Məhkəmə qərarları › İş №2(001)-2122/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2122/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2122/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona olan 67000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və yoldaşı X1 ona olan 40000 manat borcun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1976-cı ildə X3 ilə rəsmi nikaha daxil olmuşdur. xx xxxxxx 1977-ci il tarixində X4, xx xxxx 1980-cı il tarixində Cavabdeh1, xx xxxxxx 1983-cü il tarixində X8 doğulmuşdur. Həyat yoldaşı 25 il AR DİN-də iqtisadi fəaliyyət əleyhinə cinayətkarlıqla mübarizə sahəsində çalışmış və xx xxxxxx 1999-cu il tarixində vəfat etmişdir.Həyat yoldaşı rəhmətə gedənə kimi onlara Maştağa qəsəbəsində həyət evi, 8-ci mkr-da, M.Ə.Rəsulzadə qəsəbəsində 2 otaqlı həyət evi almışdır. O, bir qədər pul toplayaraq oğlu Cavabdeh1 Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllədə yerləşən 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan249 nömrəli mənzil almışdır. Oğlu taksi sürücüsü işləyirdi. Hal-hazırdada işləyir. Mənzili aldıqdan sonra oğlu həmin mənzili təmir etdirə bilmədiyindən ona evin təmiri üçün qaytarmaq şərtilə 67000 manat borc vermişdir. Lakin demişdir ki, usta evin təmiri üçün 27000 manat pul tələb edir. 2014-cü ilin payızında oğluna həmin pul məbləğini vermişdir 2015-ci ildə ev hazır olmuş və hal-hazırda həmin ev kirayədədir. Böyük oğlu X4 həyat yoldşından onlara qalan Maştağadakı bağ evini satıb iş qurmaq istəmişdir. Belə ki, ona demişdilər ki, yeni tikili binalardan ev alıb, təmir edikdən sonra satdıqda kifayət qədər pul qazanmaq olur. Odur ki, Binəqədi rayonu, 6-cı mkr, H.Babaşov küçəsində yerləşən binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 111,04 kv.m olan 19 nömrəli mənzili kiçik oğlu Cavabdeh1 adına almışdır. Fuad öz növbəsində həmin mənzilin təmiri ilə məşğul olan ustalara nəzraət etməli idi. Evin satışından sonra da, Fuada müəyyən miqdar pay veriləcək idi. Təmirə ustalar 40000 manat pul xərclədilər. Cam balkonuna qədər qoymuş, bütün pəncərələri dəyişmişlər. Oğlu Fuad demişdir ki, evin alınmasına 83280 manat pul ödəmişdir. Razılaşmamız belə idi ki, evlər təmirdən pul qazanmaq məqsədilə satılsın. Evlər formal olaraq Fuadın adına yazılmışdır. Amma hüquqi savadsızlığından alınan evlərin satılmasına Fuadın yoldaşının razılığının olmasındən xəbərsiz olmuşdur. Mənzil satış üçün hazır olandan sonra Fuadın yoldaşı evin satılmasına razılıq verməmişdir. Fuad bugünə kimi evin təmirinə xərclənən pulu ona qaytarmamışdır. 67000 manat borcdan 27000 manat pulu onun aldığı Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəlləd yerləşəən “xxxx” MTK-nın inşa edilmiş yüksək mərtəbəli binasının 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan 249 nömrəli mənzilin təmirinə xərclədiyindən o borcu ümumi borc məbləğindən silir. Qalan 40000 manat pul məbləğini isə ər-arvad birlikdə onların ikisinə verdiyindən, həmin pulun hər ikisindən alınaraq ona verilməsini xahiş edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev üçün böyük oglu pulu Fuada vermişdir. Bugün o evi satmaq istəyəndə digər cavabdeh həmin evlər üzərinə həbs qoydurmuşdur. Borcu ogluna vermişdir. Onlar da həmin vaxt nikahda idilər. Nikah dövründə verdiyindən hər ikisindən tələb edir. O evə 15000 manat, daha sonra 25000 manat vermişdir. Digər evin təmirinə 27000 manat o qoymuşdur. Həmin ev isə onun özünə məxsusdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Aişən yoldaşıdır. Hazırda ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Ondan həm də mülkləri tələb edir. O, evlər üzərinə həbs qoydurduğundan sata bilmir. Qardaşından 40000 manat pulu təmir üçün almışdır. Sadəcə həbsə qoyulub və o evi sata bilmir. Ödəməyə etiraz etmir. Sadəcə olaraq evi sata bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 tərəfindən yazılan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, o, anası X5 olan 67000 manat borcu ailəsi ilə birlikdə yəni yoldaşı X6 ilə birlikdə tez bir zamanda qaytaracağı barədə öhdəlik götürmüşdür. Bunu öz imzası ilə təsdiq etmişdir. “xxxx” MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Cavid Cəfərova ünvanlanan xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, “xxxx” MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində in.a edilmiş yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111,04 kv.m olan, 3 otaqlı, 19 saylı mənzilin alğı-satqısı barədə xx xxxxx 2011-ci il tarixli müqavilə bağlanmış və qeyd edilən mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh1 tərəfindən yazılan xx xxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı ilə birlikdə borc məbləğini etiraf ediklərini və həmin pulla hazırda yaşadıqları “xxxx” MMC-dən aldıqları 3 otaqlı mənzili təmir etdirdiklərini bildirir. Həmin mənzili özəlləşdiirb satdıqdan sonra 40000 manat məbləğində olan borclarını ödəyəcəklərini qeyd etmişdir. Həmin ərizə Cavabdeh1 tərəfindən imzalanmışdır xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğludur, digər cavabdeh isə iddiaçının gəlini, yəni Cavabdeh1 həyat yoldaşıdır. Cavabdehlər nikahın pozulması narədə iddia vermişlər. İddiaçı cavabdehlərin yaşadığı və Cavabdeh1 adına olan evin təmiri üçün oğlu Cavabdeh1 40000 manat pul vermişdir. İddiaçı həmin pul vəsaitinin oğlu Cavabdeh1la nikahda olan digər cavabdeh A.Yaqubludan da tutulmasını tələb edir. İddiasını onunla əsaslandırır ki, cavabdehlər birgə nikah dövründə həmin borc məbləği verildiyindən onlardan müştərək qaydada tutulmalıdır. Cavabdeh1 iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin hallarını yuxarıda sadalanan maddi hüquq normaları baxımından tədqiq edərək məhkəmə o qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan evini təmir elətdirmək üçün borc aldığını etiraf edir və bildirir ki, həmin evi satdıqdan sonra borcunu qaytaracaqdır. İddiaçı pulun ona görə digər cavabdehdən də tutulmalı olduğunu hesab edir ki, cavabdehlər həmin vaxtda nikahda olmuşlar və vəsait onların ümumi ehtiyacları üçün xərclənmişdir. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən Cavabdeh1 təmir üçün aldığı borc məbləğini, ona məxsus olan evini satdıqdan sonra qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği, iddiaçıya qaytarmamışdır. Bu baxımdan Cavabdeh1 hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Məhkəmə iddia tələbinin digər cavabdeh X2 aid olan hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan borcun etiraf edilməsi ilə bağlı sənədlərdən (qəbzlər) görünür ki, həmin sənədlər Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır. Sənədlərdə Cavabdeh1 borc məbləğini yoldaşı ilə birlikdə etiraf etdiyini qeyd etsə də, digər cavabdeh və onun həyat yoldaşı olan X6 tərəfindən həmin sənədlər imzalanmamışdır. Həmçinin Cavabdeh1 izahatında bildirmişdir ki, 40000 manat borc pul məbləğini qardaşından özü almışdır. Göründüyü kimi, borc məbləği yalnız Cavabdeh1 verilmişdir. Bununla bağlı Ailə Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edilən normadan da göründüyü kimi Ailə Məcəlləsi ər-arvaddan birinin öhdəlikləri üzrə tutmanın ər-arvadın ümumi əmlakına yönəldilməsi halını tənzimləmişdir. Hazırki iddia ərizəsində kreditorun tələbinin ər-arvadın ümumi əmlakına yönəldilməsi tələbi yoxdur. Bundan başqa Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında öhdəlik münasibəti yarandığından, cavabdeh də borcunu etiraf etdiyindən iddia həmin cavabdehə münasibətdə təmin edilməli, digər cavabdeh X2 qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 40000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qlan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 40000(qırx min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar