir. İddiaçı bəhanəsi isə ondan ibarət olmuşdur ki, “bəlkə 12 saat ərzində sən məni qoymayacaqsan ki, dayanım, elə bütün günü ora-bura göndərəcəksən. Bu isə mənə sərf etmir və sair” bəhanələrlə razılaşmanın şərtlərini dəyişməyə cəhd göstərmış, Cavabdeh isə ona lap əvvəldən şərtlərinin ona bəyan edildiyini və bu şərtlərin “12 saat, 2 tranfer, 500 manat, əlavə saatlara görə isə 20 ABŞ dolları” olduğunu iddiaçıya xatırlatmışdır. İddiaçı isə təkid edərək razılaşmanı əsassız olaraq pozmaq istədiyini bildirmişdir. İddiaçının özünü bu formada aparması bu ehtimalı yaratmışdır ki, o, daha mənfəətli təkllf aldığına görə razılaşmanı pozmaq istəmiş və behı geri qaytaracağını bildirmişdir. İddiaçı Cavabdeh “belə olmayacaq biz qiyməti yenidən danışmalıyıq, sizə son fikrimi dedim, maşından çox maşın var, baxın əziz qardaş" bildirirərək razılaşmanı pozduğunu bəyan etmişdir. Cavabdeh xahiş və cəhdlərinə baxmayaraq, eləcə də tədbirin keçiriləcəyi tarixə kifayət qədər uzun müddət qaldığına görə humanist yanaşaraq xx.xx.2024-cü il tarixində behin geri qaytarılmasına razılığını vermişdir. İddiaçı istəyi ilə cavabdeh ona kart nömrəsi göndərmiş, iddiaçı da aldığı 1.000 manat məbləğində behi könüllü, öz istəyi və təşəbbüsü ilə Cavabdeh qaytarmışdır. Onu da qeyd edir ki, İddiaçı əvəlcədən razılaşdırılmış şərtləri pozması onun Cavabdeh göndərdiyi və onlar tərəfindən məhkəməyə təqdim edilmiş səsli mesajlarda oz əksini tapmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, güya Cavabdeh ona hədəqorxu gələrək behi qaytarılmasını tələb etmiş, o isə bu hədələrdən qorxaraq 1.000 manatı Emilə qaytarmışdır. İddiaçı tərəfin bu dəlili ilə bağlı bildirir ki, behi hədə-qorxunun təsiri atında qaytarıldığını iddia edən İddiaçı bu dəlilini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə tərəflərindən məhkəməyə təqdim olunmuş səsli mesajlarla təsdiq olunur ki, İddiaçı, onunla Cavabdeh arasında əvvəlcədən razılaşdırılmış şərtlərlə sonradan razılaşmamış, həmin şərtləri pozmuş və behin qaytarılmasının təşəbbüskarı kimi çıxış etmişdir. Bundan başqa, İddiaçı bildirir ki, o, Cavabdeh təqsiri üzündən COP 29 zamanı işləyə bilməmiş, qazanc əldə edə bilməmişdir. Bildirir ki, onun bu dəlili də əsassızdır və bildirdikləri yalandır. Çünki, məhkəməyə təqdim etdiyi paralel olaraq həmin şəxslə işləyəcəyini bildirmişdir. Bundan sonra tərəflər arasında hər hansı danışıq olmamışdır. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh istifadəsində olan nömrəyə iddiaçının telefon nömrəsindən bir başqa birisi zəng edərək Fəridə kompensasiya ödəməli olduğunu demiş, ödəməyəcəyi halda isə səfirliyə məktub, eyni zamanda səs yazılarını verəcəyi ilə hədələmişdir. Cavabdeh açıq aşkar olan bu şantaj məzmunlu təhdidi qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı və daha 2 nəfər səfirliyə yaxınlaşaraq yalan, şər, böhtan, qarayaxma və şantajdan başqa məqsədi olmayan məktubu səfirliyə vermiş və bununla da şantajlarını davam etmişlər. Daha sonra Cavabdeh iddiaçıya zəng edərək düzgün hərəkət etmədiyini Fəridə izah etməyə çalışmış, lakin buna baxmayaraq o, xx.xx.2024-cü il tarixdə məqsədyönlü seçdiyi səs yazılarını disk toplum olaraq səfirliyə vermişdir. Yanvar ayının son həftəsində isə İddiaçı və daha bir şəxs səfirliyin qarşısına gələrək səfirliyə daxil olub çıxan şəxslərlə dialoq qurmağa cəhd etmişdirlər. Cavabında isə mühafizə əməkdaşı dərhal ərazini tərk etmələrini, yoxsa dərhal hüquq mühafizə orqanlarına məlumat veriləcəyini bildirdikdən sonra onlar ərazini tərk etmişlər. Şantaj yolu ilə Cavabdeh pul ala bilmədiyini başa düşən İddiaçı hazırda bu əsassız iddianı irəli sürmüş və məhkəməni aldatmaq, yalan və böhtan məzmunlu izahatlar verməklə Cavabdeh hesabına varlanmaq niyyətindədir. Göründüyü kimi, iş üzrə tərəflərin əvəlcədən ədə etdikləri razılaşma şərtlərini iddiaçı öz təşəbbüsü ilə pozmuş və könüllü, istəyərək behi qaytarmışdır. Belə olan vəziyyətdə iddiaçı hazırkı iddia ərizəsini irəli sürməklə cavabdehdən pul tələb etməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Saadət oğlunun Cavabdeh qarşı “pul tələbi barədə" iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun çıxış edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün məhkəməyə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında mobil tətbiqi vasitəsilə ilə razılaşma olmuş, daha sonra həmin razılaşma pozulmuş və cavabdeh tərəfindən iddiaçıya ödənilən beh qaytarılmışdır. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən ona geri qaytarılmasını tələb edir və həmin məbləğin hədə-qorxu ilə qaytarıldığını qeyd etsə də, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı cavabdehdən əldən çıxmış pul vəsaitinin və ona hesablanmış faizlərin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan vəsaitlər (faizlər) barədə tərəflər arasında müqavilə və ya başqa yazılı razılaşma olmamışdır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən tələb olunan pul vəsaitinin ona ödənilməməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2064/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2064/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver