Məhkəmə qərarları › İş №2(001)-2071/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2071/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2071/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 60.000 manat maddi və 100.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Gəncə şəhərində çalışdığı dövrdə tanış olmuş və uzun müddət olaraq normal münasibətləri olmuşdur. Həmin dövrdə cavabdeh Gəncə Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır. Məhz bu vəzifədə çalışarkən 2009-cu ildə Gəncə Pedaqoji Universitetindı maliyyə-təsərrüfat üzrə yoxlamalar həyata keçirilərkən Cavabdeh külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxmışdır. Həmin ərəfədə Cavabdeh ona müraciət edərək qısa müddət üçün onun pula ehtiyacı olduğunu və çıxılmaz vəziyyətdə qaldığını söyləyib iddiaçıdan qısa müddətlik 100.000 manat pul istəmişdir. Həmin ərəfədə hər ikisi Gəncə şəhərində məsul vəzifədə çalışdıqlarından və iddiaçı cavabdehə qarşı humanizm göstərərək, Cavabdeh statusunu nəzərə alaraq istədiyi pulu ona vermək qərarına gəlmiş, özündə olmasa da yaxın dostlarından həmin pulu toplayaraq Cavabdeh xəbər vermişdir. Cavabdeh bu xəbərdən çox sevinmiş, axşam baş mühasibi Nizami Mutafayevi onun yanında göndərərək pulu ondan almışdır. İddiaçı sonradan öyrənmişdir ki, Cavabdeh yoxlama zamanı üzə çıxan yeyinti faktlarını və digər qanunsuz əməllərini ört-basdır etmək və cinayət yolu ilə əldə etdiyi pulu geri qaytarmaq üçün bu yola əl ataraq iddiaçıdan aldığı pulu dövlət büdcəsinə keçirmiş, yaxasını yoxlamadan qurtara bilmişdir. İddiaçı müəyyən müddət keçdikdən sonra Cavabdeh pulun qaytarılması üçün müraciət etmiş, lakin cavabdeh onunla görüşdən və telefon zənglərində yayınmağa başlamışdır. Bundan sonra iddiaçı DİN-nin BMCQMİ-nə şikayət ərizəsi yazmış, lakin Cavabdeh bir-birini təkzib edən izahatlar verərək polis əməkdaşlarını çaşdırmış və istədiyinə nail olmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi zərəri ödəməməkdən ötrü müxtəlif isntansiyalara, hətta polisə də əsassız şikayətlər yazmışdır. İddiaçı cavabdehin bu əməllərindən stress keçirmiş və nəticədə səhhətində müəyyən prolemlər yaranmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin 04.03.2021-ci il tarixli iclasında iştirak edən iddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddia tələbini azaldaraq, cavabdehdən yalnız mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Gəncə şəhər Səhiyyə İdarəsi Endokrinoloji Xəstəxanası tərəfindən verilmiş 14.02.2019-cu il tarixli arayışdan görünür ki, Babayev X1 xəstəxanada 30.05.2006-cı il tarixdən qeydiyyatdadır. - AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş 15.04.2019-cu il tarixli məktuba əlavə edilmiş izahatdan və qəbzdən görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı 2006-cı ildən tanıyır. Münasibətləri normal olmuşdur. 2009-cu ildə maddi vəziyyəti ilə əlaqədar İddiaçı 20.000 manat borc almış, 2011-ci ildə isə oğlu İdris Məmmədov vasitəsilə Bakı şəhərində borcunu qaytarmışdır. Həmin məbləğdən başqa İddiaçı pul almamışdır. Məktuba əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı Cavabdeh 20.000 manat pulu 13.07.2015-ci il tarixdə aldığını öz imza ilə təsdiq etmişdir. - AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2009-cu ildə Cavabdeh ondan borc aldığı 100.000 manatın 60.000 manatını qaytarmaması barədə DİN rəhbərliyinə müraciəti nəzarətə götürülərək araşdırılması BMCMİ-yə tapşırılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 100.000 manat borc almış, aldığı pulun 40.000 manatını 2012-2015-ci illərdə qaytarmış, 60.000 manatı isə qaytarmamışdır. İddiaçı 01.07.2015-ci il tarixdə BMCMİ-yə, 24.02.2018-ci il tarixdə DİN-nin rəhbərliyinə etdiyi eyni məzmunlu müraciətlərinə BMCMİ-də baxılmış, məsələnin mülkü xarakter daşıması nəzərə alnara qona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində X4 tərəfindən verilmiş 08.03.2018-ci il tarixli izahatında bildirmişdir ki, Cavabdeh onun atasıdır. 2012-ci ildə atası ona zəng edərək Əvəz adlı şəxsin mobil telefon nömrəsini vermiş və tapşırmışdır ki, ona 20.000 manat pul verim. O, pulu götürərək Əvəzlə “Dostluq” k/t qarşısında görüşmüş, 20.000 manat pulu ona vermişdir. Əvəz pulu alarkən atasına minnətdarlığını bildirmişdir ki, onun xəstə bacısının müalicəsinə köməklik göstərir. 2015-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng edib idarəyə dəvət etdikdən sonra ona məlum olmuşdur ki, Əvəz atasında şikayət edib. 2018-ci ilin fevral ayında Əvəzlə telefon danışığı olub və o, Əvəzə nə onu nə də atasını narahat etməməsini bildirib. Bundan sonra onunla heç bir əlaqəsi olmayıb. - AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh tərəfindən verilmiş 07.03.2018-ci il tarixli izahatında bildirmişdir ki, İddiaçı 2006-cı ildən tanıyır. Onun DİN-ə göndərdiyi teleqramla razı deyil. Belə ki, 2012-ci ildə İddiaçı verdiyi 20.000 manat, onun bacısının müalicəsinı kömək məqsədilə verilmişdir. 2018-ci ildə İddiaçı onun iş yerinə gələrək ondan borclu olduğu 60.000 manatı tələb etmiş, o, isə borcunun olmadığı bildirmişdir. Həmçinin bildirmişdir ki, nə özü, nədəki oğlu İ.Məmmədov İddiaçı hədələməmişlər. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2165/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı dəymiş zərərin ödənilməsi” tələbi rədd edilmişdir. - 03.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür,X5 ərizə ilə Bakı şəhəri Yasamal RPİ-nin rəhbərliyinə müraciət edərək, təxminən 1 (bir) ildir İddiaçı dəfələrlə onun mobil telefonuna zəng edərək nalayiq ifadələr işlətmiş, sonuncu dəfə yaşadığı mənzilin yanına gələrək onu və ailə üzvlərini ölümlə hədələmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, toplanmış materialda AZ CM-nin 182-ci maddəsinin tərkib əlamətləri mövcud olmasa da İddiaçı Cavabdeh yaşadığı mənzilə gedərək onu və ailə üzvülərini narahat etməsi öz təsdiqini tapmış, lakin bu cinayət xarakterli hərəkətlər kateqoriyasına daxil edilmədiyindən İddiaçı birdə Cavabdeh və onun ailə üzvülərini narahat eməməsi barədə xəbərdalıq edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2211/2019 saylı, 04.04.2019-cu il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 60.000 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN-ə ünvanlanmış 20.02.2012-ci il tarixli teleqram və məhkəməyə verilmiş ilkin iddia ərizəsində “beləliklə Cavabdeh etibarından sui-istifadə edərək ondan külli miqdarda, yəni 60.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir” ifadəsinin şərəf və ləyaqətini alçaldan ifadələr hesab edilməsi, İddiaçı üzərinə eyni qaydada teleqramla və ərizə ilə mürciət edərək göstərilən ifadəsinin yazılmasına görə təkzibin verilməsi və Cavabdeh üzr istəməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş 30 manat dövlət dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmi edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11273/2018 saylı, 30.10.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(001)-4393/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.05.2021-ci il tarixli, 11/120 nömrəli psixoloji ekspert rəyindən məlum olur ki, İddiaçı uzun müddət Cavabdeh ilə aralarında gedın sözsöhbətlər, mübahisələr və çəkişmələrlə əlaqədar olaraq emosional gərginlik halını keçirmişdir. Bu hal İddiaçı psixi durumuna neqativ təsir göstərmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla Cavabdeh ilə aralarında yaranmış sözsöhbətlər, mübahisələr və çəkişmələrlə şərtlənmişdir. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mənəvi təzminatın miqdarının müəyyən olunmsı mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Mənəvi zərərlə bağlı yuxarıda adı çəkilən Plenum qərarında Ali Məhkəmə mənəvi zərərin ödənilməsinin yalnız pul formasında olmasında əlavə olaraq şəxsin üzərinə bəzi vəzifələr qoymaq yolu ilə (məsələn, şərəf, ləyaqət, işgüzar və sosial nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) həyata keçirilə biləcəyini qəbul etmişdir. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Məhkəmə hesab edir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi labüddür və ona görə də iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar