Məhkəmə qərarları › İş №2(001)-2074/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2074/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2074/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “hesabatların ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 02 sentyabr 2019-cu il tarixli, ES39 saylı, ES38 saylı, ES37 saylı, ES36 saylı, ES35 saylı hesabatlarının ləğv edilməsi və obyektin yenidən qiymətləndirilməsinin təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 1(103)- 845/2017 saylı icra sənədinə əsasən, İddiaçı 1627786,52 (bir milyon altı yüz iyirmi yeddi min yeddi yüz səksən altı manat əlli iki qəpik) manatın tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının mülkiyyətində müəyyən edilmiş Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384a, 389, 388, 390a saylı bağ sahələri və Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0,272 ha. torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş əmlakların qiymətləndirilməsi üçün 20 iyun 2019-cu il tarixdə icra məmuru tərəfindən “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh MMC 02 sentyabr 2019-cu il tarixli, ES39 saylı hesabatı ilə Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0,272 ha.torpaq sahəsini 17680 manat, ES38 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 389 saylı bağ sahəsini 150000 manat, ES37 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 390a saylı bağ sahəsini 72000 manat, ES36 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 388 saylı bağ sahəsini 72000 manat, ES35 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384a saylı bağ sahəsini 72000 manat məbləğində qiymətləndirmişdir. Halbuki, cavabdehin qiymətləndirməni hansı prinsiplər əsasında apardığı məlum olumr və real bazar qiymətlərindən aşağıdır. Buna görə də, iddiaçı həmin hesabatların ləğv edilməsi, obyektlərə yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli “Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat”lardan görünür ki, ES39 saylı hesabatı ilə Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0,272 ha.torpaq sahəsini 17680 manat, ES38 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 389 saylı bağ sahəsini 150000 manat, ES37 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 390a saylı bağ sahəsini 72000 manat, ES36 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 388 saylı bağ sahəsini 72000 manat, ES35 saylı hesabatı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384a saylı bağ sahəsini 72000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinə əsasən, məhkəmənin tələbi ilə özünün hesabatından, müvafiq informasiya və məlumatları təqdim etmək qiymətləndiricinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Halbuki hazırki halda iş materiallarına əlavə edilmiş hesabatların hər birində qiymətləndirmə prosesinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X1 və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd olunmaqla kifayətlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda əmlaklara hansı əsaslarla, hansı hesablama üsulu ilə “hesabat”larda göstərilən qiymətlərin qoyulmasını sübutetmə yükü cavabdeh üzərinə düşdüyü halda, cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdeh tərəfindən verilmiş, iddia ərizəsində tarixi və nömrələri göstərilən hesabatlar ləğv edilməlidir. İddianın digər, yəni əmlaklarla bağlı yenidən qiymətləndirilmənin təyin edilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddənin məzmunundan görünür ki, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirici dəvət edilməsi icra məmurunun səlahiyyətlərinə aid edilmişdir. Hazırki halda, iddia ərizəsində göstərilən əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatlar ləğv edildiyindən, zərurət yaranarsa yenidən qiymətləndiricinin dəvət edilməsi icra məmuru tərəfindən həyata keçirilməli, beləliklə, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0,272 ha.torpaq sahəsinin qiymətləndirilməsinə dair ES39 saylı, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 389 saylı bağ sahəsinin qiymətləndirilməsinə dair ES38 saylı, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 390a saylı bağ sahəsinin qiymətləndirilməsinə dair ES37 saylı, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 388 saylı bağ sahəsinin qiymətləndirilməsinə dair ES36 saylı, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 384a saylı bağ sahəsinin qiymətləndirilməsinə dair ES35 saylı hesabatları ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar