Məhkəmə qərarları › İş №2(001)-2174/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2174/2021

04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2174/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Nadı̇ rov Cavı̇ d Vaqif oğlunun iştirakı ilə, İddiaçı Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızının cavabdehlər Nadı̇ rov Cavı̇ d Vaqif oğluna və Nadı̇ rova Fərqanə Fı̇ zulı̇ qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nadı̇ rov Cavı̇ d Vaqif oğlundan və Nadı̇ rova Fərqanə Fı̇ zulı̇ qızından müştərək qaydada 5.900 ABŞ dolları məbləğində borcun və gecikdirilmiş müddət ərzində 257,8 ABŞ dolları məbləğində faiz borcun, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə şirniyat sexində tanış olmuş, qısa zaman ərzində aralarında isti münasibət, etibar və ailəvi bir-birlərinin evinə gediş-gəliş yaranmışdır. 2019-cu ilin dekabr ayında Cavabdeh2 evlərinə qonaq gələrkən ərinin iş üzrə Cavabdeh1 tanışı Pərviz adlı şəxs vasitəsi ilə 10.000 manat verilməklə üç ay ərzində 8.300 mana gəlir etmək imkanı olduğunu, biznesin fəsillərə uyğun olaraq gül işinin satışı olduğunu və bu biznesə isə Cavabdeh1 nəzarət edəcəyini qeyd etmişdir. Onun cavabdehlərə yaranmış isti münasibətdən dolayı onların təklifi ilə razılaşaraq, xx xxxxxx 2019-cu il tarixdə yaşadığı mənzildə Cavabdeh2 pulu və əldə ediləcək qazancı xx xxxx 2020-ci il tarixdə qaytarmaqla şərti ilə 5.900 ABŞ dolları məbləğində vəsait vermişdir. Bundan sonra, cavabdehlər almış olduqları pulu və ona çatası qazancı nəzərdə tutulan vaxtda qaytarmaqdan imtina etmişlər. Buna görə məcbur qalaraq cavabdehlərin əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin Baş müstəntiqi Vüqar Məcidovun xx xxxxxx 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarında cavabdeh X1 5.900 ABŞ dolları pul vəsaiti aldığını etiraf etmişdir. Hal-hazırda cavabdehlərin ona ödəməli olduqları vəsait 5.900 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Nadı̇ rov Cavı̇ d Vaqif oğlu iddianı qəbul edərək bildirdi ki, onun həyat yoldaşı olan digər cavabdeh həqiqətən də iddiaçıdan 5.900 ABŞ dolları məbləğində borc götürmüşdür. O, həmin borcu etiraf edir və hissə-hissə iddiaçıya ödəyəcəkdir. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etdi. Həmçinin bildirdi ki, həyat yoldaşı səhhətinə görə hazırki məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızının müraciəti əsasında toplanmış material üzrə Nadı̇ rova Fərqanə Fı̇ zulı̇ qızı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda araşdırma zamanı Nadı̇ rova Fərqanə Fı̇ zulı̇ qızı izahatında göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, İddiaçı ilə tanışdır. Onunla əvvəllər işlədikləri tort bişirmə sexində tanış olmuşlar. 2019-cu ilin dekabr ayında o, tanışı Ruhiyyəyə birgə iş qurmaq məqsədi ilə müraciət etmişdir. Belə ki, o Pərviz adlı tanışının vasitəsi ilə fəsillərə uyğun olaraq gül biznesini qurmağı təklif etmişdir. Ruhiyyə onunla razılaşdıqdan sonra o, xx xxxxxx 2019-cu il tarixdə 10.000 manat ekvivalenti olan 5.900 ABŞ dolları pulu İddiaçı onun yaşadığı ünvanda almışdır. O, Ruhiyyəyə xx xxxx 2020-ci il tarixədək almış olduğu pulu və əlavə olaraq qazanc 8.300 manat pulu qaytaracağını bildirmişdir. Həmçinin özü də bu iş üçün 10.000 manat pul qoymuşdur. Lakin, sonradan ölkədə yaranmış pandemiya şəraitinə görə işlər yaxşı getməmiş və pulu qaytara bilməmişdir. Bu barədə Ruhiyyəyə deyib ondan vaxt istədikdə, Ruhiyyə etiraz edərək ondan vermiş olduğu pulu geri tələb etmişdir. O, İddiaçı almış olduğu pulu danmayaraq yaxın vaxtda qaytacağını söz vermişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərə 5.900 ABŞ dolları məbləğində pul vəsaitini 3 ay müddətinə qaytarılması şərti ilə vermişdir. Qeyd olunan məbləğdə borcun alınmasını cavabdeh Nadı̇ rov Cavı̇ d Vaqif oğlu məhkəmə iclasında, cavabdeh Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızı isə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində izahat verərkən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, cavabdehlər iddiaçı ilə aralarında olan razılığa əsasən üzərlərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını razılışdırıldığı müddətdə və qaydada ödəməmiş, bununla da razılğın şərtlərini pozmuşlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 5.900 ABŞ dolları məbləğində borcu müştərək qaydada iddiaçıya ödəməlidirlər. Məhkəmə həmçinin, iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış 257,8 ABŞ dolları məbləğində faiz borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.900 ABŞ dolları məbləğində borc, 257,8 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, cəmi 6.157,8 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.900 (beş min doqquz yüz) ABŞ dolları məbləğində borc, 257,8 (iki yüz əlli yeddi dollar, səksən sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, cəmi 6.157,8 (altı min bir yüz əlli yeddi dollar, səksən sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızının xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Məmmədova Ruhı̇ yyə Əlı̇ kərı̇ m qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar