Məhkəmə qərarları › İş №2(001)-211/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-211/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-211/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər 6 saylı Notariat ofisi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı avtonəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və ya həmin avtomobilə görə ödənilmiş pul vəsaitinin geri tələb edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 6 saylı Notariat ofisi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Xəyal Sabir oğluna qarşı avtonəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və ya həmin avtomobilə görə ödənilmiş pul vəsaitinin geri tələb edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət emişlər. 10.03.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. 11.03.2022-ci il tarixdə İddiaçı iddia tələbindən imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə teleqramı da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. 12.03.2022-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X4 iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil4 ərizələrinin məzmununa uyğun izahat verdilər və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddialarından imtina barədə ərizələrini nəzərdən keçirib hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddialardan imtinaları qəbul edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə "Lexus LX 570" minik markalı, 90RS188 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh4 və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-4327/2021 saylı qərardadı ilə qoyulmuş qadağanın saxlanılmasına zərurət aradan qalxmış və qadağa götürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə, ... iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsin əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261.0.4, 262.1, 162.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər 6 saylı Notariat ofisi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı avtonəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və ya həmin avtomobilə görə ödənilmiş pul vəsaitinin geri tələb edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)- 4327/2021 saylı qərardadı ilə "Lexus LX 570" minik markalı, 90RS188 dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar qoyulmuş qadağa götürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar