Məhkəmə qərarları › İş №2(001)-2081/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2081/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2081/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat əsas borcun, 100 manat hüquqi xidmətlərə görə haqqının, 30 manat məhkəməyə və 5 manat notariat hərəkətlərinə görə dövlət rüsumunun, cəmi 6135 (altı min yüz otuz beş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cəlal hərbiçidir və N saylı hərbi hissədə MAXE kimi xidmət edir. Cavabdeh 2020-ci ilin iyun ayında ona müraciət edərək pula ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 01 iyun 2020-ci il tarixdə cavabdehə 6.000 (altı min) manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə Cəlal borcu həmin ilin avqust ayının sonunda ona qaytarmalı olmuşdur. Cavabdeh bu barədə öz xətti ilə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin vaxtın bitməsinə baxmayaraq cavabdeh borcu qaytarmır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda o, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün Bakı şəhəri, S.Rəhimov küçəsi 197 ünvanda yerləşən X2 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 5 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlərdə cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, qəbzə çəkilən imza ona məxsus deyil. Onun kartı iddiaçıda olub və iddiaçı onun kartından 600 manat pul çıxartmışdır. O, daha sonra kart hesabını bağlatmışdır. Ümumiyyətlə o, 1 aya 6.000 manat məbləğində borcu qaytara bilsəydi əgər, heç iddiaçıdan borc pul götürməzdi. Bu səbəbdən iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq, imzalanmış AD seriyalı ******* №-li hərbi vəsiqənin kserosurətinə yazılmış 01 iyun 2020-ci il tarixli qəbzdə göstərilmişdir ki, “Cavabdeh xx.xx.1990-cı ildə -qeydiyyatım Binəqədi rayonu,Gülüstan döngəsi 2, ev 7a tanışım İddiaçı 01.06.2020-ci ildə borc olaraq 6.000 (altı min) manat pul aldım. Aldığım borcu 2020-ci ilin avqust ayının sonunda qaytarmağıma öhdəlik götürürəm. Yuxarıda yazdıqlarımı özüm yazdım və doğruluğunu öz imzamla təsdiq edirəm”. Məhkəmə baxışı zamanı Cavabdeh qəbzdə olan imzanın ona məxsus olmadığını bildirdiyindən, mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli 4/261 №-li Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş,mülki işin 9-cu vərəqində 01.06.2020-ci il tarixli Cavabdeh adından olan 6 min manat pulun alınmasına dair qəbzdəki yazılar və həmin qəbzdə “İmza”: sözünün qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, borc alan kimi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmağı öhdəsinə götürdüyü halda bunu etməmişdir. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə cavabdehin 01 iyun 2020-ci il tarixli qəbzdə olan imzanın ona məxsus olmamasına dair dəlillərlə razılaşmır. Belə ki, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasında Cavabdeh adından olan 6 min manat pulun alınmasına dair qəbzdəki yazılar və həmin qəbzdə “İmza”: sözünün qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 6.000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu və 5 manat notariat xərci cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan 06 yanvar 2021-ci il tarixli ƏİA/4 seriyalı 219710 №li mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə “X3” MMC-yə 100 (bir yüz) manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 100 (bir yüz) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat mələğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 5 (beş) manat notariat xərci və 100 (yüz) manat məbləğində ödənilmiş hüquqi xidmət haqqı olmaqla, cəmi 6.135 (altı min yüz otuz beş) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 122 (yüz iyirmi iki) manat mələğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ**********0000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar