Məhkəmə qərarları › İş №2(001)-214/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-214/2024

18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-214/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Binəqədi rayon icra şöbəsinə, Cavabdeh2 MMC-yə və “X1”nə qarşı “icra prosesinin dayandırılması, qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Binəqədi rayon icra şöbəsinə, Cavabdeh2 MMC-yə və “X1”nə qarşı “icra prosesinin dayandırılması, qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4509/2020 saylı İcra sənədi üzrə icra prosesinin dayandırılması və Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X3 Prado” markalı, **- GB-*** dövlət nömrə nişanlı minik avtomobili üçün verilmiş 0067/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X3 Prado" markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobilinin bazar dəyəri müəyyən edilərkən cavabdeh tərəfindən ona 22.000 manat qiymət qoyulmuşdur. Qeyd olunan avtomobil 2005-ci ildə istehsal olunmuşdur, həm xarici görünüşünə görə, həm də işlək mexanizmlərinə görə tam saz vəziyyətdədir. “Turbo.az” və digər avtomobil satışı ilə məşğul olan saytlarda analoji avtomobillərin qiyməti 36.000 civarında müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən avtomobilin qiyməti süni surətdə çox aşağı qiymətləndirilmişdir. Hal-hazırda “X1”ndə həmin avtomobilin açıq hərracda satılması ilə bağlı proseduralara başalanılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac müvəqqəti təxirə salınmışdır. Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X3 Prado” markalı, **- GB-*** dövlət nömrə nişanlı minik avtomobili üçün verilmiş 0067/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi mövcud bazar qiymətləri nəzərə alınmadan tərtib olunmuşdur və icra məmuru bu qiymətləndirməni qəbul edərək mənim mülkiyyət hüquqlarımı pozmuşdur. Onun adına olan **-GB-*** dövlət nömrə nişanlı minik avtomobili rəhmətlik atasından yadigar qaldığına görə ailə üzvlərinin - anası, böyük qardaşı, böyük bacısı çox narahatdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 tərəfindən verilmiş xx/xx-152978-20 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən, 72 nömrəli evin 252 saylı mənzilinə dair açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları”na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin və təkrar hərraclar baş tutmamış, bununla əlaqədar olaraq hərracın baş tutmamasına dair 56/22 saylı, xx.xx.2022-ci il tarixli yekun protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus “X4 Prado” minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 22.000 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə 2005-ci il buraxılışlı, qara rəngli “X4-Prado” markalı, “GX” modelli, universal tipli, dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti məlum olmadığından tədqiqat aparılmadı. Ekspert tədqiqatına təqdim edilmiş 2005-ci il buraxılışlı, qara rəngli “X4-Prado” markalı, “GX” modelli, universal tipli, (90-GB-33 dövlət qeydiyyat nişanlı) avtomobilin hazırki vəziyyətdə, yəni yuxarıda qeyd edilən qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20000 manat likvid qiyməti isə təxminən 18000 (20000m- 10%) manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan “X4 Prado” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin satış qiyməti 22.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən hərrac baş tutmamışdır. Hazırda iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə icra prosesinin dayandırılmasını və Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X3 Prado” markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobili üçün verilmiş 0067/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçıya məxsus olan “X4 Prado” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac və ekspert rəyi Mülki Məcəllə və “İcra Haqqında" Qanun ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, icra proseslərinin dayandırılması və ekspert rəyinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “Turbo.az” və digər avtomobil satışı ilə məşğul olan saytlarda analoji avtomobillərin qiyməti 36.000 civarında müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyində İddiaçı məxsus “X4 Prado” minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 22.000 müəyyən olunması iddiaçının vəziyyətini daha da yaxşılaşdırmış, nəinki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilən 20000 manat məbləğ. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Binəqədi rayon icra şöbəsinə, Cavabdeh2 MMC-yə və “X1”nə qarşı “icra prosesinin dayandırılması, qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar