Məhkəmə qərarları › İş №2(001)-2143/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2143/2020

24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2143/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “inzibati xəta protokolunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “inzibati xəta protokolunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta protokollarına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 810 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AZ-1991 saylı “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Deawoo Gentra” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591951 ban, 0494 mühərrik nömrəli, ağ rəngli avtomobil V. Ələkbərovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2 (001)-7079/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 2626,9 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “ Daxili Lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı AR Dövlət Yol Polisinin portalından alınmış çıxarış təsdiq edir. AR Dövlət Yol Polisinin portalında xx xxxx 2018-ci il tarixli protokol nömrəsi, MMX/7166796 olan inzibati xəta ilə əlaqədar cəmi 80 manat, xx xxxxxxxx 2018-ci il tarixli protokol nömrəsi MMX/7962556 olan inzibati xəta ilə əlaqədar cəmi 80 manat, xx xxxxxxxx 2018-ci il tarixli protokol nömrəsi MMX/8040795 olan inzibati xəta ilə əlaqədar cəmi 64 manat, xx xxxxxxx 2018-ci il tarixli protokol nömrəsi MMX/2147300 olan inzibati xəta ilə əlaqədar cəmi 64 manat, xx xxxxxxx 2018-ci il tarixli protokol nömrəsi EQ/100586 olan inzibati xəta ilə əlaqədar cəmi 45 manat, xx xxxxxxx 2018-ci il tarixli protokol nömtəsi İXP/2158913 olan inzibati xəta ilə əlaqədar cəmi 80 manat, xx xxxxxx 2018-ci il tarixli protokol nömrəsi EQ/254701 olan inzibati xəta ilə əlaqədar cəmi 45 manat, xx xxxxxx 2018-ci il tarixli protokol nömrəsi İXP/2232659 olan inzibati xəta ilə əlaqədar cəmi 64 manat, xx xxxxxx 2018-ci il tarixli protokol nömrəsi İXP/2253242 olan inzibati xəta ilə əlaqədar cəmi 64 manat, xx xxxxxx 2018-ci il tarixli protokol nömrəsi EQ/362551 olan inzibati xəta ilə əlaqədar cəmi 80 manat, xx xxxxxx 2018-ci il tarixli protokol nömrəsi EQ/389785 olan inzibati xəta ilə əlaqədar cəmi 64 manat. xx xxxxxx 2019-cu il tarixli protokol nömrəsi EQ/469662 olan inzibati xəta ilə əlaqədar cəmi 80 manat qeyd olunmuşdur. Mülki qanunvericiliyə əsasən İddiaçı ASC yazılmış inzibati xəta haqqında protokollarına əsasaən ümumilikdə 810 manat məbləğində cəriməni ödəmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasan məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatdında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AL-1991 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR Dövlət Yol Polisi tərəfindən cərimələnmişdir. Cərimələr ödənilmədiyi təqdirdə avtomobilin cərimə meydançasında yerləşdirilməsi ehtimalı olduğu nəzərə alınaraq cərimələr mülkiyyətçi ASC tərəfindən ödənilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “daxili lizinq” müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sifarişi əsasında öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə ve istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir Həmin müqavilənin 6-cı bəndinə əsasən lizinq alan aşağıdakıların yerinə yetirilməsi üçün üzərinə öhdəlik götürür: lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etmək; lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq; lizinq obyektindən düzgün istifadə edilməsini təmin etmək;Həmin müqavilənin 11.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq alan daşıyır. Binəqədi Rayon Məhkəməsinin 29 0ktyabr 2019-cu il tarixli 2(001)-7079/2019 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-1991 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh xx xxxx 2017-ci il tarixli, AL-1991 nömrəli müqavilə üzrə yaranmış 1724,05 manat məbləğində əsas, 382,86 manat məbləğində mükafat, 200 manat cərimə və zərərin əvəzi kimi 620 manat olmaqla ümumilikdə 2926,9 manat məbləğində pul vəsaitinin İddiaçı ASCnin xeyrinə tutulması qət edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunun surətinə əsasən Cavabdeh inzibati xəta protokollarının ödənilməsinə dair xəbərdarlıq (pretenziya məktubu göndərilmiş) həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; AR Dövlət X3 elektron protalından olan çıxarışdan görünür ki, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh, xx xxxxxx 2019- cu il tarixində EQ seriyalı 469662 saylı, xx xxxxxx 2018-ci il tarixində EQ seriyalı 389785 saylı, xx xxxxxx 2018-ci il tarixində EQ seriyalı 362551 saylı, xx xxxxxx 2018-ci il tarixində İXP seriyalı ******* saylı, xx xxxxxx 2018-ci il tarixində İXP seriyalı ******* saylı, xx xxxxxx 2018-ci il tarixli EQ seriyalı 254701saylı, xx xxxxxxx 2018-ci il tarixində İXP seriyalı ******* saylı, xx xxxxxxx 2018-ci il tarixində EQ seriyalı 100585 saylı, xx xxxxxxx 2018-ci il tarixində İXP seriyalı ******* saylı, xx xxxxxxxx 2018-ci il tarixində MMX seriyalı ******* saylı, xx xxxxxxxx 2018-ci il tarixində MMX seriyalı ******* saylı və xx xxxx 2018-ci il tarixində MMX seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Nikoil” bank elektron ödəmə sistemindən olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adına tərtib edilən EQ469662 saylı protokol üzrə 80 manat, EQ seriyalı 362551 saylı protokol üzrə 80 manat, İXP seriyalı ******* saylı protokol üzrə 64 manat, EQ seriyalı 389785 saylı protokol üzrə 64 manat, İXP seriyalı ******* saylı protokol üzrə 80 manat, EQ seriyalı 254701 saylı protokol üzrə 45 manat, İXP seriyalı ******* saylı protokol üzrə 64 manat, EQ seriyalı 100585 sayl protokol üzrə 45 manat, MMX seriyalı ******* saylı protokol üzrə 64 manat, MMX seriyalı ******* saylı protokol üzrə 80 manat, MMX seriyalı ******* saylı protokol üzrə 80 manat, İXP seriyalı ******* saylı protokol üzrə 64 manat, cəmi 810 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı ASC “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən öz mülkiyyətinə əldə edərək, muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən üzərinə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etmək; lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq; lizinq obbyektindən düzgün istifadə edilməsini təmin etmək; lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti daşımaq öhdəlikləri götürülmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, tərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilmiş, lakin lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu müddətdə o, müxtəlif vaxtlarda ümumilikdə 810 manat məbləğində inzibati qaydada cərimələnmiş və həmin cərimələri ödəməmişdir. İddiaçı tərəfindən həmin cərimələr ödənilmiş və hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 680.1-ci maddəsinə əsasən Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin faktiki halları aşağıdakılardan ibarətdir. İddiaçı (Lizinq verən) öz mülkiyyətində olan “Daevoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyanlı nişanlı avtomobili cavabdehin (Lizinq alanın) sahiblik və istifadəsinə verilməsi barədə tərəflər arasında lizinq müqaviləsi mövcud olmuşdur. Sonradan, yəni xx xxxxxxx 2019-cu il tarixli 2(001)-7079/2019 saylı Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, AL-1991 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilmişdir. Lizinq müqaviləsinin qüvvədə olduğu vaxt ərzində lizinq alan avtomobilin istifadəsi zamanı inzibati qaydada cərimələnmiş və cərimə ödənilməsi barədə öhdəliyi yaranmışdır. Cərimələrin məbləği 810 manat olmuşdur. Cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödəmiş olduğu cərimələrin məbləğini cavabdehdən tələb edir. Göründüyü kimi, cərimələr ödənilmədiyi təqdirdə iddiaçının mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanılmasının qarşısını almaq məqsədilə iddiaçı, cavabdehin dövlət qarşısında yaranmış öhdəliyini icra etmişdir. Hal-hazırda icra edilmiş öhdəliyin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Odur ki, iddiaçı öz mülkiyyətində olan əşyaya hüquqlarının itirilməsi təhlükəsi yarandığına görə kreditoru, yəni dövləti təmin etdiyindən və tələb hüququ ona keçdiyindən iddiaçı tərəfindən cavabdehin əvəzinə ödənilmiş pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 810 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4-cü iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 810 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "İddiaçı" X2 ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 810 (səkkiz yüz on manat) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı X2 ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı X1 xeyinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar